Əsgər marşı
Türkiyənin Qazıantep şəhərindəki
Universitetdə müəllim
işləyən İlqar
İmamverdiyev 15 ildən
artıqdır ki, Azərbaycandan uzaqdadır.
Bugünlərdə Qarabağda gedən döyüşlərdən
o da ilhamlanıb və bu təsirlə
bir marş yazıb. Bu həm
də onu göstərir ki, dünyanın harasında
olsalar da, soydaşlarımız vətənimizlə
nəfəs alır, böyüklü-kiçikli hər
bir qələbəmizə
böyük çoşqu
ilə sevinirlər.
İlqar İmamverdiyevin səmimi hisslərlə yazdığı
marşın mətnini
təqdim edirik.
Qarabağın xilaskarı,
Azərbaycan əsgəri.
Səngərdə oyaq əsgəri,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Vətən uğrunda şəhidsən,
Şəhidliyinlə şahidsən.
Dünyada təksən, vahidsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Sən millətimin özüsən,
Sərhəddə baxan gözüsən.
Xalqımızın haqq sözüsən,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Koroğlu tək qoşunu
çək,
Yağının sinəsinə çök.
Gavuru başına od
tök,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Qadan-bəlan mənə gəlsin,
Arzularım sənlə gülsün.
Vur zərbəni, düşmən ölsün,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Qəvi düşmən alçaq, alçaq!
Al tüfəngi, başına çax,
Şuşadan sal onu qaçaq,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Sərrast vuran ələ
qurban,
Doğru deyən dilə qurban.
Qələbəli ilə qurban,
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
Torpağımda gül bitir sən,
Türk dünyasına yetir sən.
Bu savaşı sən bitir, sən!
Azərbaycan əsgəri.
Türk oğlu, Türk əsgəri.
İlqar
İMAMVERDİYEV
525-ci qəzet.- 2016.- 7 aprel.- S.7