İmperiyalar və onların süquta sürüklənməsi

 

 

Proloq

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

6. Habsburqlar imperiyası 

 

1438-ci ildən sonra Müqəddəs Roma imperiyası Habsburq sülaləsinin əlinə keçdi. Habsburq sülaləsi Dunay ətrafında, kollektiv şəkildə Avstriya adlanmaqla tədricən bir sıra torpaqlara sahib oldu imperiyanın ən varlı torpaq sahiblərindən birinə çevrildi. XV əsrin ortalarından imperiya Avropa işlərində mühüm rol oynamağa başladı.

 

Habsburqların XV əsrdəki uğurunun çoxu, heç hərbi gücünə deyil, yaxşı həyata keçirilən sülalə nikahları siyasətinə borclu idi. Köhnə Habsburq devizində deyilirdi: “Müharibə başlamağı başqalarının öhdəsinə burax! Lakin sən xoşbəxt Avstriya, evlən (ərə get), çünki Marsla (müharibə allahı ilə) olan səltənət üçün mükafat başqalarına çatır, Venera (məhəbbət ilahəsi) ilə olan isə sənə çatır”. Sülalə oğul qızlarını başqa hökmdar ailələrinin üzvləri ilə evləndirirdi. Bu ərazilərin əlavə olunması sülaləni beynəlxalq gücə çevirlmişdi onu Fransa monarxiyasının əleyhdarı etmişdi. Fransa hökmdarları onları əhatə edə bilən Habsburqlardan qorxurdu.

 

7. Osmanlı imperiyasının meydana gəlməsi 

 

Şərqi Avropa Osmanlı türklərinin ardıcıl olaraq irəliləməsindən artan dərəcədə təhlükə hiss edirdi. Əlbəttə, Bizans imperiyası müsəlman Orta Şərqi ilə Latın Qərbi arasında əsrlərlə bufer rolunu oynamışdı, lakin 1204-cü ildə Konstantinopolun Venetsiya doju Dandolonun başçılığı altında səlibçilər tərəfindən qarət olunması işğal olunması ilə Bizans ciddi şəkildə zəifləmişdi. Latın imperiyası devrildikdən sonra Bizans öz qüvvəsini bərpa etməyə cəhd etdi, lakin türklər tərəfindən olan təhlükə nəticədə uzun ömür sürən imperiyanı məhvə sürüklədi.

 

1300-cü ilə yaxın I Osman Fateh (1282-ci ilə yaxın - 1326-cı illər) öz hakimiyyəti altında müstəqil dövlətin yaranmasını elan etdi 1922-ci ilə qədər davam edən sülaləni yaratdı. 1288-ci ildə I Osman səlcuqların vassalı kimi onların dövlətinin, Anatoliyanın şimal-qərbində Bizans torpaqlarının xeyli hissəsini tutan monqolların təzyiqi altında parçalanmış sərhəd vilayətlərindən birinin ərazisinə girdi. o, burada gələcək Osmanlı imperiyasının əsasını qoydu. 1326-cı ildən Osmanlıların paytaxtı Bursa (yunanca Brusa) oldu. Kiçik Asiyanın şimal-şərqində XIII əsrdə başlanğıcını götürən Osmanlı türkləri Səlcuq türklərinin və Bizans imperiyasının torpaqlarını tutaraq, sürətlə yayılmağa başladı.

 

Onlar 1345-ci ildə Konstantinopoldan yan keçib, Balkanların içərilərinə hərəkət etdilər. Sultan I Muradın başçılığı altında Osmanlı qüvvələri Bolqarıstandan keçib, serblərin torpaqlarına daxil oldular. 1389-cu ildəki Kosovo döyüşündə Osmanlı qüvvələri serbləri məğlub etdilər. Döyüşdə həm serb kralı Lazar, həm sultan Murad həlak oldu.

 

Lakin 1402-ci ildə XIV əsrdə Mərkəzi Asiyada meydana gəlmiş böyük sərkərdə Teymur Osmanlılara hücum edib, Kosovo döyüşünün iştirakçısı olan atasını əvəz edən sultan Bəyazidi məğlub edib, onu dəmir qəfəsə saldırdı.

 

Teymur Çingiz xanın nəslindən olduğunu iddia edirdi. O, Çingiz xan imperiyasından ayrı düşmüşitirilmiş torpaqları bir yerə yığmağa çalışdı. 1390-cı ildə Səmərqəndi tutub, özünü əmir elan etmişişğal yürüşlərinə başlamışdı. Teymur bütün Orta Asiyanı, İranı və Zaqafqaziyanı fəth etdi. Qızıl Ordanı darmadağın etdi. Teymurun qoşunları Kiçik AsiyayaHindistana basqınlar etdi. 1404-1405-ci illərin qışında Çinə müdaxilə etməyə hazırlaşarkən 1405-ci ildə öldü. Onun nəhəng dövləti çox torpaqlarını itirdi.

 

XV əsrdə Qızıl Orda da müxtəlif xanlıqlara parçalandı və onun məhv edilməsi 1480-ci ildə rusa imkan verdi ki, qəti olaraq tatar-monqol zülmünü öz üstündən atsın.

 

Teymur Osmanlı sultanını məğlub etsə də, onun bu qələbəsindən bir əsər-əlamət qalmadı. Osmanlı hökmdarları əvvəlcə Avropada, sonra isə Asiyada iri miqyaslı yürüşlərini davam etdirib, imperiyanın ərazilərini işğallar hesabına genişləndirməkdə davam etdilər və onların Teymura məğlubiyyəti elə böyük təsiri olmayan tarixi epizoddan başqa bir şey olmadı.

 

1480-ci ilə qədər Bosniya, Albaniya və Serbiyanın qalan hissəsi Balkanlarda Osmanlı imperiyasına əlavə olundu.

 

1453-cü ildə osmanlılar Bizans imperiyasının məhvini tamamladılar. Sultan II Mehmet 80 min nəfərlik qoşunları ilə yalnız 7 min müdafiəçisi olan Konstantinopolu mühasirəyə aldı. Şəhərə hücumda türklər ağır toplardan istifadə etdilər, onların mərmilərinin hər biri 1200 funt ağırlığında idi. Nəticədə divarlarda deşik əmələ gəldi, Bizans imperatoru son döyüşdə həlak oldu. II Mehmet imperatorun sarayı qarşısında dayanıb, bəşər şərəfinin təbiətinin ötüb keçən olduğunu ifadə etmək üçün sakitcə bu mənzərəni seyr etdi.

 

Konstantinopolu işğal edəndən sonra Osmanlı türkləri Balkanlarda öz işğallarını başa çatdırmağa cəhd etdilər, bu əraziyə isə onlar XIV əsrdən gəlmişdilər. Baxmayaraq ki, 1470-ci ildə onlar Rumıniya ərazisi olan Valaxiyanı götürməkdə uğurlu olmuşdular, macarlar müqavimət göstərib türklərin Dunay vadisi ilə irəliləməsinə imkan verməmişdilər. XV əsrin sonuna qədər türklərin daxili problemləri onları Avropadakı sonrakı hücumlardan yayındırmışdı. XVI əsrin başlanğıcında isə Osmanlılar Qərbə qarşı öz hücumlarını təzələdilər. Macarıstanı, Avstriyanı, Bohemiya və Polşanı hədələməklə, Aralıq dənizini türk gölünə çevirmək istəyirdilər. 

 

III. Yeni Tarix dövrü

 

1. Yeni Dünyanın kəşfi 

 

İspan tədqiqatları tarixində Xristofor Kolumb (1451-1506-cı illər), o, əslən italyan olmaqla, Genuyadan idi, mühüm şəxsiyyət hesab olunur. Elmlə tanış olan avropalılar bilirdilər ki, dünya dairəvidir və hətta ona dövrə vurmaqla Asiya qitəsinə gedib çıxmaq olar. Kolumb hiss edirdi ki, Afrikanın ətrafı əvəzinə qərbə tərəf üzməklə Asiyaya çatmaq olar. O, kraliça İzabellanı da tədqiqat ekspedisiyasını maliyyələşdirməyə inandıra bildi.

 

Üç gəmi və 90 adamlıq komanda ilə o, 3 avqust 1492-ci ildə üzməyə başladı və 12 oktyabrda Baham adamlarına gəlib çıxdı. Sonra o, Kubaİspanyola (indiki Haiti) sahillərinə yollandı. Kolumb inanmışdı ki, o, Asiyaya gəlib çıxmışdır, İspaniyaya dönəndə kral Ferdinandı və kraliça İzabellanı öz raportları ilə əmin edirdi ki, o, hökmən qızıl tapacaqdır. Həm də o, yerli sakinləri hindlilər adlandırmaqla (indi bir sıra dillərdə, həmçinin Azərbaycan dilində “hindulardeyilir), güman edirdi ki, onları xristianlığa döndərmək üçün qızıl bir imkana malikdir. Dörd səfəri ərzində Karib dənizinin bütün başlıca adalarında və Mərkəzi Amerikanın qitə hissəsində sahilə çıxdı və hələ də inanırdı ki, o, Asiyadakı Hindistana gəlib çıxmışdır.

 

Venetsiya dənizçisi Con Kabat İngiltərə kralı VII Henrinin lisenziyası ilə Amerikanın sahil xəttindəki Yeni İngiltərəni tədqiq etmişdi. Portuqaliya dəniz kapitanı Pedru Kabpal təsadüfən 1500-cü ildə Cənubi Amerikanı kəşf etmişdi, Florensiyalı Ameriqo Vesspuççi bir neçə səfərə qoşularaq, məktublarında həmin torpaqları Yeni Dünya coğrafiyası kimi təsvir etmişdi. Bu məktublar nəşr edildikdə, həmin torpaqların adı üçünAmerika” (“Ameriqodan sonra) sözü işlənmişdir.

 

XVI əsrin ilk iki onilliyi Şimali və Cənubi Amerikaların şərq sahillərini tədqiq edən okean səfərlərinin şahidi oldu.

 

Ferdinand Magellan (1480-1521-ci illər) 1519-cu ildə dünya ətrafına səyahətə çıxdı. O, Cənubi Amerikanın qurtaracağındakı, sonra öz adı ilə adlanacaq boğazdan üzüb keçib, Sakit okeana çıxdı. Okeanla uzun müddət üzdükdən sonra indiki Filippin adalarına gəlib çıxdı. Burada o, yerli adamlar tərəfindən öldürüldü. Magellan dünya ətrafına ilk səyahət edən dənizçi oldu.

 

Avropalılar Yeni Dünyada bu vaxt kəşf edilən torpaqlara üstünlük verdilər. Burada milyonlarla sivilizasiyalanmış əhali yaşayırdı. Lakin amerikalar həqiqətən də avropalılar üçün yeni idi. Onlar orada çox tez qaydada işğal və istifadə imkanlarını gördülər. 1494-cü il Tordesilyas müqaviləsinə görə yeni kəşf edilən dünya Portuqaliyaİspaniya təsir sferaları kimi iki yerə bölündübu sənəd əsasında Cənubi Amerikanın əksər hissəsi İspan sferasına daxil olurdu. Şərqə tərəf, Xoş Ümid Burnu ətrafında dövrə vurmaq yolu isə Portuqaliyaya qaldı, ancaq Atlantik okeanından keçən yol isə ispanlara məxsus idi. 

 

2. Portuqaliyalıların yeni torpaq axtarışları

 

Portuqaliyalılar hələ çoxdan Afrika sahillərini tədqiq etmək sahəsində Avropada əslində aparıcı mövqeyə malik idi. 1441-ci ildə Portuqaliya gəmiləri Keyp Verdedən bir qədər şimalda olan Seneqal çayına çatdılar və vətənə qara afrikalılardan ibarət olan yüklə qayıtdılar. Onların çoxu sonra qul kimi Avropanın hər tərəfindəki varlı alıcılara satıldı. Bir neçə il ərzində ildə bir minə qədər qul həmin zonadan Lissabona daşınırdı.

 

1471-ci ildə portuqaliyalılar Qərbi Afrikada qızıl mənbəyi tapdılar (bu zona avropalılar üçün həmin vaxtdan Qızıl sahil kimi tanınır). Bir neçə il sonra onlar Mərkəzi Afrikada Zair (Konqo) çayının mənsəbinə çatdılar. Qızıl, fil sümüyüqul ticarətinə yiyələnmək üçün portuqaliyalılar yerli hökmdarlardan torpağı icarəyə götürüb, orada sahil boyunca daş istehkamlar tikdilər. 1498-ci ildə Vasko da Qama on il ondan əvvəl Bartolomey Diasın kəşf etdiyi Xoş Ümid Burnunu dolanıb keçərək, cənubi-qərbi Hindistan sahilindəki limana (Kelikat) gəlib çıxdı. O, burada “xristianları və ədviyyatları” axtarmağa gəlmişdi, lakin heç bir xristian tapmadı, axtardığı ədviyyatları isə tapdı. Salamat qalan gəmilərini ədviyyatla doldurub, geri qayıtdı, buna sərmayə qoyanlar bir neçə min faizlə ölçülən mənfəətə sahib oldular.

 

Portuqaliya donanması hər il bu zonaya yollanır, ərəb gəmilərinin yükünü ələ keçirmək və ədviyyat ticarətində öz inhisarını qurmaq istəyirdi. 1509-cu ildə Portuqaliya armadası birgə türkhind gəmilərindən ibarət donanmanı Hindistan sahilində məğlub etdi və Qırmızı dənizin girişinə blokada qoydu. Bu vaxt onlar ədviyyat ticarəti üçün daha geniş axtarışlara başladılar, 1511-ci ildə Malay yarımadasındakı Malakka limanına gəlib çıxdılar. Molukkalara, indi ora Ədviyyat 323  adaları kimi tanınır, yol üzərində stansiya qurdular. Qanlı döyüşdə portuqaliyalılar şəhəri tutub, yerli ərəb əhalisini qırdılar, bu, iki xalq arasında qəzəbli mübarizənin başlanmasına səbəb oldu. Portuqaliya imperiyası Hindistanın və Çinin sahillərində postlar yaratdılar, onlar Asiya regionunu müstəmləkəyə çevirməyi arzu edirdilər. Bu istəyin reallaşmasında onların uğuru toplarına və fərasətli dənizçilərinə əsaslanırdı.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2016.- 2 aprel.- S.20