Bakıda gənc polyak fotoqrafların sənət festivalı açılıb

 

 

Aprelin 2-də Bakıda Müasir İncəsənət Mərkəzində polyak gənclərin sənədli fotoqrafiya festivalının rəsmi açılışı keçirilib. Festival “Sputnik Photos”, “Oculi Populi”, Azərbaycan Fotoqraflar Birliyi “People You May Know” təşkilatı tərəfindən təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, festival aprelin 1-dən İçərişəhərdə başlanıb. Açıq səma altında təşkil olunan sərgidə polyak ustaların son fotoqrafiyalarının təqdimatı keçirilib.

 

‘IS(NOT)’ adlanan əsas ekspozisiya Müasir İncəsənət Mərkəzində nümayiş olunub. Burada fotoqraflar Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixal Lujak Yan Brıkdjinskinin İslandiya barədə təəssüratlarını əks etdirən fotolar yer alıb.

 

Layihənin əlaqələndiricisi Polşa tərəfindən Marzena Mixalek-Dabrovska, Azərbaycan tərəfdən Məmməd Əliyev festival çərçivəsində keçiriləcək tədbirlərdən danışıblar. Bu tədbirlər təzə başlayan fotoqraflar üçün ustad dərsləri, sənədli filmlərin nümayişi ekspozisiyanın müəllifləri ilə görüşdən ibarətdir.

 

Sərgidə polyak fotokitablarının təqdimatı da keçirilib.

 

Festival aprelin 10-dək davam edəcək.

 

525-ci qəzet.- 2016.- 5 aprel.- S.7.