Dövlət
müşaviri Kamal Abdullayevin məqaləsi Almaniya mətbuatında
Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, akademik Kamal Abdullayevin “Ümummilli lider Heydər
Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisidir” adlı məqaləsi
Almaniyanın nüfuzlu Presse Anzeiger (www.presseanzeiger.de)
portalında yayılıb.
AZƏRTAC xəbər verir ki, bu
portal Almaniyanın ən
böyük pres-saytıdır.
Məqalədə ulu öndər Heydər Əliyevin “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o
qədər zəngin
olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz
töhfəsini verir” sözləri epiqraf kimi verilib.
Yazıda akademik Kamal Abdullayevin “Kitabi-Dədə
Qorqud” dastanından, şifahi və yazılı ədəbiyyatımızdan
keçən bariz nümunələr uzaq keçmişdən bu günümüzədək multikultural
ənənələrin mövcudluğunu
aşkar şəkildə
sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ
qalırdı: hüquqi
və siyasi müstəvidə multikulturalizmin
yerini müəyyən
etmək və bunu ulu öndər
Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu
inkişafı üçün
dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik
ənənəsini inkişaf
etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.
Bu mərhələ siyasi mərhələ idi. “Əslində,
Ulu Öndər Azərbaycan multikulturalizminin
siyasi banisi oldu” kimi fikirlər,
həmçinin Azərbaycan
Konstitusiyasının ölkəmizdə
yaşayan etnik toplumların hüququ və azadlıqları ilə bağlı maddələr öz əksini tapıb.
Azərbaycan xalqının multikultural ənənələrinin qorunması
və inkişaf etdirilməsi sahəsində
həyata keçirilən
siyasi istiqamətin yeni mərhələdə
Prezident İlham Əliyev tərəfindən
uğurla inkişaf etdirilməsi, Prezidentin təşəbbüsü və
iştirakı ilə
2011-ci ildən bəri
mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi, ölkədə
multikulturalizm siyasətinin
inkişafı ilə
bağlı görülən
digər işlər haqda məqalədə ətraflı bəhs edilib.
Məqalədə bildirilir ki, inkişafda olan multukulturalizmin Azərbaycan
təcrübəsinin bütün
dünyaya siyasi cəsarətlə nümayişi
ona gətirib çıxarıb ki, bu gün artıq
Yer kürəsinin hər yerində ədalətsevər insanlar
Azərbaycanı sarsılmaz
multikultural dövlət
imici əldə etmiş mərkəz kimi tanıyır.
Yazıda Almaniyada multikulturalizmin Azərbaycan modelinə böyük maraq olduğu, bu marağın
nəticəsi olaraq Drezden
şəhərində Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin filialının açıldığı və
Auqsburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu qeyd edilir.
525-ci qəzet.- 2016.-
7 aprel.- S2.