İstanbul sammitində Qarabağ
münaqişəsi diqqət mərkəzində
İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATINDA XARİCİ İŞLƏR NAZİRLƏRİ SƏVİYYƏSİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR TƏMAS QRUPU YARADILDI
Məlum olduğu kimi, aprelin 13-də Prezident İlham Əliyev İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) XIII
Sammitində iştirak
etmək üçün
Türkiyəyə işgüzar
səfər edib.
Ölkə başçısı rəsmi
səfər çərçivəsində
türkiyəli həmkarı
Rəcəb Təyyib
Ərdoğanla görüş
keçirib. Görüşdə Azərbaycan ilə
Türkiyə arasında
dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə
uğurla inkişafı
məmnunluqla vurğulanıb.
Strateji əməkdaşlığın bundan sonra da
bütün sahələrdə
genişlənəcəyinə əminlik ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin
münasibətlərimizin dərinləşdirilməsi
baxımından önəmi
diqqətə çatdırılıb.
Yüksək səviyyəli görüşlərin
əlaqələrimizin möhkəmləndirilməsində
rolu, ölkələrimizin
energetika və digər sahələrdə
qlobal layihələrdə
əməkdaşlığının önəmi qeyd edilib.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr
və hazırkı vəziyyət müzakirə
olunub. İkitərəfli və qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Aprelin 14-də isə
İstanbulda Sammit öz işinə başlayıb. İƏT-in qurucu
üzvlərindən olan
Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir. Bu Sammit İslam
dünyasının layiq
olduğu ədalətə
və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının
alınması yollarının
tapılması ilə
bağlı İslam aləmində birlik və həmrəyliyə
ehtiyac yarandığı
bir dövrdə təşkil olunur.
İslam Əməkdaşlıq Təşkilatının
XII Sammitinə sədrlik
etmiş Misirin xarici işlər naziri Sameh Şukri
çıxışında müsəlmanların və
İslam ölkələrinin
maraqlarının qorunması
baxımından İƏT-in fəaliyyətini yüksək
qiymətləndirib. O, Misirin
sədrliyi dövründə
üzv ölkələrlə
əməkdaşlıq şəraitində
İslam dünyasında
mövcud problemlərin
həlli istiqamətində
fəal səy göstərdiyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi İyad Amin Madani təcavüzkar Ermənistanın Azərbaycana
qarşı davam etdirdiyi işğalçılıq
siyasəti barədə
məlumat verib. Müsəlman
ölkələrindəki qarşıdurmaların
tezliklə həll olunmasını müasir dünyanın qarşısında
duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində, BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi qətnamələr əsasında
həll olunmalıdır.
O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana
dəstəyini davam etdirəcək. Baş katib əminliklə
vurğulayıb ki,
İƏT-in İstanbul Sammiti
digər müsəlman
ölkələrindəki münaqişələr
kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.
Diqqət çəkən əsas məqamlardan biri də sammit çərçivəsində Ermənistanın Azərbaycana
qarşı təcavüzü
ilə əlaqədar
İƏT-in qəbul etdiyi
qərardır. Qərarə əsasən Dağlıq
Qarabağ münaqişəsinin
həllini sürətləndirmək
məqsədilə xarici
işlər nazirləri
səviyyəsində təmas
qrupu yaradılıb.
İslam
Əməkdaşlıq təşkilatının
qəbul etdiyi bu qərarı yüksək qiymətləndirən
Prezident İlham Əliyev Sammitdə çıxış edərək
qeyd edib ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq
siyasəti aparır:
“Bu siyasət nəticəsində
Azərbaycan ərazisinin
20 faizi - Dağlıq
Qarabağ və ətrafındakı yeddi
rayon Ermənistan tərəfindən
işğal edilib, həmin ərazilərdə
etnik təmizləmə
siyasəti aparılıb
və bir milyondan artıq soydaşımız qaçqın
və məcburi köçkün vəziyyətinə
düşüb. Ermənistan Xocalı
soyqırımını törədib.
Beynəlxalq birlik və
təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır və münaqişənin beynəlxalq
hüquq normalarına
uyğun, ədalətli
həllinin tərəfdarıdır.
Münaqişə ilə bağlı
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi var. Bu qətnamələrdə
erməni silahlı qüvvələrinin Azərbaycan
torpaqlarından dərhal
və qeyd-şərtsiz
çıxarılması tələb
edilir. Eyni zamanda, Qoşulmama
Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr
qəbul ediblər.
Mən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü
çərçivəsində həllini dəstəkləyən
ədalətli qətnamələrə
görə İƏT-ə səmimi minnətdarlığımı
bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan
bu qərarlara məhəl qoymur və danışıqlar
prosesini pozmaq üçün vaxtaşırı
silahlı təxribatlara
əl atır. Onlardan biri də aprelin
əvvəllərində törədilib.
Silahlı hücum nəticəsində
Azərbaycan hərbçiləri
və mülki şəxslər həlak
olublar. Azərbaycan Ordusu Ermənistanın
təxribatının qarşısını
alıb”.
İƏT-in
Dağlıq Qarabağla
bağlı qəbul etdiyi qərara münasibət bildirən
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “525”ə açıqlamasında
qeyd edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
praktiki addımlar tələb edir: “İslam Əməkdaşlıq
Təşkilatı nəzdində
yaradılacaq bu qrup iki istiqamətdə
addımlar atılmasına
xidmət edə bilər. İlk növbədə təmas qrupu BMT-də Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinin lobbiçiliyini
apara bilər. Eləcə də təşkilat üzvlərinin bəziləri
Azərbaycanla münasibətdə
dəfələrlə bəyan
ediblər ki, münaqişə ilə bağlı məsələdə
rəsmi Bakının
istənilən mövqeyini
dəstəkləyirlər. Yəni, bu gün Azərbaycan
qərar versə ki, müharibə olsun, o halda Pakistana bircə müraciət kifayət edər ki, gəlib
qoşulsunlar. Bu, özü də bir təmərküzləşmə,
koordinasiya tələb
edən məsələdir.
Ona görə də, hesab edirəm ki, bu ideya
vaxtında ortalığa
atılıb”.
Keçmiş dövlət müşaviri,
politoloq Qabil Hüseynli qeyd edib ki, İslam
Əməkdaşlıq Təşkilatı
müsəlman dünyasında
yeganə qurumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz faktının
xüsusi bəyanatla pisləyib. Onun sözlərinə görə,
bu təşkilat həmçinin bəyan edib ki, Azərbaycan
torpaqlarının işğaldan
azad olunması üçün quruma üzv dövlətlər
əlindən gələni
əsirgəməməlidir: “Budəfəki, sammitdə
Türkiyənin təşəbbüsü
ilə Dağlıq Qarabağa dair xüsusi komissiyanın yaradılması nəzərdə
tutulub. Hesab edirəm ki,
bu qrupun formalaşması baş tutacaq. Təmas qrupu müntəzəm
olaraq Dağlıq Qarabağ problemi ilə məşğul olmalı və bununla əlaqədar həm təşkilatın
rəhbərliyinə məlumat
verməli, həm də müxtəlif dövlətlər, ayrı-ayrı
beynəlxalq təşkilatlarla
əlaqələrdə münaqişə
ilə bağlı öz mövqeyini ortaya qoymalıdır”.
Politoloq bildirib ki, İslam
Əməkdaşlıq Təşkilatının
İstanbul sammitində
Dağlıq Qarabağ
münaqişəsinin həlli
üçün qəbul
edilən bu qərar Azərbaycanın
həm siyasi mövqelərini möhkəmləndirə,
həm də problemin həllinə konkret töhfələr verə bilər”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olduqdan sonra təşkilatın nizamnaməsinə uyğun olaraq onun fəaliyyətində fəal iştirak edir. O “SİA”ya bildirib ki, təşkilata üzv ölkələrlə bu gün mehriban qonşuluq və əməkdaşlıq münasibətləri yaradılıb: “İƏT vaxtaşırı Dağlıq Qarabağ münqişəsini müzakirəyə çıxarır və dəfələrlə Ermənistanın Azərbaycan torpaqlarını işğalı məsələsində öz qəti mövqeyini ortaya qoyub. Təşkilat Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib. Təsadüfü deyil ki, Ermənistan rəhbərliyi tez-tez İƏT-in Dağlıq Qarabağ münqişəsi ilə bağlı qəbul etdiyi qərarlara narahatçılığını bildirir və bunu dəyişmək üçün cəhdlər edir. Amma ermənilərin cəhdlərinin hamısı uğursuzluqla nəticələnir”.
Politoloq bildirib ki, İƏT-in XIII Sammitində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün təmas qrupunun yaradılması təşəbbüsü diqqət çəkən addımdır: “Təmas qrupu Dağlıq Qarabağ münaqişəsinin İslam dünyasında, eyni zamanda bütün dünyada aktuallaşmasını, həmin məsələyə böyük dövlətlərin diqqətinin yönəldilməsini daha da artıra bilər. İƏT, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün özünün təsir mexanizmlərini işə sala bilər. Məsələn, təşkilatın 3 üzvü - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu gün Ermənistanla diplomatik əlaqələri yoxdur. Bu, Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır. Təşkilata üzv digər dövlətlər də Ermənistana bu və ya digər təsir siyasətinə qoşulsalar, ermənilər bunun ağrısını çox kəskin şəkildə hiss edəcəklər”.
E.Mirzəbəyli ümid edir ki, bu qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə biləcək”.
Politoloq Tamerlan Vahabov isə bildirib ki, Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təmas qrupunun yaradılması barədə təşəbbüs yenidən bu təşkilatın Azərbaycana olan dəstəyi və ölkəmizin orada olan diplomatik uğurlarının bir nümunəsidir. Ekspert “SİA”ya açıqlamasında qeyd edib ki, nəticəsindən asılı olmayaraq bu məsələnin müzakirə olunması, Azərbaycana olan diqqətin səngiməməsi, əksinə artması bunun daha da qabarıq şəkildə təsdiq olunmasının bir nümunəsidir: “Bu təşəbbüsün reallaşması təşkilat üzvləri arasında qarşılıqlı olaraq etibarlılığın artmasına gətirib çıxarır”.
Ceyhun ABASOV
525-ci qəzet.- 2016.- 16 aprel.- S.6