“Nizami” Kino
Mərkəzində yeni filmlər
Aprelin
1-dən “Nizami” Kino Mərkəzində
“Osman pazarlama”, “Mayamidə missiya”, “Kloverfild 10” və “Marşrut müəyyən
edilib” bədii filmlərinin nümayişi
başlanıb.
Kino mərkəzindən AZƏRTAC-a bildirilib ki, Amerika rejissoru Den Traktenberqin çəkdiyi
“Kloverfild 10” filmi fantastika, triler, dəhşət, detektiv və dram janrındadır.
Filmdə rollara aktyorlar Con Qudman, Meri Elizabet Uinsted, Con Qallaher, Duqlas M.Qriffin, Syuzann Krayer, Bredli Kuper, Sumali Montan, Frank Mottek, Sindi Hoqan və Met Vairo çəkiliblər.
“Mayamidə missiya” filmini isə rejissor Tim Stori döyüş və komediya janrında çəkib. Filmdəki rolları Ays Kyub, Kevin Xart, Tika Sampter, Bencamin Brett, Oliviya Mann, Ken Jonq, Bryus MakQill, Maykl Edvard Rouz, ŞerriŞepperd, Arturo del Puetro və digər aktyorlar ifa ediblər.
Yeni filmlər sırasında rusiyalı rejissor Oleq Asadulinin “Marşrut təyin olunub” ekran əsəri də var. Ekran əsəri dəhşət və triler janrlarındadır. Öldürülən qadının ruhu ailə münaqişələrini sevmir və maşındakılar artıq onun ixtiyarındadı. Onların marşrutu bəllidir...
Filmdəki obrazları aktyorlar Svetlana Ustinova, Pavel Çinaryov, Vitaliya Kornienko, Kristina Şapovalova, Serqey Safronov, İlya Safronov, Andrey Safronov, Diana Melison, Aleksandr Tsem və başqaları canlandırıb.
Həftənin ən gözlənilən, “AF Media Azərbaycan” şirkətinin təqdim etdiyi “Osman pazarlama” türk filminin rejissoru Togan Gökbakar və baş rolun ifaçısı Şahan Gökbakardır. Film aşiq olduğu qızla evlənə bilmək üçün bacarıqlı iş adamı olmaq istəyən Osman Şaşmazın gülüş dolu hekayəsindən bəhs edir. Rollarda, həmçinin Selim Akgül, Liberat Niyoyandika və başqaları çəkilib.
525-ci qəzet.- 2016.- 2 aprel.- S.13