Gözəlliyi vəsf edən şair-döyüşçü

 

UNUDULMAZ ŞAİRİMİZ ƏNVƏR ƏLİBƏYLİNİN 100 İLLİYİNƏ

 

 

Şair, müəllim, jurnalist, radio televiziya xadimi Ənvər Əlibəyli vətəninə xalqına həm döyüşçü kimi, həm istedadlı qələmi, peşəkar jurnalist fəaliyyəti, təşkilatçılıq bacarığı ilə xidmət edib.

 

O, 1916-cı il aprel ayının 1-də Bakı şəhərində anadan olub. Bakıda yeddiillik məktəbi qurtardıqdan sonra Tibb Texnikumunda, ADU-nin Fəhlə fakültəsində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Moskvada Ali Partiya Məktəbində təhsil alıb.

 

İkinci Dünya Müharibəsinin ilk günlərindən Tiflis şəhərində Topçular hərbi məktəbini bitirərək leytenant rütbəsində ordu sıralarına qatılıb artilleriya batareyasının komandiri qismində məşhur 416-cı Taqanroq atıcı diviziyasının tərkibində ağır döyüş yolu keçib. 1944-cü ilin iyulunda ağır yaralanmasına qədər bu diviziyanın bayraqları altında döyüşən Ə.Əlibəyli II dərəcəliVətən müharibəsi”, “Qırmızı ulduzordenləri, “Qafqazın müdafiəsinə görə”, “Almaniya üzərində qələbəyə görəmedalları ilə təltif edilib. Ənvər Əlibəylinin keçdiyi döyüş yolunu Xalq şairi Bəxtiyar Vahabzadə özünün “416-cı” poemasında obrazlaşdırıb, poemanın bir bölümündə şair-döyüşçüdən söz açıb.Bir saat öncə düşməni top atəşinə tutanqəhrəman artıqtorpaq qazmada şeir yazır”, saçdığı atəşdənqəlbinin oduna od qatır”. B.Vahabzadə bir neçə misrada şairin xarakterini dəqiq ifadə edib:

 

...Döyüşdə əsgərdi, Adicə əsgər.

Döyüş qurtardımı? Şairdir Ənvər!

 

Poemanın Ənvər Əlibəyliyə həsr olunmuş hissəsi onunTorpaq qazmaşeirindən bir parça ilə bitir:

 

İndi döyüşürəm mən gələcək xoş çağımçın,

Varlığımla hiss edib bunu bilirəm ancaq:

Bu gün kilidli qalan aynabənd otağımçın,

Mənim yeraltı qazmam təməl daşı olacaq!

 

Yaralanması səbəbindən ordudan tərxis edilsə , yazıçı-jurnalist kimi müharibəyə qatılan Ənvər Əlibəylinin müharibə mövzusunda yazdığı çoxsaylı şeiriləri, poemaları vardır. Müharibənin odunu-alovunu, yumşaq təbiətli, şair ruhlu insanın çəkdiyi mənəvi iztirab sarsıntılarını gözəl ifadə etməsinə baxmayaraq şairin, müharibənin istənilən mərhələsində yazdığı şeirlərində nikbinlik aydın görünür.

 

Müharibədən sonraVətən uğrunda”, “İnqilab mədəniyyətjurnallarında məsul katib, “TəbliğatƏdəbiyyatqəzetlərinin redaktoru, Azərbaycan Radio Televiziya Verilişləri Komitəsinin Bakı televiziya studiyasının direktoru, 1965-ci ildən Azərbaycan Radio Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində fəaliyyət göstərib. “Arazradiosunun yaranmasında (1964-cü il 15 oktyabr) fəaliyyətində əməyi keçən insanlardan biri Ənvər Əlibəyli olub. Televiziyanın ilk verilişləri efirə Ə.Əlibəylinin imzası ilə gedib. İstər komitənin sədri olduğu müddətdə, istərsə daha əvvəl tutduğu vəzifələrdə tabeliyində olan əməkdaşlara həmkarlarına qarşı xoş rəftarlı ədalətli olub, həlim xasiyyətli bir insan olmasına baxmayaraq peşəsinə qarşı kifayət qədər tələbkar bir insan kimi yaddaşlarda qalıb. Ənvər Əlibəylinin fikrincə, “Əsl radio diktoru olmaq üçün insan bir sıra xüsusiyyətlərə malik olmalıdır: dəqiq aydın danışıq, ifadəli dil, şəffaf diksiya, məlahətli tələffüz, dinləyiciyə mətnin məzmununu çatdıra bilmək bacarığı, bundan əlavə mütləq daxili mədəniyyət peşəsinə sevgi”. Komitəyə rəhbərlik etdiyi müddətdə bir neçə jurnalist nəsli Ənvər Əlibəylinin sənət meyarı ilə yetişib püxtələşib. Əməkdar jurnalist Mailə Muradxanlı da bu nəslin nümayəndələrindən biridir. M.Muradxanlı qeyd edir ki, “Ə.Əlibəyli hər şeydən öncə gözəl insan kimi xatirimdə qalıb. Komitənin sədri olmasına baxmayaraq biz ona kövrək bir şair, gözəl bir insan kimi daha çox hörmət edərdik. İşlə bağlı cəza verdiyi adamı bir müddət sonra mükafatlandırardı. Onun ucadan səsini eşidən, qışqırdığını, qəzəbləndiyini görən olmamışdı”.

 

Ənvər ƏlibəylininQaranquş” (1947), “Balaca bağbanlar” (1949), “Sənin adınla” (1950), “Dağlar arasında” (1954), “Qurd nağılı” (1955), “İlk məhəbbət” (1956), “Elə xoşbəxtəm ki” (1960), “Dostluq körpüsü” (1963), “Gözlər, ürəklər, əməllər...” (1966), “Nəğmələr” (1968), “Danışır Bakı...” (1968), “Bir kitab şeir” (1969), “Ürəyimdəsən” (1971), “Seçilmiş əsərləri” (1975), “Seçilmiş əsərləri” (2005) s. kitabları nəşr olunmuşdur. “Ədəbiyyat” (1964) novella-pyesi vardır. Rusca çap olunmuşZa ostrovom artema” (1958) kitabına müəllifin seçmə şeirləri toplanıb. Buna baxmayaraq Ə.Əlibəylinin yaxın dostu, Xalq şairi Nəbi Xəzri xatirələrində qeyd edir ki: “O, şair kimi də, insan kimiçox təvazökar idi. Kitabları çox çıxmayıb. Çox yazırdı, amma az çap olunurdu. Bu onun təvazökarlığından irəli gəlirdi. Baxmayaraq ki, onun şeirləri, poemaları, mənzum pyesləri var idi, kitab buraxdırmaq üçün kifayət idi”.

 

1939-cu ildən Sovet Yazıçılar İttifaqının üzvü olan şair yaradıcılığa uşaq şeirləri ilə başlamışdır. 1936-cı ildə kiçik yaşlı uşaqlar üçün şeirlər yazır və onları dövri mətbuatda çap etdirirdi.

 

Şairi yaxından tanıyanlar xatirələrində qeyd edir ki, o xasiyyətcə mülayim, təbiətcə təvazökar, lakin prinsipial insan olub. Ənvər Əlibəylinin əsərləri də onun təbiətinə, şəxsi keyfiyyətlərinə uyğundur. Onun şeirləri də özü kimi təvazökar, hay-küydən, gurultudan uzaq olub, az sözlə çox mətləbi ifadə edə bilib. Bəkir Nəbiyevin qeyd etdiyi kimiuzaq yollardan keçib gəlmiş üçkünc bir məktub, təsadüfən sədası qulağa dəyən bir qaranquş uçuşu, torpaq qazmada titrək alovla yanan hisli çıraq, əziz bir adamın qoynunda yadigar kimi gəzdirdiyi şəkli Ə.Əlibəylinin şair təxəyyülünü qanadlandırmış, o, az sözlə çox mətləb ifadə etməyə, xırdaca bir detalı ümumiləşdirməklə böyük məna verməyə, qələbə əzmini, qəhrəmanlıq və vətənpərvərlik duyğularını əks etdirməyə müvəffəq olmuşdur”. Məsələn, “Döyüşçünün ölümüşeiri cəmi altı misradır. Lakin maraqlı bir təxəyyül vardır:

 

Sən öləndə bahardı,

Çöllərdə, çəmənlərdə

Min cür çiçək vardı.

Səni dəfn etdik səhər,

Matəm bayrağı kimi

Əyilmişdi lalələr.

 

1947-ci ildə şairinQaranquş” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Şeirləri və poemaları rus və SSRİ xalqlarının dillərinə tərcümə edilmiş Ənvər Əlibəylinin özünün də tərcümələri vardır. A.Puşkinin, N.Nekrasovun, S.Marşakın və başqa Sovet şairlərinin əsərlərini doğma dilinə tərcümə edib.

 

Təbiəti etibarı ilə lirik şair olan Ə.Əlibəylinin bir neçə poeması da vardır. “Samur dastanı” poeması Samur çayının suyunu susuz ərazilərə çəkən inşaatçılardan, onların bəhrəli əməyindən bəhs edir. Dalğalar arasında” poemasında dəniz neftçilərinin şücaətindən, “Dostluq körpüsü”, “Poladda isə zəhmətkeş insanların həyatından söhbət açılır. İkinci Dünya Müharibəsinə həsr etdiyi şeirləri ilə yanaşı, bu mövzuda iki poema da - “Bacı”, “Gözlər, ürəklər, əməllər” yazıb.

 

Ə.Əlibəylinin bir sıra şeirlərinə mahnı bəstələnib. O, ilk Azərbaycan şairidir ki, musiqi bəstələnmiş şeirlərindən ibarət “Nəğmələr” adlı kitabı çap edilib. Burada onun 50-yə yaxın şeiri toplanıb. Bunlar arasında “Sənin gözlərin”, “Bahar olsun” (bəstəkar: C.Cahangirov); “Təkcə səni seçmişəm”, “Sevgilim” (bəstəkar: R.Hacıyev); “Hamıdan göyçək”, “Narınc”, “Görüş”, “Söz olmasaydı” (bəstəkar: İ.Topçubaşov); “Bulaq üstə gedən gözəl” (bəstəkar: A.Babayev); “Nar

 

gülü” (bəstəkar: T.Quliyev) şeirlərinin adlarını çəkmək olar. Rauf Hacıyevin onun sözlərinə yazdığı “Azərbaycan” şeiri isə dillər əzbəri olub. Bu mahnını Xalq artisti Rəşid Behbudovun ifasında dinlərkən xəyal insanı uzaqlara və yüksəklərə aparır. İnsanın gözü qarşısında doğma vətənin yaşıl bağları, sıx meşələri, təbii sərvətləri canlanır. “Azərbaycan” şeiri üç bənddən ibarət olsa da mahnıda onun yalnız iki bəndi ifa olunub. Bunun səbəbi şairin üçüncü bənddə çox incə şəkildə bir mətləbdən xəbər verməsi olmalıdır:

 

Sənə şirin arzum deyim, diləyim deyim,

Havam deyim, suyum deyim, çörəyim deyim,

İki yerə parçalanmış ürəyim deyim.

Yurdum, yuvam, məskənimsənAzərbaycanım!

Al bayraqlı vətənimsən Azərbaycanım!

 

Ümumiyyətlə Ə.Əlibəylinin yaradıcılığında vətənin tərənnümü daim görünür.

 

Ə.Əlibəyli bir sıra çox məşhur olan film mahnılarının sözlərinin müəllifi olmuşdur. Musiqi duyumu güclü olan şairin şeirlərinə şux, rəngarəng mahnılar bəstələnmişdir. Ən məşhuruBəxtiyar” (1955) filminin mahnılarıdır. Xalq artisti R.Behbudovun ifasında səslənənMəhəbbət”, “Xatirəmahnıları, “Bakı”, “Dostluq nəğməsi”, “Zibeydəmahnılarının musiqisi Tofiq Quliyevə məxsusdur. Filmdə Bəxtiyarın uşaqlığında səslənənAğacda leyləkmahnısının da müəllifi Tofiq Quliyevdir Şövkət Ələkbərovanın ifasında təqdim olunub. Bəxtiyarfilmi ilə yanaşıQara daşlar” (1956 - R.Hacıyev), “Qızmar günəş altında” (1957- T.Quliyev), “Bir məhəlləli iki oğlan” (1957 - Q.Qarayev) filmlərində səslənən mahnıların sözləri Ə.Əlibəyliyə məxsusdur.

 

Ənvər Əlibəyli həm film ssenarilərinin müəllifidir.Zəncirlənmiş adamadlanan qısa metrajlı bədii film (34 dəq.) 1964-cü ildə çəkilmişdir. Argentina yazıçısı Osvaldo Draqonunİtə çevrilən adamhekayəsi əsasında çəkilmiş film ehtiyac üzündən varlı bir insanın həyətində iti əvəz etməyə məcbur olan sadə bir insanın - Alvaronun faciəli taleyindən bəhs edir.

 

Ə.Əlibəylinin ssenari müəllifi olduğu digər bir film isəMahnı qanadlarındaadlanır. Tammetrajlı sənədli filmdə Azərbaycan musiqisindən bəhs edilir. Film 1959-cu ildə efirə gedib, 65 dəqiqəlik ekran işidir.

 

Ə.Əlibəyli lirik şair kimi tanınsa da, şeirlərində fəlsəfi məzmun da geniş yer tutur. Onun çox kiçik həcmli, hətta 4-8 misralıq şeirlərində maraqlı məzmun vardır. Məsələn, “Sualşeirində belə deyir:

 

Yerdən çıxan neftə çox vaxt

Qara qızıl deyirik biz.

Eşitdikcə bu kəlməni

Fərəhlənir ürəyimiz.

Əgər qara neft qızılsa,

Onda, dostlar, deyin görək:

Onu yerin qatlarından

Çıxarana ad verək?

 

Ə.ƏlibəylininÖmüradlı kiçik həcimli bir şeirində dərin məna vardır:

 

İnsanlara

Lazım olan insan

Tək qalmaz heç bir zaman.

İstəmirəm ömrümdə

Bircə gün tək qalam.

Yaşamaq istəyirəm

O qədər -

Nə qədər ki,

İnsanlara lazımam!

 

Şairin narahat qəlbinin bəhrəsi olan şeirləri insanlara həmişə gərəkdir. Başqa sözlə şairin ömrü də şeirləri kimi əbədidir. Şair “İstək” şeirində deyə biləcəyimiz, demək istədiyimiz bir mətləbi dolğun ifadə edib:

 

Ulduz olmaq istəyirəm,

Sönmək istəmirəm.

Yol olub dağa qalxmaq istəyirəm,

Enmək istəmirəm.

Şimşək olub çaxmaq istəyirəm -

Bir anlığa yox.

İşığa dönmək istəyirəm -

Qaranlığa yox.

Mən ölümün özünə belə

Gülmək istəyirəm.

Ölümsüz bir ölümlə

Ölmək istəyirəm!

 

Baharda dünyaya göz açan Ə.Əlibəyli ömrünün 52-ci baharında - 1968-ci il may ayının 7-də bu dünyadan köçsə də, “ölümsüz bir ölümlə ölümün özünə gülməyi” bacarmış insanlardandır.

 

Kəmalə NURİYEVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2016.- 16 aprel.- S.11