Ədəbiyyatşünaslığımıza böyük töhfə

PROFESSOR TEYMUR ƏHMƏDOVUN 5 CİLDLİK "SEÇİLMİŞ ƏSƏRLƏRİ" HAQQINDA

"Seçilmiş əsərləri"nin dərc edilməsi yaradıcı insan üçün həmişə ictimai hadisədir; tənqid və ədəbiyyatşünaslıq sahəsində uzun müddət ədəbi prosesin fəal nümayəndələrindən biri kimi yazıb yaradan filologiya üzrə elmlər doktoru, professor Teymur Əhmədov üçün də bu istisna deyil.

Bu həm də bir məsuliyyət və ömrün yaradıcılıq hesabatıdır. Bu hesabatın arxasında isə istedad və uzun illərin zəhməti, əməyi, ədəbiyyatşünaslığa, bədii düşüncəyə olan sevgi dayanır.

Ədəbiyyatşünas alim, publisist, yazıçı, redaktor Teymur Əhmədovun "Seçilmiş əsərləri"nin beşcildliyi dərc olunub. Ədəbi, elmi camiə üçün bu, böyük hadisədir;  ona görə ki, adətən yazıçıların, şairlərin çoxcildlik əsərlərinin nəşrinin şahidi olmuşuq, ancaq çox nadir hallarda elm adamlarının, eləcə də ədəbiyyatşünasların, tənqidçilərin çoxcildliklərinə rast gəlmək mümkün olur. Çünki bu vaxta qədər Sovet dövründə yazıb-yaradan görkəmli alimlər Məmməd Arifin 3 cildlik, Məmməd Cəfər Cəfərovun və Cəfər Cəfərovun ikicildliyi elmi ictimaiyyətə təqdim olunmuşdu. Bu yaxınlarda isə filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin yeddicildliyi,  professor Nizaməddin Şəmsizadənin isə üçcildliyinin işıq üzü görməsinin şahidi olduq. İndi isə  ilk dəfədir ki, hər hansı bir tədqiqatçı və ya ədəbiyyatşünasın, publisistin "Seçilmiş əsərləri"nin beşcildliyinin çapını görürük.  Professor T.Əhmədovun bu yaxınlarda "Nurlar" nəşriyyatında çap olunan beşcildlik "Seçilmiş əsərləri"nin bu mənada böyük əhəmiyyəti vardır.

Əlbəttə, söhbət heç də cildlərin çoxluğunda, sayında deyil, yəni kəmiyyətdə deyil, onun məzmununda, elmi tutumunda və elmi, estetik dəyərindədir. O əsərlər çoxcildliyə daxil edilir ki, burada toplanan məqalələr, tədqiqatlar öz elmi əhəmiyyətini itirməmiş olsun, zamanın sınağından keçmiş olsun, publisistik yazılar aktuallığını qoruyub saxlaya bilsin. Bu cəhətdən T. Əhmədovun "Seçilmiş əsərləri"nin dəyərini, funksionallığını xüsusi qiymətləndirmək lazımdır. Belə ki, professor T. Əhmədov yarım əsrdən çox bir hissəsi Sovet rejimi dövrünə düşən böyük bir yaradıcılıq yolu keçib. Bu yolda onun qələmi ədəbi həyatın bütün çətinliklərindən keçib, Sovet rejimində adı qadağan olunan Nəriman Nərimanov haqqında araşdırmalar aparıb, yeni ədəbi, elmi düşüncə sisteminin formalaşmasında avanqard rol oynayıb. Onun yaradıcılığı məzmun cəhətdən olduğu kimi, forma, janr etibarilə də çoxçeşidli, zəngin və hərtərəflidir. Bu əsərlər içərisində monoqrafiya, məqalə, araşdırma, resenziya, rəy kimi elmi janrlarla yanaşı, hekayə, povest, felyeton, xatirə, oçerk və s. kimi bədii, publisistik formalara da rast gəlmək olur. Bu isə T.Əhmədovun yaradıcılığının forma, janr zənginliyini aydın göstərir. Bütövlükdə götürsək, beşcildlik tədqiqatçı alim, yazıçı, publisist T.Əhmədovun yaradıcılıq yolunun mərhələlərini, problemlərini, inkişaf tarixini bütünlüklə əks etdirir, onun keçdiyi istedadlı və zəhmətli yaradıcılıq yolunu ifadə edir.

Şübhəsiz, professor Teymur Əhmədovun yaradıcılığa nə ilə başlamasından asılı olmayaraq onun ədəbiyyatşünaslıq sahəsindəki araşdırmalarını önə çəkmək lazım gəlir. Nədən ki, ədəbi tənqid və ədəbiyyatşünaslıq onun yaradıcılığının ana xəttini təşkil edir; ədəbiyyatşünaslıq, tənqid demək olar ki, onun əlli illik yol yoldaşıdır. Teymur Əhmədovun adı gələndə isə dərhal yazıçı, dramaturq, siyasi xadim Nəriman Nərimanov yada düşür.

Məsələ T.Əhmədovun "Nəriman Nərimanovun dramaturgiyası" (1966) mövzusunda namizədlik, "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda yazdığı doktorluq dissertasiyasından getmir, həm də bütün ömrünü N.Nərimanovun ədəbi, bədii və siyasi fəaliyyətinə həsr etməsindən, onun şəxsiyyətinin  və yaradıcılığının bütün mərhələ və problemlərinin üzə çıxarılmasından gedir.

Özü də T.Əhmədov böyük siyasi xadim, yazıçı, dramaturq haqqında tədqiqatlar apararkən hələ Sovet siyasi rejimi tərəfindən tam bəraətini almamışdı, necə deyərlər, N.Nərimanov qeyri-rəsmi repressiya olunanlardan hesab olunurdu. Hətta repressiya olunanların bəraətindən sonra belə N.Nərimanovun ədəbi, siyasi irsinin xalqa çatdırılması, adının yenidən çəkilməsi üçün müəyyən bir zaman gözləmək lazım gəlmişdir. Əslində N.Nərimanovun adını, şəxsiyyətini ikinci dəfə topluma qazandıranlar olmuş, zamanın özünü gətirmişlər. O zamanı gətirənlərdən biri də məhz, bütün çətinliklərə rəğmən, ədibin, siyasi xadimin irsini yorulmadan araşdıran, onu qaranlıqdan işığa çıxaran professor Teymur Əhmədov olmuşdur. Görünür, elə buna görə də ədəbiyyatşünasın N.Nərimanov haqqında araşdırmaları "Seçilmiş əsərləri"nin birinci cildində yer alır. Yəni əslində T.Əhmədov yaradıcılığa N.Nərimanovu araşdırmaqla başlamamışdır, lakin onun yaradıcılığı ədəbiyyatşünasın sonrakı fəaliyyətində (və həyatında!) o qədər önəmli yer tutmuşdur ki, onunla bağlı araşdırmaları ilk cildlərinə daxil etmişdir.

Görkəmli tədqiqatçı bununla həm də N.Nərimanov şəxsiyyətinə və yaradıcılığına önəm verdiyini göstərmək istəmişdir. Bu cilddə vaxtilə (1981) yazıçı M.İbrahimovun kitaba yazdığı ön sözü də verilmişdir.

T.Əhmədovun monoqrafiyasının əhəmiyyətini yüksək qiymətləndirən yazıçı yazırdı: "Monoqrafiyanın müəllifi Teymur Əhmədov uzun illər böyük həvəs və məhəbbətlə Nərimanovun həyatını, yaradıcılığını, xalqın maarif və mədəniyyətini yüksəltmək uğrunda alovlu fəaliyyətini, ictimai-siyasi görüşlərinin hərəkətini, məfkurəcə yüksəlməsini tədqiq və təhlil etmiş, bu mövzuda bir sıra yazılar çap etdirmişdir. Teymur Əhmədov gəncliyindən işinə, öhdəsinə götürdüyü vəzifəyə, xüsusən öz elmi fəaliyyətinə ciddi münasibət bəsləyən, əməksevər, istedadlı alimdir. Mən neçə illər ərzində onun ilk kövrək addımdan tutmuş, bugünkü ciddi elmi axtarışlara qədərki yolunu müşahidə etmişəm və bu monoqrafiyanın necə ağır və həvəsli əmək sayəsində yarandığını bilirəm".

Professor Teymur Əhmədov N.Nərimanovun nəsli, ailə mühiti, ibtidai təhsili, Qori seminariyasındakı təhsili, maarifçilik dünyagörüşlərinin qaynaqları, seminaristin xatirə dəftəri il bağlı o zaman (60-cı illər) elm aləminə məlum olmayan sənədlərə müraciət edərək fundamental araşdırmalar aparmışdır. Bu araşdırmalar 50 il əvvəl aparılmasına rəğmən, bu gün də elmi dəyərini qoruyub saxlayır. Lakin ədəbiyyatşünasın araşdırmaları yalnız onun ədəbi yaradıcılığı ilə məhdudlaşmamışdır, həm də siyasi fəaliyyətini, Azərbaycanın ən çətin vaxtlarında onun taleyində oynadığı rolu tədqiq edilmişdir. N.Nərimanovun ictimai-siyasi proseslərdəki rolunu bütün reallığı ilə üzə çıxarmaq məqsədilə müəllif arxivlərə baş vuraraq faktlara, mənbələrə üstünlük vermişdir. Tədqiqatçının əldə etdiyi sənədlər və faktlar N.Nərimanovun bu gün birmənalı şəkildə qiymətləndirilməyən həyatının, fəaliyyətinin ziddiyyətli, keşməkeşli məqamlarına işıq salır.

Şübhəsiz, N.Nərimanovun həyatında iki fəaliyyət sahəsi mühüm yer tutmuşdur; siyasi fəaliyyəti və bədii yaradıcılığı. Onun həyatının Moskvada sona çatması, Azərbaycanda və Sovetlər İttifaqında böyük nüfuza sahib olması, eləcə də çağdaş siyasi  dəyərləndirmələrdə fəaliyyətinin yenidən aktuallıq qazanması onun həyatının siyasi fəaliyyətini önə çəkmiş olur.  Görkəmli tədqiqatçı da bunu nəzərə alaraq ictimai xadim və ədibin əvvəlcə siyasi həyatını, sonra isə bədii yaradıcılığını araşdırır. Tədqiqatçı N.Nərimanovun siyasi düşüncəsində xalqçı olduğunu, xalq mənafeyini hər şeydən üstün tutduğunu və bütün həyatı boyu reallaşdırmağından asılı olmayaraq buna doğru getdiyini və çalışdığını arqumentlərlə göstərir. Bu araşdırmalara görə millət və vətən dərdini hər kəsin vətəndaşlıq borcu hesab edən gənc ictimai xadim zahirdə millətpərəst olan, ancaq daxilən milləti içindən yeyən ictimai bəlaların kökünü də üzə çıxarır. Milli mədəni gerilik, maarifə, siyasi düşüncəyə, teatra, mətbuata münasibət, dini xurafat, avamlıq və cəhalət, ümumiyyətlə, millətin tərəqqisinə mane olan amillərə qarşı barışmaz yol tutan N.Nərimanov publisistikasında və siyasi fəaliyyətində də buna qarşı çıxırdı. Siyasi fəaliyyətinin ilk illərində bu cür formalaşan N.Nərimanovun gənc siyasətçi, ziyalı obrazını tədqiqatçı belə ümumiləşdirir: "N.Nərimanov xalqın birliyini millət, vətən üçün böyük xoşbəxtlik hesab edirdi. O, "camaatı sərgərdan qoyub dostunu, düşmənini gizlətmək siyasəti" yeridən, əsl həqiqəti ört-basdır edən, xırda hisslərlə yaşayan mühərrirlərin hərəkətini millətə, vətənə xəyanət hesab edirdi".

Professor Teymur Əhmədovun araşdırmalarından məlum olur ki, hələ XX əsrin əvvəllərində (1906) N.Nərimanov müəllimlər seminariyasını Bakıya, ya Gəncəyə köçürülməsini faydalı və məqsədəuyğun hesab etmişdir. Məhz bu dövrdən başlayaraq N.Nərimanov "Həyat" və "İrşad" qəzetlərindəki silsilə məqalələrində dövrün ən zəruri problemlərini qaldırırdı. İran milli azadlıq hərəkatı haqqında məqalələrində ictimai prosesləri uzaqgörənliklə dəyərləndirməsi onun yeni bir siyasətçi tipindən xəbər verirdi.  N.Nərimanov həm bir publisist, həm bir tələbə, həm də həkim-ziyalı və devrimçi kimi göstərilir. Onun pulsuz müalicəxana açmaq cəhdləri, gizli mərkəzin tapşırığı ilə İran inqilabına kömək etməsi, həbs edilərək Metex qalasına salınması, Həştərxan həyatı, "Bürhani tərəqqi" və "Prikaspiyskiy kray" qəzetlərindəki publisist çıxışları və s. onun fəaliyyətinin çoxşaxəliliyini aydın şəkildə ifadə edir.

Onu da demək lazımdır ki, son illərdə Azərbaycan ictimai-siyasi və ədəbi mühitində N.Nərimanovun fəaliyyətinin siyasi istiqaməti aktuallıq qazandığından ədəbi yaradıcılığı bir qədər arxa plana keçmişdir. Əgər Sovet dövründə yanlış olaraq M.Ə.Rəsulzadə yaradıcılığı, şəxsiyyəti tədqiqatlardan kənarda qalırdısa, bu gün də N.Nərimanov yaradıcılığına münasibətin birmənalı olmaması (siyasi nədənlərdən!) onun bədii, publisistik yaradıcılığına yeni baxış bucağından baxmağa imkan vermir. Bu mənada "Seçilmiş əsərləri"nin birinci cildindəki tədqiqatlar olduqca əhəmiyyətlidir. Yaxşıdır ki, professor Teymur Əhmədov N.Nərimanovun siyasi fəaliyyəti ilə bağlı hökmlər çıxarmır, onu nədəsə günahlandırmır, tarixi şəraitə uyğun olaraq gördüyü tarixi xidmətlərini sənədlərlə, mənbələrlə göstərməyə çalışır.

"Seçilmiş əsərləri"n birinci cildində N.Nərimanovun ədəbi, bədii yaradıcılığının bütün istiqamətləri də təhlilə cəlb edilmişdir. Onun "Nadanlıq", "Dilin bəlası, yaxud Şamdan bəy" komediyaları, "Nadir şah" faciəsi, "Bahadır və Sona" romanı, hekayələri yeni ədəbiyyatşünaslıq meyarları baxımından tədqiq edilir. "Nadir şah" faciəsini araşdırarkən tədqiqatçının əsəri tarixi nöqteyi-nəzərdən qiymətləndirməklə yanaşı, müasir konteksti də nəzərdən qaçmır. Tədqiqatçı belə bir fikrində haqlı görünür ki: "Nadir şah"da XVIII əsr hadisələri təsvir olunsa da, XIX əsrin ictimai ruhu, əsarətdən səbri tükənmiş xalqın qəzəb və nifrəti, oyanma tarixi öz əksini tapmışdır. Dramaturq hələ şüurunda bir inqilab olmayan müsəlman kütlələrini qəflətdən oyatmaq üçün tarixi hadisələrdə əhəmiyyəti olan mühüm cəhətləri qələmə almış, təkcə İranın deyil, müstəbid çar Rusiyasının və bütün Şərq ölkələrinin ağır siyasi-ictimai və iqtisadi vəziyyətini kəskin tənqid etmişdir".

(Ardı var)

KİVDF Layihəsi

Oxunub: 45 dəfə

        Facebook   Twitter    MySpace    Google a - A +

12.04.16   17:54

Ədəbiyyatşünaslığımıza böyük töhfə<b style="color:red"></b>

Bədirxan Əhmədli

525-ci qəzet.- 2016.- 12 aprel.- S.6