Mədəniyyət
sahəsində Azərbaycan -Qətər əməkdaşlığı
müzakirə edilib
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik
etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası və
Körfəz ölkələri arasında mədəniyyət
və turizm sahələrində əməkdaşlığın
genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə
Qətərin Doha şəhərinə bir sıra
görüşlər keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Ə.Qarayev “Qatar Airways” şirkəti sədrinin birinci müavini ilə görüşüb. Görüşdə 25-27 aprel tarixlərində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu üçün xüsusi aviareyslərin açılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin, Azərbaycanın Qəbələ və Gəncə beynəlxalq hava limanlarından uçuşların həyata keçirilməsi, reyslərin təşkili və “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə reyslərin təşkili imkanlarına baxılması qeyd olunub.
Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli ilə görüş zamanı tərəflər mədəniyyət və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bu sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.
Görüşdə həmçinin, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkili, teatr, kino, rəsm, musiqi sahəsində tədbirlərin keçirilməsi, muzeylərdə sərgisinin açılması və digər məsələlər müzakirə olunub.
Qətərin mədəniyyət naziri Dohada keçiriləcək Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mətbəxinin təqdimatının keçirilməsini planlaşdırdıqlarını bildirib.
Görüşdə 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı da birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Əbülfəs Qarayevin keçirdiyi
növbəti görüş Qətərin
iqtisadiyyat və ticarət naziri
Şeyx Ahmed bin Jassim bin
Mohammed Al-Thani ilə olub. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və
potensialı haqqında söhbət açılmış, hər
iki ölkədən gələn turistlərin
sayının artması istiqamətində görülməli
işlər müzakirə edilib. Bu sahədə infotur və
press-turların keçirilməsi təklif olunub.
Qısa zamanda tədbirlər
planının hazırlanması üçün
iki nazirlik arasında işçi qrupunun
yaradılması və turizm
axınının artırılması məqsədilə təkliflərin
irəli sürülməsi vurğulanıb.
525-ci qəzet.- 2016.- 7 aprel.- S.7