7 Aprel Ümumdünya
Sağlamlıq Günüdür
1948-ci ilin aprelin
7-si Birləşmiş Millətlər
Təşkilatının (BMT) ən mühüm qurumlarından biri olan Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Nizamnaməsinin qüvvəyə
mindiyi gündür.
1950-ci ildən başlayaraq hər il
aprelin 7-si Ümumdünya
Sağlamlıq Günü
kimi qeyd edilir. Məqsəd, dünyanın bütün
ölkələrinin dövlət
və hökumət rəhbərlərinin, səhiyyə
sisteminin, ictimaiyyətin,
özəl sektorun, qeyri-hökumət təşkilatlarının,
kütləvi informasiya
vasitələrinin diqqətini
insan sağlamlığının
qorunmasına, gələcək
nəslin sağlam və gümrah böyüməsi kimi bəşəri bir amilə yönəltməkdir.
Bu günün keçirilməsində maraqlı
bir cəhətdə odur ki, hər
dəfə insan sağlamlığına problem yaradan bir məsələ
xüsusi qabardılır
və bu problem Ümumdünya Sağlamlıq
gününün mövzusu
kimi tövsiyə edilir. ÜST bu ilin Ümumdünya Sağlamlıq
gününün mövzusu
diabet kimi ən ciddi bir
problemə həsr edib. Beynəlxalq Diabet Federasiyasının
(BDF) məlumatına görə,
hazırda 400 milyondan çox insan diabetdən əziyyət çəkir, 20 ildən sonra isə onların sayının iki dəfə artacağı gözlənilir.
Xeyli miqdarda insan isə bu xəstəliyi
daşıdığı halda
ondan xəbərsizdir.
Bu məkrli xəstəlikdən
hər səkkiz saniyədə bir nəfər, il
ərzində isə
4 milyon adam dünyasını dəyişir.
Diabet əlilliyə gətirən
əsas xəstəliklərdən
biridir. Xəstəliyin ağırlaşmasında ürək-damar xəstəliyi,
ağır böyrək
xəstəliyi və
aşağı ətrafların
amputasiyası kimi kəsgin fəsadlar qaçılmazdı. Azərbaycan
Respublikası Əmək
və Sosil Müdafiə Nazirliyinin verdiyi məlumata görə, şəkərli
diabetin fəsadları
nəticəsində 11 min nəfərdən
çox adam
əlil olub.
BMT-nin Baş Assambleyasının
diabet üzrə 20 dekabr 2006-cı il
tarixində qəbul etdiyi Qətnamədə deyilir: "Diabet xroniki, üzücü, böyük xərclər
tələb edən və ağır fəsadlarla müşahidə
edilən xəstəlik
olmaqla, dünya dövlətlərinə, onların
iqtisadiyyatına, əhaliyə
böyük təhlükə
yaradır". BDF-in hesablarına görə, dünyada səhiyyəyə
ayrılan xərclərin
12 faizdən çoxu
diabetə sərf olunur. 2030-cu ilə kimi diabetə
ayrılacaq vəsaitin
məbləği isə
500 milyard ABŞ dollarını
ötəcəyi gözlənilir.
Göründüyü kimi bu xəstəliyin
belə surətlə
artımı bütün
dünya ölkələri,
xüsusi ilə iqtisadiyyatı aşağı
səviyyədə olan
ölkələr üçün
çox ciddi təhlükələr yaradır. Diabetin sürətli
epidemiyası respublikamızdan
da yan keçməyib.
Hazırda Azərbaycanda
210.0 min nəfər şəkərli
diabetlə (ŞD) insan
qeydiyyatdadır, onlardan
uşaq və yeniyetmələrin sayı
- 1234 nəfər, I-ci
tip ŞD - 20270 nəfər və II-ci tip ŞD- 189107
nəfərdir.
Respublikamızda diabetin problemlərinə böyük diqqət yetirilir. MDB ölkələri arasında ilk olaraq diabetlə bağlı Qanun Azərbaycanda qəbul edilmişdir
(2003-cü il, 23 dekabr). Bu Qanun
əsasında Azərbaycan
Respublikası Nazirlər
Kabineti diabet üzrə bir neçə Dövlət
Proqramı qəbul edib.
Dünyanı bürümüş iqtisadi
böhranın nəticələri
şübhəsiz ki,
respublikamızın iqtisadi
inkişafına da təsirsiz ötüşməyib. Buna baxmayaraq
ölkə başçısı
İlham Əliyevin sosial sahələrin dayanıqlı təminatına
olan daimi diqqəti nəticəsində
səhiyyə sahəsində
olan Dövlət Proqramının, o cümlədən,
diabet üzrə Proqramının vaxtında
qəbul edilməsi
ŞD xəstələrinin dövlət qayğısından
əvvəllərdə olduğu
kimi yenə də bəhrələnəcəklərinə
bariz sübutdur. Nazirlər Kabineti
28.01.2016-cı il tarixində "2016-2020-ci illər
üçün şəkərli
diabet xəstəliyi üzrə Dövlət Proqramı"-nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Bu, diabet üzrə
üçüncü Dövlət
Proqramıdır. Bu Proqramların
icrası üçün
hər il
dövlət büdcəsindən
ünvanlı olaraq vəsait ayrılıb. 2016-cı ilin dövlət
büdcəsində Dövlət
Proqramının icrasına
yönələn maliyyə
vəsaiti 40.1 milyon manat nəzərdə tutulub. Dövlət Proqramının icrasına
ayrılan vəsaitin bütünlüklə Səhiyyə
Nazirliyinin mərkəzləşdirilmiş
xərclər üzrə
ayrılması respublikanın
bütün şəhər
və rayonlarında qeydiyyatda duran ŞD xəstələrinin insulin və
şəkərsalıcı dərmanlarla təmin edilməsində dönüş
yaradıb. ŞD xəstə uşaqlar üçün 90 ədəd
insulin pompası alınaraq
onlara paylanıb.
ŞD xəstələrinin müalicəsində ən
mühüm cəhətlərdən
biri də xəstənin özünün
gündəlik vəziyyətinə
şəxsi nəzarət
etməsidir. Bunun üçün də ŞD xəstəliyinin
idarə edilməsi və xüsusilə özünənəzarət haqqında
məlumatının olması
və ona riayət etməsi ən mühüm vəzifələrdən biridir.
Azərbaycan Diabet Cəmiyyəti
(ADC) öz Nizamnaməsinə
uyğun olaraq müntəzəm surətdə
ŞD xəstələrinin və diabetə risk qruplarının maariflənməsinə
böyük diqqət
yetirir. Azərbaycan Respublikası Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
(Şura) maliyyə dəstəsi ilə
2014-cü ildə Bərdə,
Qax, İmişli və Balakən rayonlarında Diabet Məktəblərini təşkil
edib. ADC yenə də bu il üçün belə bir layihənin
Qazax, Ağstafa, Tovuz və Şəmkir
rayonlarında Mərkəzi
Rayon Xəstəxanaları nəzdində təşkil
edilməsi məqsədi
ilə Şuraya öz layihəsini təqdim edib.
Bütün bu müsbət
işlərlə yanaşı
qeyd edilməlidir ki, qəbul edilmiş Dövlət Proqramlarında müəyyən
edilmiş bir neçə mühüm tədbirlər təəssuflər
olsun ki, illərlə yerinə yetirilmir, bu isə öz növbəsində ŞD xəstələrinin
gələcəkdə ciddi
fəsadlarla qarşılaşacaqlarını
qaçılmaz edir. Dövlət Proqramının
4.2.3 bəndində yazılıb:
"Şəkərli diabet
xəstəliyinin kompensasiya
mərhələsinin müəyyən
edilməsi məqsədi
ilə endokrinoloji yardım göstərən
tibb müəssisələrinin
qlükozalaşmış hemoqlobinin
təyini üçün
avadanlıq və reaktivlərlə təmin
ediməsi" olduqca mühüm tədbirdir. Bu müayinə ilə
müəyyən edilir
ki, xəstə müalicə tələblərinə
nə dərəcədə
riayət edib və bundan sonra həkim-endokrinoloqun tövsiyələri, yarana
biləcək fəsadlara
qarşı adekvat tədbirlərin görülməsi.
Lakin təəssüf ki, belə müayinə almaq Bakı şəhərində uşaq
və yeniyetmələr
üçün və
paytaxtın bir neçə xəstəxanalarında
yerinə yetirilir.
Özünənəzarət vasitələri ilə
təminatda çatışmazlıqlar
yetərincədir. Xəstələrin qlükometrlərə, test çubuqçuqlarla
təminatında olan çatışmazlıqlar barədə
şikayətləri davam
edir. Neçə vaxtdır ki,
nazirliyin İnnovasiya və Təchizat İdarəsi qlükometr almır, bəs belə olan halda xəstələr qanda şəkərin səviyyəsini necə ölçə bilərlər
və ona münasib olaraq insulin dozasını necə müəyyən edəcək?
Bundan başqa
kadr çatışmazlığı
gündəlikdədir. Əhalinin, o cümlədən, ŞD xəstələrinin
sayı çox olan rayonlar var
ki, orada cəmi 1 nəfər həkim-endokrinoloq işləyir
(Cəlilabad, Tovuz, Şamaxı, Xaçmaz və s.). Həmdə
acınacaqlıdır ki,
ŞD xəstələri rayona
insulin və şəkərsalıcı
dərmanlarının gətirilməsi
vaxtını bildikləri üçün
hamısı da eyni vaxtda poliklinikaya
gəlirlər. Təsəvvür edin, həkim-endokrinoloqun bütün vaxtı ancaq ardıcıl olaraq resept yazmağa
gedir və beləliklə ŞD xəstələrinin
müayinə etməyə
onların vaxtı qalmır. Bu çox ciddi nöqsandır. Nazirlik bu
barədə müvafiq
tədbir görməlidir.
Poliklinikada işləyən
savadlı sahə həkimlərini (terapevtləri)
müəyyən kurslarda
ŞD üzrə biliklərini
artırıb II-ci
tip, insulindən asılı
olmayanların müalicəsinə
bu həkimləri cəlb etməklə vəziyyəti nisbətən
yaxşılaşdırmaq olar.
ŞD xəstələrinin ümumi sayının 90 faizi II-ci tip ŞD xəstələri təşkil edir. Onların əksəriyyətinin sağlam həyat tərzini özlərinə inamla təlqin etməklə öz həyat keyfiyyətlərini yaxşılaşdıra bilər, uzun ömür sürməklə xəstəliyin məlum fəsadlarından xilas ola bilərlər. Sağlam həyat tərzinin ən mühüm elementləri isə, sağlam qidalanma, fiziki fəallıq, pis vərdişlərdən (tütün və alkoqol qəbulu) xilas olmaq kimi tövsiyələrə davamlı riayət etməkdən ibarətdir. Sağlam qidalanmada gündəlik rasionda ekoloji saf qida və mayelərin, o cümlədən, karbohidrat, zülal və yağların ŞD xəstələri üçün tələb olunan proporsiyasının gözlənilməsi çox mühümdür. Fiziki fəalliq isə təmiz havada piyada gəzinti, ev, bağ-bağçada işlərin görülməsi, həkimin məsləhəti ilə müəyyən idman növləri ilə məşğul olmaq deməkdir. Bizim cəmiyyətin üzvü, II-ci tip insulinasılı ŞD xəstəsi Mahmudov Nahid müəllim yuxarıda göstərilən tövsiyələrə riayət etməklə 140 kq bədən çəkisini 85 kq gətirərək (axır ildə 55 kq arıqlamışdır) indi özünü çox qıvraq hiss edir, nə insulin və ya digər şəkərsalıcı dərmana ehtiyacı var. O, hər gün Milli Dənizkənarı parkda 6-8 km piyada gəzir. Görün sağlam həyat tərzini davamlı olaraq, möhkəm iradə ilə yaşamaq ŞD xəstələrinə necə gümrahlıq gətirir, xəstəliyin xoşagəlməz simptomlarından azad edir. Odur ki, Beynəlxalq Diabet Federasiyasının üzvü olan Azərbaycan Diabet Cəmiyyəti Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq respublikamızda yaşayan bütün ŞD xəstələrinə və bu xəstəliyə risk qrupuna daxil olan şəxslərə tövsiyə edir ki, sağlam həyat tərzini özlərinin gündəlik həyatına çevirərək bu xəstəliyin gələcəkdə ola biləcək fəsadlarına yox demiş olsunlar. Birlikdə diabetə qarşı əzmlə irəliləyək!
Akif Muxtarov
Azərbaycan Diabet Cəmiyyəti sədrinin müavini
525-ci qəzet.- 2016.- 7 aprel.- S.8