Unudulmaz alimin əziz xatirəsinə

 

 

Bu bahar Şəmistan müəllimin 85 yaşı tamam olur. Ancaq bu yubiley onsuz qeyd edilir. Şəmistan müəllim ailəsinin, kolleqalarının, tələbələrinin, onu tanıyan insanların xatirəsində həmişə böyük ziyalı, alim, xeyirxah, prinsipial, Vətənə torpağa bağlı bir insan kimi qalacaq.

 

Azərbaycan Memarlıq İnşaat İnstitutunun hidrotexniki meliorasiya hidrologiya kafedrasının professoru Şəmistan Namaz oğlu Bağırov şərəfli həyat yolu keçib. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ş.Bağırov gənc mütəxəssis kimi Kür-Araz su tikinti idarəsinin Qusar rayonu ərazisindəki 11 saylı tikinti quraşdırma idarəsinə işləməyə göndərilir. Samur-Abşeron kanalının yenidən qurulmasında, mühüm hidrotexniki qurğuların tikintisində fəal iştirak edir. Ş.Bağırov hələ institutda oxuduğu müddətdə təhsilə elmə böyük maraq göstərirdi. Zaqafqaziya respublikalarının texniki ali məktəb tələbələrinin Bakıda keçirilən elmi konfransında etdiyi maraqlı məruzə yüksək qiymətləndirilmişdi. Təsadüfi deyil ki, 1958-ci ilin aprel ayında təhsil aldığı instituta müəllim işləməyə dəvət almış, həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuşdu. Görkəmli alim, akademik V.R. Volobuyevin elmi rəhbərliyi ilə 1962-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdi.

 

İstedadlı tədqiqatçı Ş.Bağırov respublikanın tanınmış alimləri, akademik H.Əliyev professor Y.İbadzadə ilə birlikdə Aşqabad şəhərində keçirilmiş ümumittifaq elmi konfransda iştirak etmiş orada maraqlı məruzə oxumuşdu.

 

Ş.Bağırovun elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrü 1963-cü ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutundan başlayır. Əvvəlcə hidromeliorasiya kafedrasında baş müəllim, dosent, institutun ixtisasartırma fakültəsinin dekanı kimi fəaliyyət göstərib. Səmərəli elmi-pedaqoji fəaliyyəti təşkilatçılıq bacarığı nəzərə alınaraq müsabiqə yolu ilə hidromeliorasiya kafedrasına müdir təyin olunub. Bu vəzifədə 25 il şərəflə çalışaraq gənc mütəxəssislərin yüksək texniki səviyyədə hazırlanmasında yaxından iştirak edib.

 

Alimin gərgin əməyinin və elmi axtarışlarının məhsulu olan "Suvarma meliorasiyası", "Hidrologiya, hidrometriya və axının nizamlanması" kimi fundamental dərsliklərdən, metodiki tövsiyələrdən indiyə qədər tədris prosesində geniş istifadə olunur. 65-dən çox elmi məqalənin müəllifi olan professorun təşəbbüsü və bilavasitə iştirakı ilə rəhbərlik etdiyi kafedrada 3 tədris-elmi laboratoriya, meliorasiya kabinəsi yaratmışdı.

 

O, kafedra müdiri kimi dəfələrlə Moskva, Simferopol, digər şəhərlərdə keçirilmiş seminar müşavirələrdə tədris və metodik işlərə dair maraqlı məruzələrlə çıxış edib. Keçmiş İttifaq torpaqşünaslar cəmiyyətinin, respublika HidrotexnikaETC-nin üzvü olub.

 

Alimin elmi-tədqiqat işlərinin əsasını Kür-Araz ovalığında meliorasiya tədbirlərinin effektivliyinin öyrənilməsi, şorlaşmış torpaqlarda kollektor-dren şəbəkəsinin layihə parametrlərinin tədqiqinə dair sanballı elmi axtarışlar təşkil edirbütün bunlar istehsalatda, layihələndirmədə müvəffəqiyyətlə tətbiq olunur.

 

Çoxillik səmərəli elmi-pedaqoji fəaliyyəti və gənc mühəndis kadrların hazırlanmasında xidmətlərinə görə alim dəfələrlə Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

 

Onun elmi-tədqiqat işlərinin nəticələrinin yekunu olaraq Avstraliya, Türkiyə, İran və İsraildə keçirilən beynəlxalq konfranslarda təşkilat komitələri tərəfindən bəyənilərək nəşr olunmaq üçün tövsiyə edilən elmi əsərləri və dərsliyi isə, təəssüf ki, yarımçıq qaldı...

 

Ziyalı, alim, pedaqoq Şəmistan müəllimin işıqlı xatirəsi onu tanıyan və sevən insanların yaddaşında daima yaşayacaq!

 

 

525-ci qəzet.- 2016.- 21 aprel.- S.8