Neft və Sənayə Universitetində soyqırım qurbanları anılıb

 

 

Martın 31-də Azərbaycan Dövlət Neft Sənaye Universiteti Azərbaycan tarixində acı səhifələrdən biri kimi yadda qalan 31 Mart Azərbaycanlıların Soqırımı Gününə həsr olunmuş anım tədbiri keçirib.

 

Universitetdən verilən məlumata görə, tədbirdə universitetin rektoru Mustafa Babanlı, professor-müəllim heyəti, tələbələr, eləcə qonaq qismində professor, millət vəkili Musa Qasımlı iştirak ediblər. Tədbir Soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

M.Babanlı 31 mart hadisəsini erməni daşnakları havadarlarının tarixən Azərbaycana qarşı yönələn məkirli siyasətini əks etdirən pik nöqtəsi kimi qeyd edib. Rektor 1918-ci ilin 30 mart -3 aprel tarixləri arasında Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan digər ərazilərdə Bakı Soveti daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan söz açaraq hərb siyasətinə, insanlığa sığmayan cinayətin - minlərlə azərbaycanlının qətlə yetirildiyini faktlarla diqqətə çatdırıb. Bildirib ki, dünyanın tanımadığı bu soyqırım Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 

Millət vəkili Musa Qasımlı çıxışı zamanı dünyanın 7 ölkəsinin arxivində apardığı araşdırmalar zamanı erməni cinayətlərini əks etdirən tarixi faktlara istnad edib. Tarixçi alim Azərbaycana qarşı törədilən 31 mart soyqırımının, torpaqlarımızın zaman-zaman zəbt edilməsinin əsasında böyük güclərin regionda möhkəmlənmək bundan istifadə edən erməni daşnaqlarının böyük Ermənistan iddiasını azərbaycanlıları - müsəlmanları qırmaqla həyata keçirmək məqsədlərini qeyd edib. Professor təkcə 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının yaratdığı qarışıqlıqdan məharətlə istifadə edərək Bakını necə ələ keçirmək, qırğınlar törətmək üçün aparılan ardıcıl planlardan söz açıb.

 

Sonda M.Qasımlı gəncləri tariximizi dərindən öyrənərək, həqiqətləri dünyaya düzgün çatdırmaqla mübarizə aparmağı tövsiyə edib. Hər bir ölkənin tarixində acı səhifələrin olduğunu deyən millət vəkili, məğlubiyyətlərdən ibrət alaraq gələcək üçün nəticələr çıxarmağın vaxtı çatdığını bildirib.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 1 aprel.- S.2.