Ömrünü
müharibələrdə yaşayan
şairə
Həyatında üç müharibənin
ağrı-acısını, əzab-əziyyətini görmək
qisməti oldu.1941-ci ildə
Cəbrayıl rayonunun
Horovlu kəndində dünyaya göz açdı. Uşaqlıq illəri o dərdli,
keşməkeşli həsrətin
sırsıra bağladığı
günlərə dəng
gəldi. Özü böyüdükcə
həsrəti, ağrısı,
nisgili də qəlbində böyüyüb
kök saldı.
Bəlkə, elə gənc
yaşlarından şeirinə,
sözünə o illərdən
hopdu bu yanğı, bu həzinlik.
Daha sonralar ömrünün üç
ilini də, rus -Sovet qoşunlarının
Əfqanıstan torpağında
apardığı müharibə
vaxtlarında qərib
ellərdə keçirdi. Amma müharibələrin
ən ağrılısı
ömrünün ahıl
vədəsində yaşadığı
Qarabağ müharibəsi,
torpaqlarımızın - gözəl
cənnət məkanlarımızın
erməni yağıları
tərəfindən işğal
olunması oldu. Artıq şairənin qəlbi bu ağrılardan qubar bağladı. Dərddən Şövkət Horovlu nalə çəkən bülbülə
döndü. İçərisində yaşatdığı sızıltı,
torpaq itkisi, onunda qamətini əydi.
Horovluyam,
qəmdi yüküm,
-
Dolanıram büküm-büküm.
Qəzəbimi hara töküm?
Zamana, sözə
bilmirəm.
Qarabağ həsrəti, torpaq itkisi yüzlərlə şairin yaradıcılığında
əksini tapdı.Amma
bu həsrəti, içərisində, həyatında
yaşayan söz adamlarının həsrət
dolu poeziyaları fərqli biçimdə, özünəməxsus deyimdə
oldu. Bəzi poeziya nümunələrində
bu ağrı səsli-küylü, xüsusi
pafosla ifadə olundu. Şövkət xanımın poeziyasında
isə bu həsrət özünəməxsusluğu
ilə fərqləndi,
yadda qaldı. Şövkət xanım poeziyasında gileyi, həsrəti bir xanımyanalıqla poeziyaya
gətirə bilmək
bacarığı var. Onun
şeirlərində Cəbrayıl
elinin bulaqlarının
zümzüməsi, yaşıllıqlarının
cənnət qoxusu, torpaqlarının unudulmayan,
Şövkət şeirlərinə
qopan rayihəsi var. Şairə şeirlərində
belə olsa, tez-tez o yerlərə qonaq olur. Bəzən övladlarının
baba ocaqlarını seyr edə bilməyəcəklərini
düşündükcə darıxır, qəribsəyir.
Üzünü qız
övladına tutur, baharın gəldiyini hiss edən şairə şəhərdə darıxdığını,
qəlbinin o ellər üçün çırpındığını
poetik bir ifadə ilə ağ vərəqlərə
tökür. Gözəl təsvir
yaradan şairə oxucusunda da hətta
görmədiyi o elə
vurğunluq oyadır.
O, qonaqlı-qaralı yerlərin
dumanlı-çiskinli bir
oba olduğunu vurğulayır. Salxımsöyüdlü, nəhəng çinarlı
o diyarı, adət-ənənəsi
ilə hər zaman yadda qalan
Cəbrayıl elinin yandırıcı həsrəti
şeirdə bir nisgil, qəlb yanğısı yaradır.
Söyüdün saçları, çinarın
boyu,
Qızların halayı, bir çadır toyu.
Ürəyimdən keçir bir novruz payı,
Ay qızım, gəl gedək bizim ellərə.
lll
Bir dünya sevincdir dumanı, çəni,
Başından əskilməz gəlib-gedəni,
Dağ görməyib ölsəm,
yandırar səni,
Ay qızım, gəl gedək bizim ellərə.
Şairə, gənclik illərinin xatirəsi yaşayan o yaşlı həyətlərini
unuda bilmir. " O həyətin bizdən umacağı var" deyərək torpağa bağlılığını, sədaqətini, borcunu dilə gətirir, özünəməxsus deyim
tərziylə insanda kövrək həzin hisslər yaradır.
Yaşlı bir həyət
var, gözləri ağlar,
Qoynunda Şövkətin
gəncliyi çağlar.
O həyətin bizdən umacağı var.
Ay qızım, gəl gedək bizim ellərə.
Əslində bu çağırış
şairənin içində
qövr edən ağrını, əzabı
dilə gətirməklə
yanaşı bir çağırışdır, bir ağbirçək qadının, ananın səsidir, ağıryana bir üsyanıdır.Şövkət
xanımın poeziyasnın
fərqli cəhətlərindən
biri də, dərdi də, həsrətidə, nisgili
də anlada bilməsidir. Sakit, səssiz dərdi
anlada bilməsi, oxucunu öz içinə, öz dünyasına apara bilməsidi. Bir də
ki, şairə eləcə yazdığı
kimi "Dərdi öldürsəm də, yenə diridir" görə bilməsindədir.
Dərdi
çəkə bilmək,
yaşaya bilmək qədim kəlamlarımızdan,
deyimlərimizdəndir. Şairə
"Yoxmu, bu yolların sonu ay ana?" şeirində də, dərdin, nisgilin, bitməməsindən
söz açır.
Anasının xəyalı ilə
dərdləşir. Ömrü boyu
taleyin üzünə
gülmədiyini vurğulayan
şairə bircə dəfə bu həsrətin alışıb
yanmasını arzulayır.
Məni
vaxt ələyir, zaman əridir,
Günahlar gah döyür, gah da kiridir.
Dərdi öldürsəmdə, yenə
diridir.
Dörd
yanım köçübdür
məni kim
ana?
Yoxmu bu yolların sonu ay ana?
Şövkət xanımın elə bir şeiri yoxdur ki, orada
dərdin sorağı,
ahı, şəkli, deyimi, qoxusu, səsi, ünü hiss olmasın, görünməsin,
duyulmasın. Elə "Son dayaq" şeirində də şairənin dərddən
dözüm alması
vurğulanır.
Çəkə-çəkə yükümü
Dərddən dözüm alıram.
Bəzən öz dözümümdən
Dərdə dözüm verirəm.
Gəldiyim bu dünyanı
Dərd gözü ilə görürəm.
Bu tipli şeirləri
də əsas verir ki, şairəni
dərdin sirdaşı
adlandıraq. Bu dərdlərlə
sirdaş olmaq onun alın yazısı olub. Bu dərdlər əsasən
savaşlardan törəyib.
Şairənin "Sinəm vətənləşəcək"
şeirində həsrət,
elə-obaya olan sevgi birləşərək
dərdin ən böyüyünü yaradır.
Görüşünə çıxacaq
Cərgələnən söyüdlər.
Öyünəcək xan çinar,
Tənha
palıd-ulu nər,
Şirin
nəğmə olacaq
Çayların batan səsi.
Gülüşə çevriləcək
Torpağın hönkürtüsü.
Əslində bu şeirləri oxuduqca onun yalnız
sinəsinin deyil bütün varlığının
Vətənləşdiyinin şahidi oluruq. Cəbrayıl
eli deyəndə
əsas yada düşən xan çinar, salxımsöyüd,
ulu nər tənha palıd, təbiətin ən möhtəşəm gözəllik
simvolları anılır,
yada düşür. Dərk edirsən ki, şairənin icərisində itirdiyimiz torpaqlar yox, onun öz dünyasında , qanında, canında, bütün varlığında
yaşatdığı Vətən
var. Və bu vətəni onun içərisindən heç
kəs ala bilməz.
Ağ atlı Xıdır
gəlib
Keçəcək od yurdundan,
Aləmə nur yayacaq
Atının dırnağından.
Bu yer, bu göy,
bu torpaq
Didərgin ruhum kimi
Cismimlə birləşəcək
Sinəm vətənləşəcək.
İçindəki Vətən həsrətindən
şairə güc tapıb yaşaya bilmir bəzən. Belə
zamanlarda icindəki bu həsrət üsyana ,
hıçqırtıya çevrilir."Şərin qılıncının iti
kəsməsi, sinəsində
Xocalının ağlaması,
Şuşanın kipriyində
qırova çevrilməsi,
qarı düşmənin
şərlə qardaş
olması şairənin
üsyanına çevrilir.
Bir ovuc torpağın olum,
Məlhəmtək yaralarıma qoyulum,
Qayalarında Mamıra,
Dənizində yosuna dönüm.
Payızına dolanım,
Yazına dönüm.
Nəyin
deyirsən olum,
Təki
səndən olum,
Sənə dönüm, Vətən!...
"Bu yarışda dünya
susur" şeirində
Şövkət xanımın
Qarabağ müharibəsinə,
20 Yanvar hadisəsinə,
Xocalı soyqırımına
münasibəti ümumiləşir. Bu hadisələrdə dünyanın
susması şairəni
qəzəbləndirir. Şeirdə
müharibə sözünün
silinməsi ideyası
şeirin təsir gücünü artırır.
Şairənin humanist fikirləri onun bir qadın,
ana olmasından irəli gəlir. Və Şövkət xanım da bir çox
qadın və ana şairələri kimi lüğətlərdən
müharibə sözünün
silinməsini istəməsi
oxucunu düşünməyə
vadar edir. Bir sözlə, dünyadakı
müharibələrin yaşatdığı
faciələri oxucularına
xatırladan şairə
dünyaya meydan oxuyur. Şeirdə bütün dünyanın
bu faciələrə
cavab verməməsi diqqət çəkir.
Mənəm-mənəm dünyasında
Xeyirlə şər arasında
Savaş gedir.
Güclü-gücsüz davasında
Yarış gedir.
Hərdənbir bu qərarlara qol çəkirlər,
Üzəvarı barış gedir.
Bir-birinə hərbə-zorba
Xox gəlirlər.
Dünyanın gözünə kül üfürürlər.
İkibaşlı əjdahalar ölkələri
diri-diri udur.
Bu oyuna, bu yarışa
Gendən
baxıb
Dünya susur.
Müharibələrin təhlilini verməyə çalışan şairə
bu şeirində üç obrazda iştirak edir. Birinci, dünyadakı
hadisələri, müharibələri
şərh edən ziyalı, ikinci fikir aşağıdakı
parçada öz əksini tapır. Bu obraz ana obrazıdır. Müharibələrin körpələrə vurduğu
yaradan bəhs edir.
İraqda,
Fələstində,
Körpələrin bələyinə
Bomba girir.
Sevincinə, gülüşünə
Qan çilənir.
Göylərindən lülə-lülə
Qar ələnir.
Qırmızı qar,
Yada gəlir,
20 Yanvar.
Uşaqlar qar üstündə
sürüşürlər,
Sonra da ağ
göyərçintək
Qırmızı qara düşürlər.
Ana deyilən bu müqəddəs varlıq üçün körpələrin kimliyi yox, varlığı əsasdır. Və burada bir daha ana deyilən varlığın müqəddəsliyi və ilahiliyi bəyan olur. Digər üçüncü obraz isə düzgün qərar çıxara bilən, ədalətli, müdrik, uzaqgörən şairə obrazıdır.
Qarlı düşmən sənə qardaş olub,
Özünün olmayan torpağı,
Özününkü sayır.
Dünya baxıb yenə susur,
Əhrimənin bu işinə.
Dünyamızın güclü-gücsüz
Arasında bölüşünə.
Dərdi, kədəri ağ vərəqlərə tökən şairənin dərdi dinmir. Ağ vərəqlərdə öldürürsə də dərdi, əslində, dərdi ölmür, çünki
Öz yurdunda, öz elində
Vətən boyda dərd əlində.
Boz səhradır sağda, solda.
Bir ömür yaşayırlar
İnsanlar çadırlarda.
Nə qədər ki ağbirçəklərimiz, ağsaqqallarımız çadırlarda can çəkişdirir, gül qoxulu balalarımız çadırlarda doğulur, hələ bu dərdlərdən çox yazılacaq. Şövkət xanımın bu yaxınlarda 75 illiyi tamam olur. Ona uzun illər arzulayaraq, hələ belə şeiriyyatdan çox yaratsın, amma Vətənin, Cəbrayıl elinin həsrətini deyil, gözəlliyini vəsf etmək nəsibi olsun.
Mərziyyə NƏCƏFOVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2016.- 14 aprel.- S.7