Milli Orduya dəstək
tədbiri keçirildi
Aprelin
5-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında cəbhədə qələbə qazanan Azərbaycan
ordusuna dəstək məqsədilə tədbir
keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bildirir ki, artıq bir neçə gündür mənfur qonşularımız tərəfindən Azərbaycanın kəndləri, yaşayış məntəqələri irimiqyaslı silahlar - top və pulemyotlardan atəşə tutulur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir. Vurğulanıb ki, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olunub.
O, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafinda sıx birləşdiyini, onun bütün əmr və göstərişlərini dərhal yerinə yetirməyə hazır olduqlarını bildirib.
K.Tahirov vurğulayıb ki, bu gün hətta ATƏT, Avropa Şurası və BMT-nin erməni təcavüzkarlarının zəbt etdikləri Azərbaycan torpaqlarını boşaltmalı olduqlarını söyləməsi qələbənin çox yaxında olduğuna işarədir.
Çıxış edən digər əməkdaşlar
Azərbaycan ordusunun gücünə
inandıqların bildirib və əsgərlərimizə
uğurlar diləyiblər.
525-ci qəzet.- 2016.- 6 aprel.- S.4