Qarabağsız vətən yox
Yurdum qatil əlində
Şeytanlar əməlində!
Çəmənində, çölündə
Quşa dönüb ötən yox.
Əmr eyləsin sərkərdəm
Qalxaq, püskürək bir də!
Güllə açılan yerdə
Demə, ölən itən yox.
Mənimkidir bu torpaq!
Canımdır bu dərə, dağ!
Şuşasız nə Qarabağ?!
Qarabağsız Vətən yox.
06.04.2016
Şüvəlan
Ramiz
MƏMMƏDZADƏ
525-ci qəzet.- 2016.- 7 aprel.- S.7