“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi
qarşısında
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına
çevirəni, ön
sözün müəllifi,
lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
I cild (noyabr 1918 - aprel 1920)
Müsəlman sosialistləri fraksiyasının
bəyannaməsi
(Məruzəçi Əhməd
Cövdət Pepinov cənabları)
Əfəndilər!
Müsəlman Sosialistlər İttifaqı
və müsəlman sosial-demokrat “Hümmət”
firqəsi tərəfindən
yoldaşlarımız Səfikürdski
və Şeyxülislamov
tərəfindən müfəssələn
bəyan edilən nöqteyi-nəzərimizi aşağıdakı
deklarasyon şəklində
nəzərinizə yetirmək
niyyətindəyəm.
Biz müsəlman sosialistlərinin
parlamana girməkdən
məqsədimiz parlaman
ideyasını, hökumətin
məsul olmasını,
yeridilən siyasətin
açıq və aşkar tutulmasını,
cümlə hürriyyətlərin
bərpa edilməsini və Məclisi-Müəssisanın
tezliklə çağrılmasını
bu kürsüdən müdafiə etməkdir.
Bu məqsədlə biz hökumətin yeridəcəgi
siyasət həqqində
şu surətlə bəyan ediyoruz.
Firqə və fraksiya nümayəndələrindən mürəkkəb müştərək
bir hökuməti qəbul ediyor və onun proqramı
demokratik əsaslara müvafiq olmasını arzu ediyoruz.
Gələcək hökumətin əvvəlinci
vəzifəsi Azərbaycan
Cümhuriyyətinin istiqlalını
bütün qüvvəsilə
müdafiə etmək,
Azərbaycan demokrasiyasının
qazandığı bu
müqəddəs həqqi
var qüvvəsilə
mühafizə etməkdədir. Biz inanıyoruz
ki, azəri türklərinin istiqlalı
təyin və təsdiq olduqdan sonra “yalançı milliyyətçilik” ortadan
qalxar və şimdiki əsrin məhsulu olan sinif ayrılığı
və sinif mübarizəsi qolaylıqla
bizim də cəmaətin içinə
girər ki, bu da ümumi
demokrasiyanın xeyrinədir.
Fəqət istiqlaliyyəti mühafizə
etmək öz kabinetinə girib də qapanmaq degil. Bir çox tarixi,
mədəni və ən ziyadə ekonomik əsaslar Zaqafqaz millətləri və cümhuriyyətləri
və əski Rusiya torpağı üzərində əmələ
gəlmiş hökumətlərini
biri-birilə sıxı
münasibatda bulunmaya məcbur ediyor. Buna binaən biz əvvəla
Zaqafqaz Cümhuriyyətlərinin
biri-biri ilə həm siyasi və həm də iqtisadi cəhətdən sıxı
bir rabitədə bulunmalarını arzu edəriz. Bundan maəda Rusiyada
əmələ gəlmiş
müstəqil parçaların
bir-birilə yaxınlaşıb
da hər tərəf üçün
mənfəətli ittifaq
yapmağın da tərəfdarıyız. Xarici siyasətimizi gözdən
keçirdikdə qonşularımız
ilə olan münasibətimizin heç
də yaxşı olmadığını və
Avropa millət və dövlətlərilə
lazım olan münasibatə girilmədigini
görüyoruz.
Şimali Qafqaz Cümhuriyyəti ilə ən sıxı münasibatın
saxlanmasını arzu
edəriz.
Bizə
dost və mehriban olan demokratik Gürcüstan Cümhuriyyəti
ilə siyasi və iqtisadi ixtilafların bərtərəf
edilməsini, ixtilaflı
məsələlərin ədalət
üzrə həll edilməsini və tez bir zamanda
ən səmimi münasibətin qurulmasını
arzu edəriz.
Yaxın
qonşumuz olan Ermənistan Cümhuriyyəti
ilə şimdiyə qədər heç bir münasibatə girilməmiş və mövcud olan münasibat isə pək gərgin, heç də dostanə degil, halbuki hal və
vəziyyət bizim ilə Ermənistan arasında həqiqi bir dostluğun bərpa edilməsini tələb ediyor. Bu iki cümhuriyyətdə
yaşayan millətlər
ən ziyadə erməni və türklərdir. Əgər bu
hökumətlər arasında
hüsni-münasibət olmazsa,
orada yaşayan millətlərin arasında
da dostluq olamaz. Və əksinə arada
həll edilməmiş
ərazi məsələsi
vardır. Böylə ixtilaflı
məsələlər silah
gücü ilə həll olunmayacaq. Dünyanın ən qüvvətli
dövlətləri milyonlarca
qurban verdikdən sonra böylə ixtilaflı məsələlərin
silah gücü ilə həll olunmayacağını dərk
etdilər. Kiçik millətlər
üçün bu bir dərsi-ibrətdir.
Buna binaən böylə ixtilaflı məsələlərin silah
gücü ilə həll olunamıyacağını
qət edib anlaşma və uzlaşma ilə həll etməyə çalışmalıdır. Buna görə biz hökumətdən Ermənistan
ilə sıxı münasibətə girişməsini
və bu cümhuriyyət ilə ən dostanə münasibatın vəz edilməsinə çalışmasını
tələb ediyoruz.
Başqa hökumətlər ilə
də dostanə münasibatə girmək hökumətin vəzifəhlərindən
olmalıdır. Fəqət Avropa millətləri
ilə münasibat peyda etmək üçün oraya bir parlaman heyətinin
göndərilməsini münasib
görüyoruz.
Daxili işlərimizə
keçdikdə biz ən
əvvəl bütün
böyük və əhəmiyyətli işlərimizi
həll etməgə həqq və səlahiyyətli olan Məclisi-Müəssisanı dörd
əsaslı üsul üzrə tez bir zamanda çağrılmasını
tələb ediyoruz. Bu işin parlaman kəndi əlinə almasını istəriz.
Şimdiyə qədər məmləkətdə
qanuni bir həyatın olmadığını,
keyf və təzyiqin, xüsusən ayrı-ayrı cərəyanlara
və millətlərə
qarşı hökm sürdügünü etirafla
gələcək hökumətdən
daxildə qanun dövrünün qurulmasını
və inqilabın zəhmətlərindən olan
cümlə hürriyyətlərin
iadə edilməsini tələb ediyoruz. Mart və sentyabr hadisatını istintaq etmək üçün xüsusi bir parlaman istintaq komisyonunun seçilməsini
və qeyri-siyasi firqə ilə bu yolda işləməsini
lazım biliyoruz.
Qəvi bir hökumətin olmasını arzu edəriz. Fəqət biz bunu inqilabdan
əvvəl mövcud
olan müəssisələrin
yenidən qurulması
ilə, köhnə adamları dirildib köhnə formaları iadə etməkdə görmüyoruz. Köhnə idarə
bütün puçluğunu
göstərdi, onun dalınca qaçmaq həyatı anlamamaqdır.
Biz idarələrin cəmaətə yaxın
olmasını, cəmaətə
etimad etməsini istəriz. İdarələrdə bulunan bir çox yaramaz ünsürlərin kənar
edilməsini və sağlam bir idarə qurulmasını tələb ediyoruz.
Bu axır illərin
bütün ağırlığı
ən ziyadə fəhlə və kəndlilərin boynuna düşmüşdür. Bunların halı
pək ağır və pərişandır.
Buna görə də bu siniflərə
yardım etmək gələcək hökumətin
borcudur.
Bütün Azərbaycanda 8 saatlıq
iş müddəti qəbul olunmalıdır.
Şimdiyə qədər inqilab
əsnasında fəhlələr
ilə yapılan müahidələr kəndi
qüvvətini saxlamalı
və fəhlə müəssisələri və
təşkilatları yapılmaq
üçün heç
bir məmaniət olmamalı və qeyri-maddi və yardımlarda bulunmalıdır.
Topraq qanunu daha Zaqafqaz “Seymində” bütün müsəlman fraksiyalarının
iştirakilə qəbul
edilmişdir. Fəqət şimdiyə qədər
hökumət onu tətbiq etməmişdir.
Biz təklif ediyoruz
ki, torpaq komitələri təşkil
olunsun və qəbul olunmuş topraq qanunu tətbiq
olunmaya başlansın.
Cəmaət təşkilatlarının artması
üçün bütün
qüvvətimizi sərf
etməliyiz. Və bunun üçün
köhnə qəbul olunmuş “Zemstvo” qanununu tezliklə tətbiq etməli və zemstvo təşkilatlarının tezliklə
vücudə gəlməsinə
çalışmalıdır.
Mövcud olan hökumət müəssisələri pək
çox, pək böyük və pək də ağırdırlar. Bu müəssisələrin
bəzilərini qaldırmaq
bir çoxlarının
da ştatlarını
azaltmaq lazımdır.
Cəmaət bu ağır və bahalı idarələrə
tab gətirə bilməz.
İdarələri yüngülləşdirmək
və ucuzlaşdırmaq
lazımdır.
Maliyyə işlərimiz pək qarışıq və dolaşıqdır. Gələcək hökumət bu işləri düzəltmək və sistemə qoymaq məcburiyyətindədir. Daxildə ticarəti canlandırmaq üçün iqtisadi müahidələr yapmalı və hüdudlarımızı açmalıyız.
Müdafiə edəcəgimiz məsələlərdən biri də qadınlarımızın həqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır. Bizim qənaətimiz bunadır ki, iştə bu əsasların qəbul və tətbiqi cümhuriyyətimizi bu ağır günlərdə aydınlığa çıxara bilər. Bu yolda Azərbaycanın zəhmətkeş kəndli və fəhlələrinin bizə yardımçı olacaqlarına inanıyoruz.
Yaşasın Azərbaycan Demokratik Cümhuriyyəti!
Yaşasın Qafqaz millətlərinin dostluğu!
Yaşasın cəmiyyəti-əqvam!
“Azərbaycan”, 15 dekabr 1918, №65
Mühəvvəl - tapşırma
Mərcu - müraciət edilmiş
Azərbaycan Məclisi-Məbusanında Xan Xoyskinin cavabı
Dünki nömrəmizdə Məclisi-Məbusan rəisi həzrətlərinin Rəisi-Vükəla Fətəli xan Xoyski həzrətlərinə yazdığı məktubu dərc etmişdik. Xan Xoyski həzrətləri buna cavabən Məclisi-Məbusan rəisi həzrətləri namınə işbu məktubu göndərmişdir.
Möhtərəm Həsən bəy!
Dün tərəfinizdən göndərilən məktubu aldım. Məktubda xəbər veriyorsunuz ki, bənim millət yolundakı sabiq fəaliyyətimi nəzərə alaraq və parlaman fraksiyalarının da bəni intixab etmək üçün verdikləri rəyləri mücibincə, bən parlaman əndində məsul yeni müştərək kabinə təşkilinə dəvət ediliyoram.
Bənə göstərilən işbu ali etibardan səmimən məmnunam. Fəqət cismən zəifligimdən naşi işbu məsələyi öhdəmə götürməkdən acizəm. Məəmafiə mən daima millət yolunda lazım gələrsə çalışmağı vəzifəyi-mənəviyyəmdən ədd edəcəgəm.
Fürsətdən bilaistifadə rica ediyorum ki, bənim səmimiyyət və iradətimi qəbul edəsiniz.
Xan Xoyski
Gürcü nümayəndəsi Tsıxaqayanın nitqi
Böyük Fransa inqibalı hürriyyəti-şəxsiyyəyi-bəşəriyyə əsasını elan etmişsə, böyük cahan müharibəsi əzilmiş olan bəşəriyyətin 50 aylıq müsibətilə müqəddəs hürriyyəti-şəxsiyyəyi-milliyyə, təyini-müqəddərati-milliyyə əsaslarını meydana atmışdır. Bu gün cavan Azərbaycanın ən yaxşı nümayəndələri haman hüququ felən tətbiq və öz dövlətinin binasını müntəzəmən qurmaq üçün paytaxtlarında yığışmış olduqları bayram günündə bən gəlmişəm Azərbaycan parlamanının möhtərəm əzası, Azərbaycan ərazisində yaşayan gürcülər namindən mühüm tarixi zamanın hüluli münasibətilə səmimi şadlığımızı bəyan edəm və sizin sıranıza daxil olaraq quruluş işlərində iştirak edəm. Ümum qonşular ilə dostanə əlaqə, ümum cümhuriyyət vətəndaşları miyanında bilafərq məzhəb və millət müsavati-hüquq hüsuli, fəhlə və kəndlilərin mənafeyinə böyük əhəmiyyət vermək üzrə həyati-daxiliyyəyə aid bir çox məsələlərin həlli, ümumi müsavi, müstəqim, gizli və mütənasib seçki üsulilə Məclisi-Müəssisan dəvəti və sairə kibi mühüm məsələlərin həlli qarşısında bulunuyoruz.
Bütün bu məsələlərin həllində cümhuriyyət rəhbər müəssisələri gürcü nümayəndələri şəxsində həqiqi bir yoldaş bulacaqlardır. Qoy məsuliyyətsiz ənasirlər ehtimamilə hasil olan vəziyyət bizim fəaliyyətimizə mane olmasın. Həqq bizim tərəfimizdə olduğuna etiqadla bütün cahan demokratiyasının həqq və hüquq ləhinə səs verəcəgi böyük Avropa Məhkəməsinin qərarını rahətlə bəkləyəcəgiz. Vətəndaş parlaman əzası! Bən etiqad ediyoram ki, cavan dövlət gəmimiz ğələyanə gəlmiş beynəlmiləl ehtiras dənizindən səlamət keçərək, uca qaldırmış olduğu azad Azərbaycan Xəlq Cümhuriyyəti bayrağı ilə sahili-nicatə yetişəcəkdir.
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2016.- 2 aprel.- S.21