Parisdə Dağlıq Qarabağ münaqişəsinə dair kitab nəşr olunub

 

 

 

Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun "Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi hüquqi baxış" adlı kitabının ikinci nəşri işıq üzü görüb.

 

Kitab Fransanın məşhur "L'Harmattan" nəşriyyatının diplomatiya strategiya kolleksiyasında nəşr edilib.

 

Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi real faktlar əsasında araşdırılıb. Müəllif Dağlıq Qarabağın qədim tarixini alban tarixşünaslığı orta əsr ərəb mənbələri əsasında araşdıraraq, onun Qafqaz Albaniyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır.

 

Qeyd olunur ki, Dağlıq Qarabağın yerli əhalisini Qafqaz albanları təşkil edib. Onlar uzun müddət öz kimliklərini qoruyub saxlayıblar. Dağlıq Qarabağ bütün dövrlərdə Azərbaycan dövlətlərinin tərkibində olub Azərbaycanın siyasi, iqtisadi, sosial mədəni həyatının ayrılmaz hissəsini təşkil edib.

 

Nəşrdə 1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş şərh olunur. Həmçinin 1991-ci ildən sonra baş verən proseslər siyasi hüquqi müstəvidə araşdırılır, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakteri, bölgənin erməni milli azlığının separatçılıq tendensiyalarının təbiəti təhlil edilir. Müəllif, eyni zamanda, sülh prosesinə geniş yer verərək, münaqişənin tərəflərin kompromisi əsasında beynəlxalq hüququn prinsip normalarına uyğun həll olunmasını bir zərurət kimi göstərir.

 

AzərTAc

525-ci qəzet.- 2016.- 1 aprel.- S.2