"Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitabları"

 

 

Dünən Tərtər rayon Gənclər Mərkəzində Mədəniyyət Turizm Nazirliyi, Tərtər rayon İcra Hakimiyyəti Azərbaycan Milli Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları" mövzusunda sərgi-konfrans keçirib.

 

Tədbir iştirakçıları öncə Heydər Əliyevin Tərtər şəhərindəki abidəsini ziyarət edib. Həmçinin ümummilli lider Heydər Əliyevin Milli Kitabxanada 1995-ci il 3 iyun tarixindəki çıxışına dair qısa video filmin nümayişi olub.

 

Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Bakı Dövlət Universitetinin Kitabşünaslıq Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov Tərtər rayonunun mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər.

 

Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda geniş məruzə ilə çıxış edib. Daha sonra çıxış edən Tərtər rayon MKS-in direktoru İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova Tərtər rayon Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov öz çıxışlarında ulu öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən geniş bəhs ediblər.

 

Konfransın sonunda kitab sərgisinə baxış keçirilib. Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

 

525-ci qəzet.- 2016.- 20 aprel.- S.2