Gənc Tamaşaçılar Teatrı soyqırım qurbanlarını anıb

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə teatrın uşaq yeniyetmələrlə aparan təşkilatçı-pedaqoq, Əməkdar artist Ötkəm İsgəndərov zaman-zaman mənfur qonşularımız ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən danışıb.

 

Sonra gənc yazar Sevinc Elsevərin "Ürəyində arzu tut" pyesi əsasında hazırlanmış "Arzu Murad" tamaşası nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

 

Yeni səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev və başqaları ifa ediblər.

 

525-ci qəzet.- 2016.- 1 aprel.- S.4