Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
“Azərbaycan” qəzetində parlament
hesabatları və şərhlər
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor Şamil Vəliyev, elmi işçi
Samir Xalidoğlu (Mirzəyev)
I cild
(noyabr 1918 - aprel 1920)
Lehlər
nümayəndəsi Vanseviçin nitqi
Leh əhalisi namindən möhtərəm Parlaman əzası
şəxsində ümum Azərbaycan millətlərini təbrik
edirəm.
Parlamanı hökumət müəssisəsi və
nümayəndəlik sifətilə və həmçinin
ixtişaş zamanı dövlət quruluşunun ağır
yükünü çəkmiş olan ümum müəssisələri
və əşxası təbrik edirəm. Parlamanda pək az miqdarlı əhalinin nümayəndəsi
olduğumdan və hələ siyasi firqələrin tənasüb
qüvvəsini və məqsədlərini aydın təsəvvür
edəmmədigimdən parlaman işlərindəki tərzi-hərəkətim
barəsində müfəssəl bəyannamə verə bilməyəcəgəm.
Fəqət öz münasibətimi müxtəsərən
bəyan etməgi lazım biliyoram.
Azərbaycan Cümhuriyyəti hala ancaq hüquqi bir sima kəsb
etməmiş ictimai-tarixi bir əmri-vaqedir. Binaənileyh
hər şeydən əvvəl Azərbaycan dövlət
müəssisələrinin səlahiyyətini təyin və
mütəqabil münasibatını mərbut
qılmalıdır. Parlaman hökumət
seçərkən bütün ümuri-ixtiyarı degil, ancaq
icra işlərini ona tapşırmalı və hökuməti
kəndisi hüzurunda məsul tutmalıdır.
Parlaman hökumət seçərək Məclisi-Müəssisan
dəvətinədək qanun vəzindən əl çəkərsə,
o halda hər tərəfdən hökumətə əl
uzadılmaqda və hökumətin məmləkətdə
nüfuz və etibarə möhtac olduğu bir zamanda parlaman
hökuməti bu mənəvi nüfuzdan məhrum buraxar. Dövlət
müəssisəsinin həllinə şüru edərkən
parlaman birinci növbədə daxili sülh və müsaliməti
möhkəmləşdirmək üçün qanun
gücünü möhkəmləşdirməlidir. Ən mühüm məsələlərdən
birisi də budur ki, qanun və hüququn təmini
üçün hər barədə vətəndaşların
fəaliyyəti hökumətin müdaxiləsindən təmin
etməlidir. Böylə təminat şəxsi
və ictimai tərəqqinin rəhnidir. Geniş
demokrasi əsaslar üzərinə dövlətin ictimai məqsədlərinin
felən icra və hüsuluna tamamilə hüsni-rəğbət
bəsləmək və qanun təriqilə onların tətbiqinə
yardım etmək niyətində olmaqla bərabər,
keçirməkdə olduğumuz hadisatdan dolayı lazım
görüyorum ki, bu məqsədlər fəaliyyətin
başlıcası tələqqi edilməsin. Zira hüquq və qanun şəraiti mövcud
olmadıqca və hökumət ümuri üstündə
sinif mübarizəsi getdigi bir zamanda geniş ictimai islahat
dövlət miqyasında icra edilə bilməz və məmləkətdə
fəna qüvvələr ehya edər. Son
5 sənəlik müharibədə bəşəriyyətin
fəthi olan təyini-müqəddərati-milliyyə əsası
qeyri-müəyyən bir halda olub hər dürlü təbir
və təfsirə imkan veriyor. Fəqət zənnimcə
bu əsas o zaman mədəni bir fəth hesab olunar ki, təyini-müqəddərat
həqqi heç bir millətin digərinə hakim olmaması
mənasında təfsir edilə, yəni böylə təbir
edilə ki, hər millət öz ərazisi daxilində
yaşayan sair millətlərin də siyasi hüququnu təhdid
etməmək şərtilə kəndi müstəqil siyasi
mövcudiyyətini yaratmaq həqqinə malikdir. Təyini-müqəddərat həqqi ancaq bu mənada
müasir mədəni şəraitcə məqbul
görünər və bu əsas müstəqil siyasi həyatə
çalışan millətlər tərəfindən ancaq bu
mənada tətbiq edilə bilir. Bən
inanıyoram ki, Azərbaycanda əksəriyyət təşkil
edən millət dövlət işlərində ayrı yol
ilə getməyib Azərbaycanda yaşayan ümum millətlərlə
əl-ələ verərək müttəhidən
çalışacaq və həqiqi demokrasi və azad bir
dövlət yaradacaqdır ki, bu dövlət Avropa millətləri
ailəsinə mehmannəvazlıqla qəbul ediləcəkdir.
Azərbaycanda məskun ümum millətləri
bir daha təbrik ediyoram.
lll
Yəhudi
nümayəndəsi Quxmanın nitqi
Möhtərəm
Parlaman əzası!
Azərbaycanın bunca böyük günlərində,
müstəqil dövlət quruluşuna
başladığı günlərdə 20.000 nəfər
Bakı yəhudiləri tərəfindən seçilərək
Azərbaycan Cümhuriyyətinin müəssiseyi-təşriyyəsini
təbrikə gəldim.
Azərbaycan türklərinin həqqi-təmini-müqəddərati-milliyyə
şüarı altında və doğru anlaşmış mənafeyi-milliyyə
əzasilə ümum dövlət həyatını öz əllərinə
almaq uğrundaki səyləri Azərbaycan yəhudiləri qəlblərində
ən qızğın bir hüsni-təvəccöh hissilə
qarşılanacaqdır. Çünki ümum aləmi-islam həmişə
və hər yerdə yəhudilərə nisbətlə nəinki
təhəmmülkarlıq ibraz etmişlərdir, hətta
bütün Avropada yəhudilər üzərində
qüruni-vustanın qara mirası hökmfərma olduğu bir
zamanda gərək vəsi ərəb xilafətində və
gərəksə sonra Türkiyədə yəhudilər
geniş təhəmmüli-diniyyə və mükəmməl
hüquqi-siyasiyyə və mülkiyyədən istifadə
etmişlərdir.
Əgər bən desəm ki, müsəlmanların
şadlıq və sürurini hamıdan ziyadə yəhudilər
yaxşı anlyorlar, burası sizə mübaliğəli
görükməsin. Hankı millətdir ki, siyasi-milli
hürriyyət məsələsində yəhudilər qədər
qəm və kədər görmüş olsun? Yəhudi milləti qəlblərinin dərin və məxfi
guşələrində 20 əsrdən bəri istiqlali-milliyyə
arzusu və qeyb etmiş olduğu sabiq siyasi azadlığı
qəmi-atəşin bir hərarətlə alovlanıyordu.
Və gah xəlq üsyanı, gah yüz minlərcə pirulərin
iştirakilə musəvilik hərəkatı və gah da 30 il müddətində sionizm kibi siyasi cərəyan
surətilə müxtəlif tərz və şəkildə
təzahür ediyordu. Şimdi bütün cahanə
yayılıb da xəta üzündən və əsilsiz
olaraq yersiz xəlq, ərazisiz millət hesab olunan yəhudilər
bu gün kəndi tarixi yurdları olan Fəhləstində
siyasi mili mərkəz təşkilinə müvəffəq
oluyorsalar, qədimüləyyamdan kəndilərinə məxsus
ərazidə birgə yaşayan Azərbaycan türklərinin
dövlət binası daha möhkəm bir bünövrə
üzərində bina oluyor.
Zənnimcə böyük tarixi hadisələrdə təsadüfi
heç bir ünsür olmuyub, hər şey müəyyən
üsul və qanuna tabedir. Bu surətlə
milyonlarca qurban aparmış olan cahan müharibəsi nəticəsində
hər şeydən əvvəl azlıqda qalan millətlərin
hürriyyəti hasil olmalıdır. Rusiya
inqilabının təbşir etmiş olduğu təyini-müqəddərati-milliyyə
həqqi quru bəşarət halında qalmıyıb həqiqi
rus siyasətinin ən ümdə fəslini təşkil etməlidir.
Rusiya ancaq qoşma xəlq cümhuriyyəti
olmaq şərtilə doğrudan böyük, müttəhid
Rusiya şəkli ala bilər. Azərbaycan
yəhudiləri, xüsusən cümhuriyyətin müxtəlif
nöqtələrində ayrı-ayrı yaşayan yəhudilər
etiqad ediyorlar ki, cavan parlamanda kəndi hüquqlarına
müdafe tapacaqlar və hanki tərəfdən olur-olsun, bizim
hüquq və mənafeyimizi pozmaq təşəbbüsü
rəf və kökündən qət ediləcəkdir.
Ümidvar oluyoruz ki, dövlət quruluşunda yəhudilər,
müsavilər miyanında müsavi vətəndaş
mövqeyi tutacaqlardır. Ukrayna, Krım, Türkistan və
sair müstəqil dövlətlərdə olduğu kibi Azərbaycanda
da ən yaxşı qüvvələrini Azərbaycan dövlət
həyatı quruluşuna bəzl edəcəklərdir.
Bütün Azərbaycan yəhudilərinin hislərini bəyan
etmək üzrə arzu ediyorum ki, nəhayət bulmaqda olan
1918-ci il Azərbaycan tarixində yeni parlaq
bir dövr açsın və Azərbaycan müstəqil
Ümumrusiya ailəsinə Rusiya Qoşma Cümhuriyyətinə
bərabər qiymət və bərabər hüquqa malik bir
üzv kibi daxil olsun.
Ruslar
nümayəndəsi Vinoqradovun nitqi
Azərbaycan
Məclisi-Milli əzası, əfəndilər!
Qafqasiya
slav-rus cəmiyyəti ələlümdə slavyan, xüsusən
rus vətəndaşlarının birləşdirilməsi məqsədini
təqib, mədəni-məarif əsaslarına xidmət edərək
bizi Azərbaycan Parlamanına göndərmişdir ki, hər
şeydən əvvəl parlamanda ayrılmaz Rusiya
ideyasını müdafiə edək və biz ümumrus əhalisi
nümayəndəligi iddiasında bulunmayaraq ancaq slav-rus cəmiyyəti
və onun ətrafında toplaşmış təşkilatın
mənafeyini müdafiəçi sifətilə bilafərq
milliyyət ümum Azərbaycan əhalisilə birgə və
dostanə bir surətdə işləməgə gəldik.
Böyük dövlətlərin müdhiş müharibəsi
müttəfiq dövlətlərin qələbəsilə
xitampəzir oldu. Cahan millətləri tərəfindən
şadlıqla qarşılanan qalibiyyət gurultusilə bərabər
daha artıq şadlıqla istiqbal edilən millətlərin əhyası,
hürriyyəti və təyini-müqəddərat hüquqi əsası
araya gəldi. Hələ bu yaxınlarda
alçaq hisslər alovlandırıcı şüarlar namilə
vətən namusunu kəndi mənafeyinə satanlar tərəfindən
təhqir edilmiş, ayaqlar altına salınmış olan
Rusiya millətləri hərəkətə gəldilər.
Bolşevizmin bütün mədəni və
ziyalı əsasları dağıdan qudurmuş keyfə-mayəşası
Bakıda da ümum xislətlərini təzahür etdirmək
təşəbbüsündə bulundu. Fəqət
böyük tale məsələyi başqa dürlü həll
etdi. Bakıda bolşevizm
sındırıldı. Bolşevizmin
süqutilə asayiş və müsalimətin təcdidi və
hərcü-mərcin məhvini təhniyət etmiyə bilməriz.
İbtida asayiş və müsalimət hərisi
olan vətəndaş kibi təbrik edəriz. Rəşid müttəfiqlərimizin qələbəsinə
və hüquq və ədalətin müzəffəriyyətinə
inanan rus milləti türklərin Azərbaycanı
işğalını biz müvəqqəti bir şey hesab
ediyorduq.
Siyasi hadisatın qara buludları arasından müttəfiqlərin
qələbəsi nurunu görüyor, Fransa və Belçika
və Beynəlnəhrindən zəfər təbilinin səsini
eşidiyorduq.
Müttəfiqlər müzəffəriyyətini
gözlüyorduq. İmanımız bizə nicat verdi. Almaniyadan ayrılmış
Türkiyə və üzü üstündə
düşmüş Almaniya fövqəladə bir sürətlə
Rusiya ərazisini təxliyyəyə başladılar.
İlk 3 il zərfində cahan müharibəsinin bütün
ağırlığını omuzunda çəkmiş olan
Rusiyaya qarşı borcuna sadiq qalan müttəfiq dövlətlər
Rusiya ərazisinə gəldikdə Rusiyayı 1914 sənəsi
hüdudu dairəsində - Lehistandan başqa - təcdidə əzm
etmiş olduqlarını bütün cahana elam etdilər.
Bununla bərabər millətlərin kəndi müqəddəratını
kəndiləri həll etmək həqqinə malik
olduqlarını da təbşir etdilər. Slav-rus cəmiyyəti
xırda millətlərin həyat və fəaliyyətinin əsasını
təşkil etməli olan bu hüquqi təhniyət ediyor və
millətlər idarə edən məhafil demokrasi proqram üzərinə
çalışsalar məzkur hüququn qövldən-felə
keçirilməsinə var qüvvəsilə kömək edəcəkdir.
Buna müvafiq olaraq Slav-rus cəmiyyəti və onun Azərbaycan
Parlamanındakı vəkilləri burada məzbur proqram ilə
çalışan hər bir hökumətinə müzahirat
göstərəcəklərdir. Böylə
bir hökumətin ən birinci vəzifəsi hərcü-mərci
rəflə nizam və asayişi bərpa etməgə
çalışmaqdır. Hökumət xəlq
etimadına məzhər möhkəm bir səltəyə
malik olmalıdır.
Biz biliyoruz ki, təəssübkeşlik zəhərilə
zəhərlənməmiş və rus ruhu, rus mədəniyyətini
qəbul etmiş Rusiya millətləri kəndi səadətləri
üçün özlərini Rusiyadan ayırmaz və
ayıra bilməzlər. Və biz biliyoruz ki, xırda millətlər
özgələrə meyli-siyasi göstərməkdən
naşı degil, bolşevik Rusiya əhvali-ruhiyyəsilə kəndi
əhvali-ruhiyyələri arasındakı əmiq, əsas fərqlərdən
dolayı Rusiyadan ayrıldılar. Onlar
qırmızı dəhşət saçan, ziyalıları
məhv edən, mili mədəniyyət və dinləri
ayaqlar altına salan bolşeviklərə qoşula bilməzdilər
və qoşulmamalı idilər. Həqq və
asayiş əsasına sadiq olan bu millətlər Rusiyanın
təlatümə gəlmiş ehtirasati-siyasiyyə dənizində
adi həyat adaları təşkil etdilər və kəndi vətənlərində
yer tapmayan rus ziyalıları bu adalarda sığınacaq
tapdılar. İstibdad zəncirinin
ziyalılar tərəfindən qırılmasına,
böyük Rusiya millətlərinin onlar tərəfindən
azad edildiginə baxmayaraq vətənlərində təqib
olunan ziyalılar Azərbaycan ərazisində rahət bir
sığınacaq buldular. Burasını
da qeyd etməyə bilməriz ki, vətəndə yoldan
azmış oğullar əlilə dağıdılan xristian
və rus kəlisaları Azərbaycanda əvvəlki kibi
möhtəşəm və salim bir surətdə qaldı.
Biz kiçik millətlərin təyini-müqəddərat
hüquqini etiraf etdigimizi bildirdigimizdən məntiqcə
borcluyuz ümum Rusiya Məclisi-Müəssisanı tərəfindən
Rusiya tərzi-idarəsinin təyini və müttəfiqlər
tərəfindən təsdiqinədək Azərbaycanda məhəlli
millətlər tərəfindən hökuməti-məhəlliyə
təsis və təşkili ixtiyarını da qəbul və
təsdiq etməliyiz.
Milli-Şuraya daxil olmaqla biz Slav-rus cəmiyyəti
bayrağını uca qaldırıb, xüsusən bilafərq
millət və məzhəb hamı qaçqınların mənafeyini
mühafizə edəcəgiz. Azərbaycan dairəsində
anarşi olduğu zaman qaçqınlar tərəfindən tərk
edilən yerlər və kəndlər fikrimizcə azad
buraxılıb qaçqınlar qayıtdıqdan sonra onlara
vagüzar edilməlidir. Bununla bərabər
bərbad bir halə düşmüş xozyaystvo işlərini
bərpa etmək üçün həqiqi və ciddi tədbirlər
ittixaz edilməlidir. Slav-rus cəmiyyəti
rus qaçqınlarının öz yerlərinə ovdət
etmələri üçün bacardığı tədbirlər
görəcəkdir. Qaçqınlar işinin düzəlməsinə
kifayətlənməyib və topraq məsələsinin həllini,
bizim toprağımızın tək bir sahibi olan Məclisi-Müəssisana
buraxmaqla biz hökumət fəaliyyətinin topraqsız və
toprağı az olan kəndlilərin
topraqdan təmin edilmələrinə döndərilməsinə
çalışacağız. Əhalinin ziraət
və fəlahət ehtiyaclarını və ələlümum
sənaət işlərini müdafiə edəcəgik.
Sənaətin genişlənməsi üçün
hökumət gərək məsai mühafizəsi əsasında
fəhlə qanunlarını həyata tətbiq edib, qəbul
və kənar edilmək işlərini qaidəyə salmaqla bərabər
həyat koalisiyasını təmin etsin.
Cəmaət qüvveyi-istehsaliyyəsinin lazımi bir surətdə tərəqqi etməsi ancaq onun mədəni yüksəkligi şəraitində olduğuna inanıb biz öz fəaliyyətimiz əsasında ibtidai və ali məktəblər açılmasını qoymuşuq. Mədəniyyət millətin ruhani qüvvəsidir.
Biz ruhani qüvvə əsasında millətin məzhəbi tərəfindən qoyulmuş ruhani əsaslarına bilatərəddüd inanırız. Buna görə də məzhəbi müdafiə və mühafizə edib onu möhkəmləşdirməgə çalışmaqla bərabər onu xarab etmək arzusunda olanlar ilə mübarizədə bulunacağız.
Müharibə öz qanlı dəhşətləri ilə yüzlərcə dul arvad, yetim və zəhmət istedadını itirmiş şikəstlər küçəyə buraxmışdır. Bir çox məşəqqətlərə düçar olan rus zabitanı dəxi küçələrdə qalmışdır.
Bizim qəsdimiz bunların hamısına müavinət etmək olub bu əsasi məqsədlərimizin Azərbaycan cəmaət şurasının köməkligi ilə vücudə gəlməsinə və bununla da məmləkətin başqa millətləri ilə dostluğumuzun daha da möhkəm olacağı ümidini artırır.
Bu möhkəm imanla söylədigimiz əsasları müqəddəs sanıb əziz və müəzzəm Rusiyanın təcdid edəcəgi ümid ilə biz cürətli bir surətdə cavan Azərbaycanın Milli Şurası divarları arasında bizdən ötrü müqəddəs olan şüarı söylüyoruz:
Yaşasın təcdidi-hüquq edilmiş slavlıq!
Yaşasın vahid və bölünməz Rusiya!
Yaşasın cavan, azad qardaşımız Azərbaycan!
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2016.- 9 aprel.- S.21