Fransanın şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilib

 

 

 Bu günlərdə Fransanın Altkirş,  Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ səfirliyinin, Paris Azərbaycan Evinin və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən silsilə tədbirlər keçirilib. Azərbaycanın Dostları Assosiasiyasından APA-ya verilən xəbərə görə, iki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar  Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.

 

Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək, öncə Azərbaycan haqqında məlumat verib, gənc olmasına baxmayaraq artıq regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulayıb. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışıb və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət edib.  

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov öncə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğə görə və ölkəni üç regionunda təşkil etdikləri bu silsilə mədəni tədbirlərə görə onlara təşəkkür edib. Azərbaycanın zəngin və qədim mədəniyyətin və dini rəngarənglik,t olerantlığın nümunəsi olduğunu qeyd edən səfir E.Əmirbəyov ölkəmizin bu sahədə dünyaya verdiyi vacib töhfələrdən danışıb. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ilielan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmli töhfələrdən danışmışdır, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçiriləcəyini bildirib. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini, Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun həyata keçirilməsi üçün aparıcı və təbii bir mərkəz qismində özünə rəğbət qazandığını bildirən səfir E.Əmirbəyov bu ənənənin digər ölkələrə də yayılmasının vacibliyini qeyd edib.

 

Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian LeiMontero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Jego Azərbaycan mədəniyyət günlərinin öz şəhərlərində keçirilməsindən, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasından çox məmnun olduqlarını qeyd edib və gələcəkdə də bu  cür tədbirlərin davam etdirilməsini arzu ediblər.

 

Fransız tamaşaçılar Azərbaycana aid təşkil edilmiş sərgini yüksək dəyərləndirib. Tədbirlər zamanı Heydər Əliyev Fondunun Azərbaycana aid fransız dilində nəşr etdirdiyi çoxsaylı kitab və broşürlər paylanıb.

 

 

525-ci qəzet.- 2016.- 14 aprel.- S.7.