Səlim Babullaoğlu beynəlxalqmükafata layiq görülüb

 

Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin verdiyi məlumata görə şair Səlim Babullaoğlu Serbiyanın əcnəbi sənət adamlarına, o cümldən ədəbiyyatçılara verilən  “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünə layiq görülüb.  “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülü  uzun illər ədəbi yaradıcılıqla məşğul olmuş,eyni zamanda

 

ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar, tərcüməçilər, tənqidçilər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insanlara verilir. Bu il dördüncü dəfə veriləcək mükafatı indiyə qədər Xorvatiya, Sloveniya və Rumıniyadan olan tanınmış şairlər, ədəbiyyatçılar alıblar.

 

Şair Səlim Babulaoğlu bizə  açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, bu xəbəri ona “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü komissiyasının koordinatoru-  serb rejissoru, dramaturqu Miodrag Yakşiç yazdığı məktubda bildirib. Babullaoğlu ilə eksklüziv müsahibəni diqqətinizə çatdırırıq.

 

-Mükafat almanız münasibəti ilə Sizi təbrik edirik.

 

-Təşəkkür edirəm, çox sağ olun.

 

-Mükafatın mövcudluğu barədə əvvəlcədən məlumatınız vardımı və sizə mükafatı hansı əsaslandırma, formulə ilə veriblər?

 

- Çox az şey bilirdim. Yəni, bilirdim ki, belə bir mükafat var və serblər bunu əcnəbi ədəbiyyatçılara verir.“ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü almış xanım Svikart ilə Belqradda görüşümşdüm, Sloveniya şairəsidir, o demişdi. Yalnız bunu. Qaldı mükafatı mənə niyə və hansı əsaslandırma ilə vermək məsələsinə, mənim şeirlərim dəfələrlə Belgrad mətbuatında, nüfuzlu ədəbi nəşrlərdə “Knjzevne Novine”də, “Sveske”də, təəssüf ki, adlarını unutduğum toplularda, saytlarda dəfələrlə çap olunub. Üstəgəl, mən müasir serb ədəbiyyatından həm tərcümələr eləmişəm, eyni zamanda Azərbaycan-Serbiya ədəbi əlaqələri istiqaməində müəyyən işlər görmüşəm. Yəqin bunların hamısı nəzərə alınıb.

 

-Yən dəqiq informasiya yoxdurmu?

 

-Yox, niyə var. “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünü komissiyasının koordinatoru Miodraq Yakşiç mənə məktub yazıb. Həm həmin məktubda, həm də sonradan aramızda olan telefon söhbətində o qeyd elədi ki, bu il mükafatın mənə verilməsi qərara alınıb. Uzun illər bədii yaradıcılıqla məşğul olan və əsərləri serb dilinə tərcümə olunan şair kimi, eyni zamanda ədəbi qurumlar, müxtəlif ölkələrdəki ədəbiyyatçılar və bütövlükdə ədəbi proseslər arasında əlaqələrin yaradılmasında xidmətləri olan insan kimi. Amma qismət olsa mən mükafatı almaq üçün Serbiyaya getsəm, onda yəqin siz dediyiniz kimi ən dəqiq informasiyanı, formulu orda yəqin ki, eşidəcəm, görəcəm. Mənə yazılan məktub rəsmi məktub deyil, ilkin məktubdur. Dəvət və rəsmi məktub mayda olacaq yəqin, prosedur belədir. Bu mükafatı məndən əvvəl sloveniyalı, rumıniyalı və xorvat şairlər alıb.  Telefon söhbətində cənab Jakşiç həm də onu qeyd elədi ki, iyul ayında məni Serbiyaya, Krçedinə dəvət edəcəklər. Orda hər il ll dünyanın müxtəlif yerllərindən şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar, rejissoraktyorlar, eyni zamanda səfirlər, diplomatlar toplanırlar. Sənət festivalı keçirirlər. Görkəmli serb rəssamı, memarı, belə deyək, Serbiyanın sənət mühitinin metrlərindən olan Zoran Yakşiçin böyük mülkündə təşkil olunur bu tədbir, Krçedində. Dunayın sahilində, dağlarda. Zoran Yakşiçin Miodraqın atasıdır. Mirodraq isə eyni zamanda Krçedində keçirilən festivalın əsas təşkilatçılarından biri, baş redaktorudur. Midoraqın sözlərinə görə mən həm də bu ilki Krçedin toplanıtısında xüsusi qonaq statusu ilə iştirak edəcəm. “ARTE” Beynəlxalq Ədəbiyyat Ödülünün nizamnamsinə əsasən isə mükafatı almış şairlərin serb dilində şeirlər kitabının nəşri də nəzərdə tutulur. Bildiyim qədər bu il Krçedin toplantısında Sloveniya, Xorvatiya, Bolqariya, Polşa, Albaniya, İtaliya, Rumıniya, Macarıstan, RusiyaSerbiyadan qonaqlar iştirak edəcəklər.

 

 

525-ci qəzet.- 2016.- 19 aprel.- S.7.