Dominikan Universitetinin professoru Turizm Universitetində

 

 

Azərbaycan Turizm Menecment Universitetində (ATMU) Azərbaycan Sosial İş İctimai Birliyinin (ASİİB) təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Təhsil Mədəniyyət məsələləri Bürosu tərəfindən maliyyələşdirilən Fulbrayt proqramı çərçivəsində "Sosial Xidmətlərin yaradılması" mövzusunda seminar təşkil olunub.

 

Universitetdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində fəaliyyət göstərən Dominikan universitetinin professoru, sosial üzrə tanınmış mütəxəssis Letisiya Villarreal-Sosanın keçirdiyi seminarda universitetin müvafiq ixtisas üzrə bakalavr magistratura pilləsində təhsil alan tələbə-müəllim heyəti iştirak edib.

 

Seminarda tələbələrin çoxsaylı sualları Azərbaycan Sosial İş İctimai Birliyinin icraçı direktoru Lamiyə Rzayeva tərəfindən ətraflı cavablandırılıb.

 

2016-cı il ərzində Dominikan universitetinin professoru Villarreal-Sosanın ölkəmizə daha iki səfəri planlaşdırılır.

 

Bu səfərlər çərçivəsində ATMU-nun sosial üzrə təhsil alan tələbələri üçün müxtəlif seminar təlimlərin təşkili nəzərdə tutulub.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2016.- 13 aprel.- S2.