Ədalət bərqərar olacaq

 

 

Son günlər qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi. Ermənistanı belə bir təxribata sövq edən bir neçə səbəblər var.

 

Bir tərəfdən, Ermənistanda çoxdan davam edən iqtisadi tənəzzül artıq elə bir həddə çatıb ki, başqa ölkələrə köçə bilməyib məcburən Ermənistanda yaşayan əhali hökümətə qarşı siyasi tələblər irəli sürür, Ermənistanda hakimiyyəti zəbt etmiş quldur dəstəsindən yaxa qurtarmaq üçün aramsız etiraz aksiyaları keçirirlər.Öz hakimiyyətini uzatmaq üçün Sarqsyan hökümətinin keçirdiyi referendumun saxtalaşdırılmasından sonra  əhalinin hakimiyyətə qarşı təzyiqi getdikcə artmaqdadır.  Bu təzyiqi azaltmaq üçün Sarqsyan rejiminə ictimaiyyətin diqqətini daxili siyasi durumdan  yayındırmaq lazım gəlir. Buna görə Qarabağda vəziyyətin gərginləşdirilməsi müxalifəti cilovlamaq üçün Ermənistan hakimiyyətinə bəhanə kimi çox lazımdır.

 

Digər tərəfdən, ermənilərin onların müttəfiqlərinin bütün ciddi-cəhdlərinə baxmayaraq son aylarda Avropa Birliyinin yüksək çinli nümayəndələrinin Azərbaycana səfərləri intensivləşmiş,Avropa ABŞ tərəfindən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını birmənalı şəkildə dəstəkləyən bəyanatlar səsləndirilmişdir. Layihənin əleyhdarlarıregionda qeyri-sabitlik görüntüsü yaratmaq üçün həmişə olduğu kimi bu dəfə ermənilərin pozuculuq xidmətindən yararlanmaqda maraqlıdırlar.

 

Nəhayət, Azərbaycan Prezidentinin bu günlərdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirakı, sammit çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər Azərbaycana qarşı xoş məramlı münasibəti, qlobal regional məsələlərdə Azərbaycanın rolunun etiraf olunmasını dəstəkləndiyini nümayiş etdirir.ABŞ-ın vitse-prezidenti Co Baydenin öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü suverenliyini qətiyyətlə dəstəkləməsini ifadə etməsi isə Azərbaycanın haqlı mövqeyinin ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənməsi deməkdir. Bu da öz növbəsində Azərbaycanın müstəqil siyasət aparmaq kursunu qəbul etməyən qüvvəri qıcıqlandırmaya bilməzdi.

 

Bütün bunların toplamı Ermənistanı onun havadarlarını Azərbaycana qarşı təzyiqləri artırmağa sövq edir ermənilər həmişə olduğu kimi öz mənfur təxribatçılıq rolunu oynamaqda davam edirlər.

 

Lakin Milli Ordumuzun döyüş ruhunu düzgün dəyərləndirə bilməyən ermənilər bu dəfə layiqli cavabını aldı artıq belə təxribatların uğur gətirməyəcəyinə bir daha əmin oldu.Son hadisələr status-kvonun qorunub saxlanması üçün münaqişənin həll olunmasını ləngidən tərəflər üçün vacib bir mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq nəyin bahasına olursa olsun, biz öz torpalarımızı azad edəcəyik.

 

Dünya ölkələrinin əksəriyyətində media orqanları baş verən hadisələri işıqlandıraraq münaqişənin tarixi haqqında məlumat verirlər. Verilən şərhlərdən görünür ki, zaman keçdikcə, dünyanın münaqişə haqqında bilgiləri obyektivlik istiqamətində dəyişməkdədir. Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması üçün dünyanın müxtəlif bölgələrində Azərbaycan dövləti tərəfindən, eləcə Heydər Əliyev Fondu, diplomatik korpusumuz, diaspora təşkilatlarımız ayrı-ayrı vətəndaşlarımız tərəfindən  həyata keçirilən çoxsaylı tədbirlərin artıq bəhrə verdiyini görürük.Zaman keçdikcə Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimai rəydə daha geniş şəkildə yayılmaqda daha geniş miqyasda qəbul olunmaqdadır. Bütün bunlar son 2 onillik ərzində Azərbaycan dövlətinin apardığı müstəqil, qətiyyətli ardıcıl xarici siyasi kursun xalqımız dövlətimiz üçün uğurlu olduğunu Qarabağ həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması üçün seçilmiş fəaliyyət istiqamətinin doğru olduğunu göstərir. Bəzi beynəlxalq mətbu orqanlarında ölkəmizin bu münaqişəyə xarici güclər tərəfindəncəlb olunmasının Azərbaycanın münaqişəni danışıqlar  yolu ilə həllinə sadiqliyinin vurğulanması uzun illər ərzində düşmənlərimiz tərəfindən Azərbaycana qarşı aparılmış qərəzli informasiya müharibəsinin iflasa uğradığını göstərir.

 

Baş verən hadisələrə beynəlxalq qurumların reaksiyalarını isə hələ də adekvat hesab etmək olmaz. Müxtəlif ölkələrdən ayrı-ayrı siyasətçilər Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləsələr də, BMT,AB, ATƏT, AŞPA kimi vacib qurumların rəhbərləri öz açıqlamalarında həmişə olduğu kimi tərəfləri qarşıdurmadan çəkinməyə çağırmaqla kifayətlənirlər. BMT Baş katibi Pan Gi Mun öz bəyanatında tərəfləri 1994-cü il Atəşkəs Sazişinə əməl etməyə çağırır, lakin ondan da əvvəl özünün rəhbərlik etdiyi qurum tərəfindən qəbul olunmuş 4 Qətnaməyə hələ də əməl olunmadığını unudur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin narahatlıq ifadə edən çağırışı  Vyanada növbəti görüş keçirmək haqqında bəyanatı da  həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan tərəfləri eyniləşdirmək cəhdlərindən başqa bir şey deyil.

 

Belə çıxır ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və təcavüzkarı buxovlayacaq yeganə güc mərkəzi məhz Azərbaycan Ordusu və Azərbaycan Prezidentinin erməni işğalına qarşı güzəştsiz mövqeyidir. Azərbaycan xalqının yeganə ümid yeri ölkə başçısının bütün işğal olunmuş ərazilərimizin azad olunması üçün dəfələrlə bəyan etdiyi siyasi iradəsi və qətiyyətidir. Bu gün Azərbaycan əsgəri işğalçı ordunu öz səngərlərini qoyub qaçmağa məcbur edirsə, bir gün Azərbaycan hakimiyyəti də işğalçını dəstəkləyən qüvvələri öz ədalətsiz inadlarından geri çəkilməyə məcbur edəcəkdir. Bu yolda bütün Azərbaycan xalqı Azərbaycan Prezidenti ətrafında monolit ümumxalq birliyi nümayiş etdirir. Hər bir Azərbaycan vətəndaşı işğal olunmuş torpaqlarımızın azad olunması və düşmən təcavüzündən müdafiə olunması üçün müqəddəs savaşa canı və qanı ilə hazırdır. Bu günlərdə Vətən torpaqlarının azad olunması üçün canından keçmiş igid əsgərlərimiz bu günün və gələcəyin əbədi qəhrəmanlarıdır. Onlar torpağımızın hər qarışı üçün canlarından keçməyə hər an hazır olduqlarını öz şücaətləri ilə göstərdilər və ölməzliyə qovuşdular.

 

Qarabağ avantürası üzərində Ermənistanda siyasi hakimiyyətə yiyələnmiş cinayətkar dəstə isə əmin olmalıdır ki, onlar nəinki öz hakimiyyətini, heç Ermənistan adlanan qondarma dövləti də qoruyub saxlaya bilməyəcəklər. Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayanbaşqa dövlətlər üçün forpost funksiyası daşıyan qondarma bir qurumbir gün dünyanın siyasi xəritəsindən silinib gedəcək.Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq.

 

 

Cavanşir FEYZİYEV

Millət vəkili

525-ci qəzet.- 2016.-5 aprel.- S.2