Ramiz Mehdiyevin Litvada kitabı nəşr edilib

Bu günlərdə Vilnüsdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz MehdiyevinAzərbaycanın keçmişdəki itkiləri gələcəyinin strateji görünüşü” (Ramizas Mehdijevas. “Azerbaidjano praeities netektys ir ateities vizija”) adlı kitabı Litva dilində çap olunub.

İki hissədən ibarət olan kitabın birinci hissəsində R.MehdiyevinAzərbaycanlılara qarşı soyqırım gerçəklikləriadlı tarixi oçerki yer alıb. Birinci hissədə həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  20 Yanvar faciəsi ilə əlaqədar etdiyi çıxışı Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı nəşr  edilib. Bundan əlavə, kitabın bu hissəsində R.Mehdiyevin sözügedən tarixi oçerki barədə litvalı müəlliflər – Litva Milli Elmlər Akademiyasının akademiki, məşhur tarixçi alim, professor Antanas Tila Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər Siyasi Elmlər İnstitutunun müəllimi, sosial elmlər doktoru Laurinas Kasçyunas tərəfindən yazılmış resenziya politoloji mülahizələr, həmçinin müstəqil Litva Respublikasının 1990 – 1992-ci illərdə ilk dövlət başçısı, 2004–2014-cü illərdə Avropa Parlamentinin üzvü Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin sədr müavini, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru, professor Vitautas Landsbergisin 20 Yanvar hadisələri haqqındaAzərbaycanın faciəsiadlı məqaləsi yer alıb.

Kitabın ikinci hissəsində oxuculara R.Mehdiyevin XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstindəadlı sosial-siyasi fəlsəfi əsəri təqdim olunub. Bu əsər haqqında tanınmış iqtisadçı alim, Litva Milli Elmlər Akademiyasının akademiki, professor Antanas Buraçasın yazdığı geniş həcmli elmi məqalə Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” (The Global Talent Competitiveness Index) hesabatında Azərbaycanın Litvanın tutduqları reytinqlərə aid müqayisəli göstəricilər kitabın ikinci hissəsində dərc olunub.

Akademik R.Mehdiyevin kitabını Litva dilinə Azərbaycan Litva filologiyaları üzrə mütəxəssis, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, publisist-tərcüməçi Mahir Həmzəyev litvaşünas alim Edita Ratkuvene tərcümə ediblər.

Kitabın redaktoru Litva Milli Elmlər Akademiyasının Humanitar Sosial elmlər bölməsinin elmi katibi Aurika Bagdonaviçene, tərtibatçisi ön sözün ( “Keçmişin ağrıları gələcəyin böyük ümidləri”) müəllifi isə Mahir Həmzəyevdir.

Kitab Azərbaycan Respublikasının Diasporla üzrə Dövlət Komitəsinin dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən 1000 (min) nüsxədən ibarət tirajla nəşr edilib.

Diasporla üzrə Dövlət Komitəsi Litva Azərbaycanlıları Cəmiyyətinin birgə layihəsi çərçivəsində Litvanın elm ali təhsil müəssisələrində, dövlət institutlarında, yaradıcılıq ittifaqlarında, ictimai-siyasi mədəni təşkilatlarında bu il kitabın Litva ictimaiyyətinə təqdim olunmasi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Mahir HƏMZƏYEV, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri

525-ci qəzet.- 2015.- 24 yanvar.- S. 6.