Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər
işığında
Azərbaycan xalqı dünyanın
ən qədim tarixə, mədəniyyətə,
adət-ənənələrə, mənəvi və dini dəyərlərə
malik xalqlarından biridir.
Ölkə ərazisində məskunlaşan
əhalinin həyatında
tarixən müxtəlif
inanclar, dini dəyərlər mühüm
rol oynayıb. Bunu aparılan
arxoloji qazıntılar,
yazılı abidələr,
o cümlədən, Qobustan
qayaüstü rəsmləri
aydın şəkildə
sübut edir.
Azərbaycan Avropa və Asiyanın qovuşağında
yerləşdiyi üçün
xalqlar arasında körpü rolunu oynayıb, müxtəlif mədəniyyətlərin əlaqələrində
birgə yaşayışında
mühüm əhəmiyyət
kəsb edib. Əsrlər boyu həmin xalqların və dinlərin nümayəndələri
burada dostluq, qarşılıqlı etimad,
sülh şəraitində
yaşayıb fəaliyyət
göstəriblər. Təbiidir ki, belə bir
mühitdə multikultural
və tolerant dəyərlər
xalqımızın əsl
həyat tərzinə
çevrilməyə başlayıb.
Bu gün ölkəmizdə
bərqərar olan multikulturalizm və tolerantlıq xalqımızın
mentalitetindən irəli
gələn ənənə,
həm də dövlət ideologiyasının
tərkib hissəsi hesab olunur.
Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycanda multikulturalizm
və tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb. Respublikada multikultural
dəyərlər davamlı
olaraq təhsil, mətbuat və ictimaiyyətdə təşviq
olunub, dini mədəni müxtəliflik
mühiti dövlətin
diqqət və qayğısı ilə əhatə edilib.
Ulu Öndərin
həyata keçirdiyi
uzaqgörən siyasət
nəticəsində XX yüzilliyin
90-cı illərinin əvvəllərində
milli-etnik və dini müxtəlifliklərdən
ölkəmizi münaqişələrə
cəlb etmək məqsədilə istifadə
olunması cəhdlərinin
qarşısı qətiyyətlə
alınıb, bütövlükdə
bu məkrli plan alt-üst olunub. Dahi rəhbər respublikamızın
gələcək uğurlu
inkişafı üçün
dəqiq ideoloji istiqamət seçərək,
öz müdrik siyasəti ilə tarix boyu formalaşmış
Azərbaycanın çoxmədəniyyətlilik,
tolerantlıq ənənələrini
yeni bir mərhələyə qaldırmağa
nail olub. Azərbaycan əhalisinin çoxmillətli
tərkibini milli sərvətimiz hesab edən ümummilli lider bütün siyasi fəaliyyətini bu misilsiz sərvətin
qorunub saxlanılması,
əbədi olması
istiqamətinə yönəldib.
Müstəqilliyimizin ilk illərində Dağlıq Qarabağ münaqişəsi, ağır
sosial-iqtisadi durum, hakimiyyət
uğrunda gedən daxili çarpışmalar,
Azərbaycanı dağılmaq,
parçalanmaq təhlükəsi
ilə üz-üzə
qoymuşdu. Bu cür şərait din sahəsinə də ciddi təsir göstərirdi.
Ulu Öndər
Heydər Əliyev xalqın çağırışı
ilə yenidən hakimiyyətə qayıdaraq
ölkədə hərc-mərcliyi
aradan qaldırdı, onu dağılmaq təhlükəsindən xilas
etdi, müstəqilliyimizi
qoruyub saxladı və daha da
möhkəmləndirdi. O, eyni zamanda cəmiyyətin inamını özünə
qaytarmağa, milli-mənəvi
birlik mühiti yaratmağa müvəffəq
oldu. Dahi rəhbər xalqımıza
məxsus bütün
yüksək mənəvi
keyfiyyətləri özündə
birləşdirən müdrik
bir şəxsiyyət
kimi öndə dayanıb, bütün problemləri mətinliklə
həll etdi.
Ulu Öndər
Azərbaycana rəhbərlik
etdiyi dövrdə xalqımızın multikultural
və tolerantlıq ənənələrinin dövlət
tərəfindən qorunması
sahəsində çox
vacib addımlar atıb. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Konstitusiyasında
multikulturalizm siyasətinin
əsasını təşkil
edən tolerantlıq prinsipləri aydın şəkildə öz əksini tapıb.
Ümummilli lider Heydər Əliyev multikulturalizm və tolerantlıq siyasətini Respublikamızın
demokratik inkişafında
mühüm amil hesab edib. O, ölkə
ərazisində yaşayan
bütün milli azlıqların hüquq və azadlıqlarına, etnik mədəniyyətə
və müxtəlif dinlərə məxsus insanların dini və mədəni dəyərlərinin qorunmasına
həmişə əsas
insan hüquq və azadlıqlarının
tərkib hissəsi kimi yanaşıb. Dahi şəxsiyyət bu səbəbdən də xalqımızın, cəmiyyətimizin,
bütövlükdə Azərbaycan
dövlətçiliyinin yüksəlişini
şərtləndirən multikulturalizmin
əsas mənəvi bazası hesab olunan azərbaycançılığı
milli ideologiya səviyyəsinə qaldırıb.
Etnik millətçiliyə qarşı
qoyulmuş azərbaycançılıq
ideologiyası dinindən,
dilindən, milli mənsubiyyətindən, irqindən
asılı olmayaraq bütün ölkə vətəndaşlarının birliyinin təmin olunmasına xidmət edir.
Ulu Öndərin
1994-cü ildə "Təzəpir"
məscidində dediyi
sözlər bu baxımdan xüsusi önəm daşıyır:
"İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmayıb. Çünki bu ayinlərin
hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən
asılı olmayaraq Azərbaycanın bütün
vətəndaşları eyni
hüquqlu olsunlar və onların hamısının birliyini,
vəhdətini təşkil
edək. Bu da Allah-Təalanın buyuruğu, bizim yolumuzdur".
Xalqımızın böyük oğlu Heydər Əliyev azərbaycanlılara məxsus
insanpərvərlik, tolerantlıq
kimi yüksək məziyyətlər zəminində
ölkəmizdə milli-dini
ayrıseçkilik, dözümsüzlük
hallarının baş
verməsinin mümkünsüz
olduğunu dönə-dönə
bəyan edib. Onun xarici
ölkələrə səfərlərində,
görüşlərində, qərar və sərəncamlarında bu
məsələ daim qabarıq şəkildə
qeyd olunub.
Dünyamızda baş verən proseslər - terror, radikallıq,
ekstremizm hallarının
güclənməsi bu
gün din sahəsinə
daha həssas yanaşılmasını tələb
edir. Odur ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din
münasibətləri, milli-mənəvi
dəyərlərin qorunması,
təbliğ olunması,
tarixi-dini abidələrin
bərpası, multikulturalizm
və dinlərarası
dialoqun təşviqi sahəsində zəngin təcrübəsinə zəruri
ehtiyac yaranıb.
Heydər Əliyev irsinin
öyrənilməsi və
təbliği dünya
ölkələrinə də
bu mənada böyük fayda verə bilər.
Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi altında
xalqımızın multikultural,
tolerantlıq dəyərlərinin
qorunub mühafizə olunması, həyata keçirilməsi sahəsində
müdrik siyasəti onun layiqli siyasi
varisi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Multikulturalizmi Azərbaycanın dövlət
siyasəti, xalqımızın
həyat tərzi kimi dəyərləndirən
dövlət başçısı
bu siyasətin reallaşmasında BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı və
digər mötəbər
beynəlxalq təşkilatlarla
əməkdaşlığa mühüm əhəmiyyət
verir. Prezident İlham Əliyevin
məqsədyönlü fəaliyyəti
sayəsində ölkəmizin
həmin nüfuzlu beynəlxalq qurumlar tərəfindən milli azlıqların hüquq və azadlıqlarının
müdafiəsi əlaqədar
qəbul edilmiş konvensiyalara qoşulması
istiqamətində ciddi
addımlar atılır.
Ölkə rəhbərinin təşəbbüsü
və iştirakı ilə 2011-ci ildən başlayaraq vətənimizin
paytaxtı Bakı şəhərində müntəzəm
keçirilən Beynəlxalq
Humanitar Forum bu sahədə əhəmiyyətli
rol oynayır. Son illər Respublikamızda
təşkil olunan beynəlxalq musiqi, mədəniyyət və
idman tədbirləri,
xüsusilə Birinci Avropa Oyunları xalqımızın multikultural,
tolerantlıq ənənələrinin
təntənəsinin bir
daha təkrar nümayiş etdirdi.
Xalqımızın multikultural və
tolerantlıq ənənələrinin
qorunub saxlanılması
və geniş təbliğ edilməsi sahəsində Heydər Əliyev Fondu tərəfindən də
son dərəcə əhəmiyyətli
layihələrin həyata
keçirildiyini xüsusi
qeyd etmək olar. Bu gün
Heydər Əliyev Fondu mədəniyyətlərarası
əlaqələrin möhkəmləndirilməsi
istiqamətində möhtəşəm
işlər aparır.
Bu sahədə Fondun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri
var.
Dövlətimizin tolerantlıq siyasəti
Fond tərəfindən Respublikamızın
hüdudlarından kənarda
da uğurla davam etdirilir. Şərqdə, eləcə də, Avropa ölkələrində
məscid, kilsə və dini abidələrin
qorunması sahəsində
həyata keçirilən
tədbirlər bunu aydın şəkildə
təcəssüm etdirir.
Ölkə prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə
yaradılmış Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin fəaliyyəti
multikultural və
tolerant dəyərlərə dövlətin diqqət və qayğısının
parlaq təzahürüdür.
Multikulturalizm Azərbaycanda geniş vüsət alır, inkişaf edir, Respublika ictimaiyyəti, dini icmalar tərəfindən
daim möhkəm dəstək alır. Bu ideyalar ölkəmizin təhlükəsizliyi sahəsində
də önəmli rol oynayır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyev tərəfindən
2016-cı il Azərbaycanda "Multikulturalizm
ili" elan olunub. Cəsarətlə deyə bilərik
ki, hazırkı şəraitdə Azərbaycan
Respublikası özünün
multikulturalizm və tolerantlıq siyasəti, bu sahədə qazandığı nailiyyətlərə
görə dünya dövlətlərinə, o cümlədən,
Qərb ölkələrinə
nümunə hesab edilə bilər.
Respublikanın vətəndaşları hər
bir sahədə, siyasətdə, iqtisadiyyatda,
təhsildə, mədəni
həyatda bir çalışır, böyük
uğurlara imza atırlar. Xalqımızın birgə səyi,
əməyi nəticəsində
respublikamız gündən-günə
inkişaf edir, daha da çiçəklənir.
Əlbəttə, bütün bunların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş multikulturalizm
və tolerantlıq siyasətinin, xalqımızın
multikultural və
tolerant ənənələrinin məntiqi nəticəsidir.
Süleyman Ağayev
525-ci qəzet.- 2016.- 12 aprel.- S.5.