Teymur Əhmədovun külliyyatı beş cilddə

 

 

Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “NURLAR” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla beş cilddə çap olunmuşSeçilmiş əsərlər”i bütövlükdə zəhmətkeş alimin külliyyatını əks etdirir.

 

AZƏRTAC xəbər verir ki, “Seçilmiş əsərlər”in birinci cildi Nəriman Nərimanovun həyatına yaradıcılığına həsr edilib. Teymur Əhmədovun Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, Tbilisi şəhərlərinin kitabxana arxivlərindən əldə etdiyi yeni-yeni materiallar, faktlar əsasında hazırladığıNəriman Nərimanovun dramaturgiyasıadlı namizədlik dissertasiyası onun aspirantura illərində apardığı gərgin elmi axtarışlarının yuxusuz gecələrinin bəhrəsidir. Monoqrafiya 1966-cı ildə görkəmli elm xadimləri, akademiklər tərəfindən yüksək qiymətləndirilib. Bir sözlə, professor Teymur Əhmədov ictimai-siyasi xadim Nəriman Nərimanovu millətimizə qaytaran, tanıdan, nəsillərdən-nəsillərə yaddaşlara hopduran fikir sahibidir. Buna görə qətiyyətlə demək olar ki, birinci cilddə yer alanNəriman Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığıNəriman Nərimanovun dramaturgiyasıbaşlıqlı yazılar nəinki bugünkü tədqiqatçılar, eləcə gələcək araşdırmaçılar üçün ən mötəbər mənbələrdən olacaq.

 

Nəşrin ikinci cildini ədəbi-bədii fikir tariximizə yeni bir nəzər kimi də dəyərləndimək olar. Bu cilddə Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, həmçinin Qılman İlkin, Zəlimxan Yaqub və neçə-neçə görkəmli söz xiridarlarımızın həyat yolu, yaradıcılığı görkəmli alim tərəfindən bir daha süzgəcdən keçirilib, təhlil olunub.

 

Yaradıcılığının böyük bir hissəsini Nəriman Nərimanov irsinin tədqiqinə həsr edən Teymur Əhmədov üçüncü cilddə yenidən bu böyük siyasi xadim və mütəfəkkirin yaradıcılıq yoluna işıq salır. O, Nəriman Nərimanovun dramaturgiyası ilə yanaşı, publisistikası, ictimai-siyasi və ədəbi fəaliyyəti, ədəbi-tənqidi görüşlərindən söz açır.

 

Tədqiqatçı alimin dördüncü cilddəki yazıları isə peşəkar bir jurnalist kimi onun obrazını tamamlayır. Ata yurdu”, “Vətən səsi”, “Vətən həsrəti”, “Elturan”, “Yeni fikir”, “Füyuzat”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri” və “Erməni xəyanəti 1918-1920” sərlövhəli publisistik yazıların hər birində onun Vətən, torpaq, yurd sevgisi, vətəndaşlıq mövqeyi üzə çıxır, xalqımızın başına gətirilən müsibətlərə münasibəti əks olunur. Söz yox ki, bu sanballı məqalələrlə müstəqillik tariximizdən, onun qazanılmasında keçilən çətin yoldan dönə-dönə bəhs edən Teymur Əhmədov müasir publisistikamıza dəyərli bir töhfə verib.

 

Sonuncu cilddəki “Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət” yazısı Teymur Əhmədovu vətənpərvər ziyalı, fədakar alim və gözəl publisist kimi xarakterizə edir. Bir sözlə, “Seçilmiş əsərlər”i oxuyan hər bir kəs nəinki Teymur Əhmədovun publisistikasının sehrinə düşəcək, hekayə və oçerklərindən bədii zövq alacaq, ssenariləri, məqalələri və ədəbi qeydlərini oxuyacaq, həmçinin “Mənim həyatım” başlıqlı yazı ilə bu zəhmətkeş insanı daha yaxından tanımaq imkanı əldə edəcək.

 

525-ci qəzet.- 2016.- 2 aprel.- S.12