31 Mart Soyqırımı BSU-da yad edilib
Bakı
Slavyan Universitetində
(BSU) 1918-ci il 31 Mart - Azərbaycanlıların Soyqırımı
Günün 98-ci ildönümünə
həsr edilmiş anım mərasimi keçirilib.
BSU-dan 525.az-a verilən
məlumata görə,
tədbir soyqırımı
ilə bağlı qısametrajlı filmin nümayişi ilə başlayıb, soyqırım
qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Mərasimi açan BSU-nun rektoru,
professor Asif Hacıyev azərbaycanlılara
qarşı məqsədyönlü
şəkildə həyata
keçirilmiş etnik
təmizləmə və
soyqırımı siyasəti
nəticəsində xalqımızın
ağır məhrumiyyətlərə
məruz qaldığını
vurğulayıb.
Rektor qeyd edib ki, faciə
təkcə Azərbaycan
xalqına qarşı
deyil, bütün dünyada sivil insanlara qarşı yönəlmiş genosiddir. Heydər Əliyev
tərəfindən soyqırıma
dövlət səviyyəsində
siyasi və hüquqi qiymət verildiyini deyən Asif Hacıyev 31 Mart soyqırımının dünya
arenasında lazımi
səviyyədə tanınacağını
əminliklə bildirib.
Tədbirdə çıxış edən Azəbaycan Respublikası Müharibə,
Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
Sosial şöbəsinin
rəisi, polkovnik Kamal Əliyev, Gənclərin hərbi vətənpərvərlik şöbəsinin
müdiri, polkovnik Adil Haqverdiyev, BSU-nun Azərbaycanşünaslıq tədris
və mdəniyyət
mərkəzinin dosenti
Sadir Məmmədov və BSU-nun magistrantı Səməndər Həsənov
qırğınların heç
vaxt Azərbaycan xalqının yaddaşından
silinməyəcəyini qeyd
ediblər.
Çıxışçılar bildiriblər
ki, bu faciə barədə
məlumatları həm dünya dövlətlərinə,
xalqlarına, həm də Azərbaycan gənclərinə
çatdırmaq hər bir azərbaycanlının
borcudur.
525-ci qəzet.- 2016.- 1 aprel.- S.4