AZƏRBAYCAN
Ay-ulduzlu bayrağın var,
Qədim, ulu torpağın var;
Özün boyda çırağın var,
Əsrlərdən sorağın var.
Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!
Azıxdır ilk ünvanımız,
Qobustan- daş dastanımız;
Xudafərin körpüsündən
Yenə keçər karvanımız.
İstiqlalın yolu çətin,
Məskənisən bol sərvətin;
Tanrı bizi bağışlamaz-
Qorunmasa təbiətin.
Bakı daim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz;
Heykəl kimi ucalacaq
Qürurumuz, qeyrətimiz.
Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa,
eşqi çiçək
açan
Azad, vahid Azərbaycan!
MİLLİ
ORDU, QÜDRƏTLİ OL HƏMİŞƏ!
Qalaların Əlibəyli, Sədərək,
Yağdır düşmən üzərinə
od, alov!
Məlunları darmadağın edərək,
İlanları yuvasına qədər
qov!
Doğma
yurddan güc - qüvvət al həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!
Dildən
düşmür cəsurların
tərifi,
Salnaməndə min imza var, min iz var;
Unutmarıq Mübarizi, Əlifi,
Yaddan çıxmaz
Gültəkinlər, Vüqarlar.
Nurlanacaq
getdiyin yol həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!
Cəngavərlər bayraqdardır sıranda,
Xalqın,
elin qorxu bilməz oğlusan;
Sevinirəm tarixinə varanda
-
Babək,
Nəbi, Həzi, Fərid ruhlusan.
Qələbə çal, qələbə
çal həmişə,
Milli Ordu, qüdrətli ol həmişə!
VƏTƏN
NAMİNƏ
Sinəmdə - sönməyən Vətən
sevgisi,
Azğın düşmənlərə qarşı
kinliyəm.
Dözüm - babaların müqəddəs
irsi,
Mən şəhid
Mübariz İbrahimliyəm.
Çadıra bürünüb ünvanlarımız,
Niyə Xanbağının gülü
solubdur?
Çöl-çəmən aşiqi çobanlarımız
Uca yaylaqlara
həsrət qalıbdır?!
Əlində namərdin verdiyi
yaraq,
Meşəmi məhv edir, suyumu içir.
Gözəl Qarabağda pusqu
quraraq,
Hələ utanmadan təlim də keçir.
Hərbi
iş - könüllü
seçdiyim peşə,
Ocaq qalanırdı içimdə
sanki...
Cəbhə xəttimizdən uzaqlaşdım
ki,
Qatil yuvasını
tutum atəşə.
Döyüşən oğluyam doğma diyarın,
Yağı həmləsinə sinə
gərmişəm.
Şəhriyar düzünün, Biləsuvarın
Şöhrət sarayına tac göndərmişəm.
Yazdığım namədə - ürək
sözlərim,
Vətən məhəbbəti, torpaq eşqi var.
Nə atam, nə anam,
nə əzizlərim
Göz yaşı
axıdıb ağlamasınlar.
...Sinəmdə - sönməyən
Vətən sevgisi,
Azğın düşmənlərə qarşı
kinliyəm.
Dözüm - babaların müqəddəs
irsi,
Mən şəhid
Mübariz İbrahimliyəm.
OĞUL
ƏSGƏR GEDİR...
Cavan çağırışçı - polad əridən
Döyüşçü paltarı geyinir bu gün;
Karvan yollanacaq Biləcəridən,
Ürək həyəcanla döyünür
bu gün.
Oğul
əsgər gedir... Bir az kövrəlib,
Müdrik anasının yaşarıb
gözü.
Onu ötürməyə dost-tanış
gəlib,
Birinin gülü
var, birinin sözü.
Oğul
əsgər gedir... Əhdi, peymanı
Bahar çiçəyitək təravətlidir;
Qabaran sinəsi, kükrəyən
qanı
Domna sobasından
hərarətlidir.
Atası
xaniman, yuva uçuran
Cəbhə tutanları görüb
nə qədər;
Bilir fəlakətdir yetimlik, hicran,
Torpaqsız yaşamaq ölümdən
betər.
Öndə imtahanın, dərsin
çətini,
O, keşik çəkəcək
gözəl çağ
üçün;
Oğul
əsgər gedir - yurdu, vətəni
Yağı tapdağından qorumaq
üçün!
BÖLÜNMƏZ
Çeşmə çaya qovuşur,
Çay dəryaya qovuşur.
Şeh dumanın zərrəsi,
An zamanın zərrəsi.
Dəqiqələr ömrünü
Başa vurur saatda;
İzi qalır illərin
Təbiətdə, həyatda.
Hüdudsuz kainatda
Hanı
əvvəl,
Hanı son?
Sirli aləm deyilmi
Atom, nüvə, neytron?
Bir Günəşdən nur alar
Yarpaq, budaq, gövdə, kök.
Ağ işığın qolları-
Sarı,
yaşıl, mavi, göy...
Cisim var ki, parçası
Adi gözlə görünməz;
Çörək bölünər, ancaq
Ana Vətən bölünməz!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2016.- 7 aprel.- S.7