Tanrı, yağış, mən...
Bu gecə sinəmi yağışa açdım,
Bu gecə dərdimi yağışa dedim.
Bir ürkək, bir odlu baxışa açdım,
Aparıb
çatdırsın Tanrıya,
dedim.
Hissimi, fikrini qoydum ortaya,
İmanımdan deyil, payımdan oldum.
Oxunmuş kitabın son varağını,
Çevirib günümdən, ayımdan
oldum.
Bu gecə bir təzə
nağıl başladım,
Gözlədim, Göylərdən alma
düşmədi.
Saçlarım qabardı ağrılarımdan,
Ağrılar dünyanı dəyişdirmədi.
Əlimin
altında könül
dəftərim -
Bircə vərəqi də qaralanmadı.
Burdan ürəyimə Yerlə
Göy qədər
Yol getdim, nə fayda, gedib çatmadım.
Bu gecə fikrimi yağışlar yudu,
Bu gecə ağlımı
yağış apardı.
Hər şeyi bir odlu
baxışdan umdum,
İnandım: Tanrıdan özgə
yalandı.
Yenidən doğulacağam
Nə vaxtsa yenidən doğulacağam,
Təkrar gələcəyəm mən
Yer üzünə.
Nə vaxtsa diksinib oyanacağam,
Mən od işığına,
külək səsinə.
Budaqda tumurcuq çatlayan kimi,
Bir ömür
yenidən başlayacaqdır.
Bir payız
yağışı yağıb
keçəcək.
Bir bahar yenidən qayıdacaqdır.
Sevgi dar ağacı- asılacağam.
Gözümün gözündən sən keçəcəksən.
İlahi
ağrının, ilahi
qəmin,
Şəklini üzümdən köçürəcəksən.
Yenə
vədələşib görüşəcəyik,
Bayram eyləyəcək tanış küçələr.
Bu otel otağı, dar dayanacaq,
Bu köhnə skamya...
sevinəcəklər.
Hardasa yoluma çıxan birisi
Mənə vurulacaq... yazıq olacaq.
Sənin
uzaqlardan yazdığın
məktub
Mənə çatmayacaq... hayıf olacaq.
Keçdiyim dağ başı,
sıldırım qaya
Ağac kölgəsində əks
olacağam.
Təkrar
gələcəyəm mən
Yer üzünə
Şahnaz,
sənin üçün
doğulacağam!..
Məni
tanıdınmı...
Daş üstə yatdığım
gecə,
Min il yol getdiyim gecə,
Gözündən itdiyim gecə,
Məni axtardınmı, Tanrım?
Qəmi
könlümü oxşayan,
Taleyimi naxışlayan,
O gildir-gildir ağlayan
Ahı tanıdınmı
Tanrım?
Yığış köç edək buradan,
Ağı ayıraq qaradan,
Söylə, anam mən sarıdan
Yenə
nigaranmı,Tanrım?
Hardasa yalqızsan...
Qapıya
çıxdığım vaxtdan,
Sevincdən titrəyib çəkdiyim
ahdan...
Çox
keçir...
Uçub
xəyalımda qurduğum
yuva
Yetmir harayıma udduğum hava...
Qan damır...
bir azca üz almış ağrılarımdan
gecələr asılıb
yuxularımdan,
qaçıram tənhalıq
qorxularımdan...
Çıxıram yollara... bəlkə
rast olar
Qapımı nagahan döyən
o adam.
Tutub əllərimdən köksünə
sıxıb
“Sevirəm, sevirəm” söyləyən adam...
Elə
o görkəmdə, o boz
plaşda,
O dəli yağışda islanan adam...
Özü öz dərdindən
usanan adam...
O üzü Tanrıya dayanan adam!...
Qarşımdan bir gəlin maşını keçir,
“Vağzalı” səsindən
çırpınır ürək !
İçimi yandırır kösöv
arzular,
Hardasa yalqızsan sən də mənimtək...
Yenə
axşam düşür,
qaralır hava
Evinə tələsir xoşbəxt
adamlar.
Kimsə
addım-addım izləyir
məni,
Nəsə pıçıldayır bumbuz dodaqlar...
Sevgidən o yana
...Sevgidən o ya na nə
axtarırsan,
Sevgidən o yana yol varmı yenə?..
Kimsə
məhəbbətdən havalanıbdı,
Kim isə oturub dərs verir sənə...
Açılır qatbaqat sevda notları:
Burda qış
fəsli də çiçəkləyibdi.
Burda oxunmayır yazdıqlarımız
Sözlər göz yaşıyla ləkələnibdi.
Biz yola çıxanda bilet almadıq,
Neçə kor baxışdan yayınıb gəldik.
Məhəbbət zor işdi, kişi işidi,
Biz də bu “yalana”
aldanıb gəldik...
İlləri boşuna verməmişik
ki,
Qaya ucaltmışıq,
dağ bitirmişik.
Bütün sevgililəri cəm
eyləyərək,
Haqqın
hüzuruna saf gətirmişik...
Sevgidən o yana nə axtarırsan,
Sevgidən o yana yol varmı yenə?..
Kimsə
məhəbbətdən havalanıbdı,
Kim isə oturub dərs verir sənə...
Şahnaz Şahin
525-ci qəzet.-
2016.- 2 aprel.- S.22