Hacı Seyid Novruz İsmayılovun vəfatından bir il ötür
Aprelin
15-də Qarabağın nüfuzlu
seyidlərindən, tanınmış
ziyalı, Ağcabədi
şəhər Cümə
məscidi dini icmasının rəhbəri
olmuş Hacı Seyid Novruz İsmayılovun
vəfatından bir il keçir.
Seyid Novruz İsmayılov 1950-ci ildə
Ağcabədinin hörmətli
ağsaqqallarından sayılan
Seyid Ağamirin ailəsində dünyaya göz açıb. Doğum günü
martın 21-nə təsadüf
etdiyindən ona Novruz adı veriblər.
Seyid Novruz ağa 1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
İqtisadiyyat fakültəsini
bitirib. O, əmək fəaliyyətinə rayon istehlak
cəmiyyətində başlayıb,
uzun illər burada çalışib. Seyid dindar ailədə tərbiyə aldığı
üçün kiçik
yaşlarından islama
möhkəm tellərlə
bağlanıb. Onun
atası Seyid Ağamir İsmayılov bir qrup nüfuzlu
rayon ağsaqqalı ilə
birlikdə Sovet dönəmində uzun illər gübrə anbarına çevrilmiş
Ağcabədi şəhər
Cümə məscidinin
fəaliyyətinin bərpasına
nail
olub. Sovet hakimiyyətinin son illərində məscidin
fəaliyyətinə icazə
verilib. Bu işdə
Seyid Novruz İsmayılovun da xidmətləri az
olmayıb. Rayon ağsaqqallarının yaxından
dəstəyi ilə sözügedən məsciddə
müəyyən təmir
işləri də aparılıb.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri,
Şeyxülislam Hacı
Allahşükür Paşazadənin
xeyir-duası ilə məscid 1989-cu ildən müstəqil olaraq fəaliyyətə başlayıb. Seyid Novruz
İsmayılovun təşəbbüsü
ilə burada “Qurani-Kərim” kursları təşkil olunub. Məhz həmin kursların fəaliyyəti
sayəsində rayonda
onlarla gənc dini biliklərə yiyələnib, ali
ruhani təhsili almaq imkanı qazanıb. Seyid təhsildə onlara
böyük dəstək
verib, maddi və mənəvi köməkliklər göstərib.
Onun başçılığı ilə Cümə məscidində yenidənqurma
tədbirləri həyata
keçirilib, əsaslı
təmir işləri
aparılıb. Bu səbəbdən də
o, bölgədə və
ətraf rayonlarda əhalinin böyük hörmət və nüfuzunu qazanıb.
Hacı Seyid Novruz İsmayılov
həmişə dövlətə,
dövlətçiliyə sadiq insan olub,
həmişə ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyib,
daim insanları ölkə başçısı
İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb.
Xaraktercə cəsarətli, əqidəli
insan olan seyid dövlətimizin və islamın düşmənlərinə qarşı
qətiyyətli,barışmaz
mübarizə aparıb,
hər zaman öz sözünü deməyi bacarıb. Seyid Novruz ağanı Dağlıq Qarabağ problemi daim ciddi
düşündürüb, onu xalqımızın, bütün azərbaycanlıların
böyük dərdi,
ağrısı hesab
edib. O, problemin cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü
siyasət sayəsində
öz həllini tapacağına daim möhkəm əmin olub. Odur ki,
öz çıxışlarında
lazım gələrsə,
Ali Baş Komandanın
əmrini bir əsgər kimi yerinə yetirməyə hər an hazır
olduğunu dönə-dönə
bəyan edib.
Bu gün Seyid Novruz ağa İsmayılovun xatirəsi
ağcabədililər tərəfindən
hörmətlə anılır,
yad olunur. Bölgə sakinləri,
ağsaqqallar, dindarlar,
gənclər ağanı
dərin ehtiramla xatırlayırlar. Bir
vaxtlar onunla yaxın təmasda olmuş nüfuzlu rayon sakinləri Kərbəlayı
Zülfi Rüstəmov,
Hacı Adil Ağayev, Kərbəlayı
Seyid Mirqamət İsmayılov, Hacı Yunis Mehdiyev, Kərbəlayı Etibar Azadov, Salman Səfərov və başqaları ağanı
hörmətlə xatırlayır,
haqqında xoş xatirələrini bölüşürlər.
Qardaşı Seyid Mirqamət onun vaxtsız ölümü ilə barışa bilmir. O, özündən
yaşca kiçik olsa da, həmişə
ağsaqqal saydığı
qardaşını bir
an belə unutmur, həmişə onun məsləhətlərinə
ehtiyacı olduğunu
bildirir.
Hacı Adil Ağayev Hacı Seyid Novruz İsmayılovu fədakar, mübariz insan kimi xatırlayır. O, Ağcabədi
Cümə məscidinin
ikinci həyatının
seyidin adı ilə bağlı olduğunu deyir. Seyidin yaxın dostu, məktəb yoldaşı Kərbəlayı
Zülfü isə onu xeyirxah, sədaqətli
insan, əqidəli dindar kimi yad
edir, “Qurani-Kərim” kurslarının təşkilində,
bölgədə ali təhsilli ruhani nəslinin yetişməsində xidmətlərinə
xüsusi önəm verir. Kərbəlayı Zülfü Hacı
Seyid Novruz İsmayılovun xatirəsinin
yaddaşlarda yaşadığını,
hər zaman yerinin göründüyünü
qeyd edərək, Ulu Tanrıdan ona rəhmət diləyir.
Yəhya
PAŞAZADƏ
525-ci qəzet.- 2016.- 9 aprel.- S.22.