Kamal Abdullayev Nevada Ştat
Assambleyasının sədri ilə görüşüb
Aprelin
4-də Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri,
akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Nevada Ştat
Assambleyasının spikeri
Con Həmbrik (John Hambrick)
ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat
xidmətindən 525.az-a verilən
məlumata görə,
qeyd edək ki, 29 aprel 2015-ci ildə Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası (Parlamenti) tərəfindən Azərbaycanda
mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin
təqdir olunduğu sənəd qəbul edilib.
Dövlət müşaviri Kamal
Abdullayev qonağı
salamlayıb, Azərbaycanla
bağlı xeyirxah fəaliyyətinə görə
Con Həmbrikə minnətdarlığını
bildirib: “Azərbaycanda
sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün
sizə təşəkkür
edirik. Azərbaycan Prezidenti cənab
İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə
arxalanırıq. Siz də
dünya ictimaiyyətinin
dəyərli nümayəndələrindən
birisiniz. Xalqımız Azərbaycanla bağlı
gördüyünüz işlərə
görə sizə ən xoş arzularını çatdırır”.
BBMM-in Himayəçilik Şurasının
sədri Kamal Abdullayev Assambleya sədrinə Mərkəzin
yaradılması və
fəaliyyəti haqqında
məlumat verib: “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə
təxminən ilyarım
əvvəl təsis olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında
əsas məqsəd Azərbaycanın dövlət
və xalq olaraq multikulturalizmə verdiyi dəyərin bu Mərkəz vasitəsilə bir çox ölkələrə
çatdırılmasıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
vasitəsilə “Azərbaycan
multikulturalizmi” fənni
Avropanın bir çox universitetlərində,
bütövlükdə isə
dünyanın 13 ölkəsinin
ali təhsil
ocaqlarında tədris
edilir. Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi tərəfindən
mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış
məktəbləri təşkil
olunur. Rusiya, İsveçrə, Ukrayna,
Türkiyə, İtaliya,
Portuqaliya, Polşa, Çexiya, Gürcüstan,
Belarus, Bolqarıstan, Litva,
İndoneziya, Yaponiya və Almaniyanın müxtəlif universitetlərində
Azərbaycan multikulturalizmini
öyrənən tələbələr
yay və qış məktəblərində
iştirak edərək
bunun əyani şahidi oldular”.
Con Həmbrik Azərbaycanda ikinci dəfə səfərdə olmasından
məmnunluğunu ifadə
edərək Nevada ştatı
seçicilərinin salamını
çatdırıb.
Senator bundan sonra
da Azərbaycanla Nevada
ştatı arasında
müxtəlif sahələr
üzrə əməkdaşlığı
genişləndirməyin vacibliyindən
söz açıb.
Görüşdə ilkin olaraq yaxın gələcəkdə Nevada Ştatının
ali təhsil
müəssisələrində Azərbaycan multikulturalizmi
ilə bağlı tanışlıq mühazirələrinin,
sonrakı mərhələdə
isə Nevada universitetlərindən
birində “Azərbaycan
mulıtikulturalizmi” fənninin
tədrisinin təşkili
qərara alınıb.
525-ci qəzet.- 2016.- 5 aprel.- S.7.