"Azərbaycan əsgərləri" mahnısının təqdimatı oldu  

 

 

Bu gün vətənpərvərlik ruhunda yazılmışAzərbaycan əsgərlərimahnısına çəkilən klipin təqdimatı keçirilib.

 

525.azn məlumatına görə, klipiRegionTV (RTV) Müdafiə Nazirliyinin dəstəyi ilə çəkib. Tədbirdə əvvəlcə son günlərdə gedən döyüşlərdə şəhid olan hərbçilər yad edilib. Bəstəsi və ifası Səyyad Əlizadəyə məxsus olan musiqinin sözlərini tanınmış şair Vaqif Bəhmənli yazıb. Klipin operatoru Elmar Hacıyev, montajçısı Fuad Əliyev, prodüseri Vəli Turan, aranjimançısı isə Birhan Birərdir. Klipin çəkişinə 2015-ci ilin noyabrından başlanılıb. Çəkilişlər cəbhə bölgəsində və hərbi hissələrdə aparılıb.

 

Klipin yaradıcı heyətinin iştirakı ilə baş tutan təqdimat mərasimində vətənpərvərlik mövzusunda hazırlanmış layihələrin vacibliyindən danışılıb. Hazırkı dönəmdə Azərbaycan hərbçlərinin və vətəndaşların milli ruha köklənməsinin əhəmiyyəti vurğulanıb.

 

Şair Vaqif Bəhmənli çıxışında bildirib ki, bu günlərdə Azərbaycan çox məsuliyyətli və qürurverici anlar yaşayır:

 

Cəbhədə gedən qanlı döyüşlərdə şəhid olan igid oğullarımıza görə insanlarımızın kədərini bütün qəlbimlə hiss edirəm. Xalqımıza, bütün şəhid ailələrinə başsağlığı verirəm. 22 ildən sonra Azərbaycan torpaqlarında bizim ürəyimizdən keçən, istədiyimiz hadisələr baş verir. Azərbaycan xalqı, ordusu, dövləti bir daha məkrli niyyətindən əl çəkməyən namərd qonşulara öz haqlı mövqeyini sübut etdi. Bu proses uğurla gedir.

 

Cəbhədən sevindirici xəbərlər alırıq. Torpaqlarımızın hər qarışı mütləq azad olunacaq. İnanıram ki, o günlər çox uzaqda deyil. Son 25 ildə çox ağır və gərgin tarix yaşadıq. Amma hazırda xalqın bu çətin vaxtda necə oyandığını, bir yumruq kimi birləşdiyini görürük. Xalqımız bütün çətinliklərə rəğmən, öz torpağının hər qarışını qanı bahasına qorumağı bacarır”.

 

Kliplə bağlı danışan V.Bəhmənli deyib:

 

“İndiyə qədər hərbi-vətənpərvərlik ruhunda çoxlu sayda ədəbi və musiqi nümunəsi olub. Səyyad Əlizadənin çox böyük əziyyəti hesabına ərsəyə gələn bu əsər isə zamanın, hətta deyərdim, bu günün sifarişidir. Bizim bəzi hərbi mövzuda yazılan mahnılarımız var ki, orada eynən 1941-1945-ci illərin müharibəsinin, yaxud rus dövrünün təsirini hiss etmək olur. Biz bu ölkə üçün nə qədər opera, poema, dram əsəri, gözəl musiqilər yazsaq da, yaxın zamanda ən böyük sözü, heç şübhəsiz, ordumuz özünün ən böyük qələbəsi ilə deyəcək. Nə qədər ki, xalqımız birdir, belə qələbələr də bizimlə olacaq. Bizim təqdim etdiyimiz bu mahnı şəhid olanorduda xidmət edən əsgərlərimizə həsr olunur”.

 

Daha sonra söz alan müğənni Səyyad Əlizadə klipin çəkilişində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinə təşəkkürünü bildirib:

 

Nazirliyin rəsmi icazəsi olmasaydı, hərbi hissələrdə çəkiliş apara bilməzdik. Şeiri mənə Vaqif Bəhmənli təqdim etdi, oxudumgöz yaşlarımı saxlaya bilmədim. Daha sonra bu şeirə musiqi bəstələməyi qərara aldım. Nə qədər ki, torpaqlarımız işğal altındadır, hər kəs vətənpərvərlik ruhunda yetişməlidir. Bu gün hərbi-vətənpərvərlik ruhunda yazılan musiqilərə ehtiyac var”.

 

Klipin prodüsseri Vəli Turan bildirib ki, Azərbaycan teleməkanında hərbi-vətənpərvərlik mövzusunda kliplərin sayı çox azdır:

 

Bu kimi kliplərə televiziyalarımız daha çox yer ayırmalıdır. Vətənpərvərlik hisslərinin aşılanmasında kütləvi informasiya vasitələrinin rolu daha böyükdür”.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 7 aprel.- S.7.