Yubiley gecəsi keçirildi
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanın
tanınmış səhnə
xadimi, aktyor Nazir Rüstəmovun 60 illik yubiley gecəsi
keçirilib.
Tədbir
Mədəniyyət və
Turizm Nazırliyi ilə Şuşa
Dövlət Musiqili
Dram Teatrının birgə
təşəbbüsü və təşkilatçılığı
sayəsində gerçəkləşib.
Əvvəlcə N.Rüstəmovun müxtəlif
illərə aid fotoları,
eləcə də ayrı-ayrı tamaşalardan
fraqmentlər nümayiş
olunub.
Yubiley gecəsinin aparıcısı
olan Şuşa
Dövlət Musiqili
Dram Teatrının direktoru
Yadigar Muradov sənət dostunun yaradıcılıq yolundan
söz açıb. Şuşa
rayon icra hakimiyyəti
adından çıxış
edən Vüsalə Fətəliyeva sənətkarın
fəaliyyətindən danışıb,
imzalanmış fəxri
fərmanı ona təqdim edərək, təbriklərini, xoş arzularını çatdırıb.
Xalq artisti Hacı İsmayılov N.Rüstəmovun səhnə
uğurlarından danışıb
və ona Azərbaycan Teatr Xadimləri İttifaqının
Fəxri fərmanını
təqdim edib.
“Ulduz” jurnalının
baş redaktoru Qulu Ağsəs uzun illərdən bəri tanıdığı
yubilyarın teatrla yanaşı, ədəbi
sahədəki fəaliyyətindən,
şeir yaradıcılığından
söz açıb.
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə də təbriklərə
qoşularaq, yubilyara daha böyük uğurlar arzulayıb.
Gecədə aktyor Fuad Poladov,
rejissor Ağakişi Kazımov da çıxış edərək,
ürək sözlərini
dilə gətiriblər.
Yubilyarın şeirlərindən nümunələrin
səsləndirildiyi gecədə
N.Rüstəmovun iştirakı
ilə Xalq yazıçısı İlyas
Əfəndiyevin “Boy çiçəyi”
əsəri nümayiş
etdirilib.
Əntiqə SƏMƏNDƏR
525-ci qəzet.- 2016.- 16 aprel.- S.12