Əsgər balama
Bir əlində bayrağım,
Canında ruhum, qanım
İrəli, mərd aslanım!
Dayanıbdı arxanda
Ucadan uca dağım,
Ali Baş Komandanım!
Düşmənin bağrını yar,
Od ələ, tufan qopar,
Qərib
düşən ellərdə,
Dalğalansın bayrağım,
Gül açsın bağça-bağım...
Bir
elin yarasını
Sağalt
ey qəhrəmanım,
Dərdimin çarasını
Tap, ey mənim loğmanım,
Bunu səndən gözləyir,
Ana Vətən torpağım,
Ali Baş Komandanım!
Şığıdın düşmən
üstdə,
Qoymadın göz açmağa,
Tanrıdan qüvvət istə,
Düşmən beli qırmağa.
Bunu əmr edir sənə,
Kəlbəcərim, Laçınım,
Ali Baş Komandanım!
Ey igid əsgər balam,
Evim, eşiyim, qalam,
Düşmənə getsin bəlan.
Qolunun qüvvətindən
Yağı lərzəyə gəlsin,
Qoy vurduğun zərbələr
Onun qəlbini dəlsin!
Bunu deyir Füzulim,
Zəngilanım, Ağdamım
Ali Baş Komandanım!
Çıxart qılıncı qından,
Artıq dərd varmı bundan?
Torpaq yağı əlində
Düşmən atın belində
Atından sal düşməni
Bil ki, qorxaq erməni,
Bir hay vursan qaçacaq,
Var-yoxunu
satacaq...
Bir nərə çək, igidim,
İtilsin ilim-ilim
O mənfurlar, naxoşlar,
Bitsin dava-dalaşlar!
Vətən çağırdı səni
Müsəlləh əsgər oldun!
Yardın
dumanı, çəni,
Elin günəşi oldun!
Sevin, ey Ana
Torpaq!
Sevin, ey Ana Vətən!
Oğlun
qələbə çaldı,
Xar oldu yağı düşmən.
Qoy gülsün Qarabağım!
Doğma
Azərbaycanım!
Yaşa,
şöhrətim, şanım!
Ali Baş Komandanım!
Akif
TƏVƏKKÜLOĞLU
525-ci qəzet.- 2016.- 12 aprel.- S.7