İmperialist oyunlar
"Millətin həyatı
üçün təhlükə
yoxdursa, müharibəyə
başlamaq cinayətdir".
Bu sözləri neçə-neçə
döyüşə əmr
vermiş böyük
komandan Atatürk
1923-cü ildə Adanada
deyib. Heç bir ağlı
başında olan insan döyüş istəməz, istəyə
bilməz. Döyüş yalnız insanları deyil, bütün təbiəti məhv edər. İnsanlar üzərində uzun illər davam edən böyük tramvalar yaradar. Amma bir insanın,
bir cəmiyyətin varlığının təhlükəyə
girməsi onu ölümlə həyat arasında seçim etmək məcburiyyətində
qoyur.
Savaş tarix boyu həmişə
zalımların və
imperialistlərin işinə
yarayıb. Onların bütün sərvətlərini,
var-dövlətlərini başqalarının
axıdılan qanı
hesabına əldə
ediblər. Amerika Konqresinin
açıqladığı rəqəmlərə görə,
2007-2014-cü illərdə Amerikanın silah satışından qazandığı
pul 250 milyard dollar, Rusiyanınkı isə 85
milyard dollardır.
Ətrafımızdakı bütün yanğınlar
gözüdoymazların pul
qazanmaq ehtirasından qaynaqlanır.
İmperialist ölkələr heç
vaxt digər ölkələrin rahat olmasını istəməz. Bu gün Ermənistanın Azərbaycan torpaqlarını
işğalı da bir imperialist işğalıdır.
Ermənilər tarix boyu həmişə bu
imperialist yalanlara inanaraq
birlikdə yaşadıqları
qonşularına xəyanət
ediblər. Dəfələrlə Osmanlı türklərinə,
Azərbaycana, gürcülərə
və digər xalqlara qarşı düşmən niyyətləri
ilə öz övladlarını da ölümə göndəriblər.
O qədər xəyal və ehtiras içində yaşayıblar
ki, son yüz ildə həm özlərini, həm də başqalarını
bədbəxt ediblər.
Hətta
Sovetlər dövründə
də uşaqlarını
kilsədə kin və
intiqam içində böyüdüblər. "Dənizdən dənizə
Ermənistan" xəyalı
onların ruhlarını
döyüşlə, qanla,
intiqamla murdarlayıb.
Öz yaşadıqları bölgələri
abad etmək, qonşularla sülh içində gözəl
günlər yaşamaq
duyğusunu təəssüf
ki, uşaqlarına verə bilməyiblər.
Başda Rusiya, Fransa, İngiltərə olmaqla bütün
imperialist ölkələr həmişə erməni
gənclərinin qanı
ilə öz məqsədlərinə nail olmaq
istəyiblər. Onları qızışdırıblar,
ümidləndiriblər, qabağa
veriblər və öldürüblər. Onların ölülərindən
belə yararlanıblar.
Nə zaman Türkiyə ilə əlaqələri
pozulma nöqtəsinə
gəlibsə, dərhal
"Erməni soyqırımı"
kartına sarılıblar.
Bunu illərdir edirlər.
İndi Rusiya yenə barışıq adı altında öz maraqlarını düşünür
və ona görə hərəkət
edir. Əslində, Ermənistan heç
də veclərinə
deyil. Ermənistan
bunu anladığı
an bölgə bir sülh bölgəsi
olacaq. İndi anlamadığı üçün orada bir Ermənistan dövləti yoxdur. Yalnız imperialistlərin sözləriylə
həyatını davam
etdirən bir xalq var.
Bu qısa döyüşdə Ermənistanın necə bir oyuna düşdüyü bir daha açıq-aşkar ortaya çıxdı. Barış həvarisi kimi Rusiyanın ortaya atılmasına baxmayaraq, bütün rus mediası Ermənistanı dəstəklədi. Fransa, Almaniya və digər Avropa ölkələri "qan tökülməsin" şərhi etmələrinə baxmayaraq, media dərhal "erməni məzlumluğunu" yenidən gündəmə gətirdi. Avropa mətbuatının verdiyi xəbərlər həqiqətən utancvericidir. Xəbərlərin başlığı belə idi: xristian Ermənistanla müsəlman Azərbaycan ...
Belə yazan bir qəzetə məktub yazdım və bir sual soruşdum.
Fransa Afrikadakı Maliyə bomba yağdırarkən nə üçün xristian Fransa deyə başlıq
atmırsınız? Susdular, cavab vermədilər.
Burda təbii
ki, yenə imperialistlərin bir oyunu var. O da Avropa xalqlarının bu döyüşün bir xristian-müsəlman savaşı kimi görməsini təmin etməkdir.
Nihal Atsız illər yazırdı:
Sızlasa da könüllər
düşənlərin yasından,
Qaçar addım getməli onların arxasından.
Qəhrəmanlıq - içərək
acı ölüm tasından
İrəliyə atılmaq və sonra dönməməkdir.
Bu gün Azərbaycan
xalqı müharibə,
ölüm istəmir. Onlar öz
hüquqlarını, öz
torpaqlarını istəyir.
Bu səbəblə haqq bildiyi yolda
getmək və geriyə dönməmək
onların ən böyük haqqıdır.
Orxan
ARAS
525-ci qəzet.- 2016.- 13 aprel.- S.2.