Əliağa Şıxlinskinin "Mənim xatirələrim" kitabı Moskvada nəşr edilib

 

 

Məşhur sərkərdə, əfsanəvi general Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı Moskvada çapdan çıxıb.

 

Rusiya İmperator Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, böyük hərbi xadimi, artilleriya generalı Əliağa Şıxlinskinin təqdimata ehtiyacı yoxdur. Özü təkcə Vətəni Azərbaycanda yox. Nəşrin titul vərəqində deyilir: "Ötən əsrin əvvəllərində "artilleriyanın allahı" adlandırılan general Şıxlinskinin adı Rusiyanın sərhədlərindən çox-çox uzaqlarda şöhrət qazanmışdır. "Şıxlinski üçbucağı", "Şıxlinski düsturu" yüksək qiymətləndirilirdi".

 

1944-cü ildə nəşr olunan "Mənim xatirələrim" kitabının birinci nəşrinə Ə.Şıxlinski ilə birlikdə Port-Artur döyüşündə iştirak edən, Stalin mükafatı laureatı, hərb elmləri doktoru, professor Yevgeni Barsukovun yazdığı müqəddimə bu nəşrdə təkrar verilib.

 

1985-ci ildə bu kitabın ikinci nəşri işıq üzü görüb.

 

Rus ordusunun general-leytenantı Əliağa Şıxlinski böyük nüfuz sahibi idi hamı tərəfindən sevilirdi. O, təkcə rus topçuları arasında deyil, həm rus ordusunun geniş dairələrində son dərəcə populyar məşhur idi. 1904-1905-ci illər rus-yapon, 1914-1918-ci illər dünya müharibələrinin, xüsusən Port-Artur epopeyasının iştirakçıları onu yaxşı tanıyırdılar.

 

Tanınmış hərbi xadim, general-leytenant Əliağa İsmayıl ağa oğlu Şıxlinski XX əsrin əvvəlində irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi döyüş meydanlarında öz rəşadəti artilleriya nəzəriyyəsində yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatlarının yaradılması zamanı milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna rol oynayıb, sonrakı dövrlərdə hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin təşkilinə töhfələr verib.

 

Ötən il general Əliağa Şıxlinskinin anadan olmasının 150 illiyi qeyd edilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 20 noyabr tarixli Sərəncamına müvafiq olaraq ölkədə həmin tarixə həsr olunmuş silsilə tədbirlər keçirilib. Azərbaycan xalqının şanlı oğlu öz avtobioqrafiyasında çox sadə dildə maraqlı hadisələrlə zəngin həyatının Kadet korpusunun tələbəsi olduğu günlərindən, ordu komandiri vəzifəsinə necə yüksəlməsindən söz açıb. Kitab yeddi fəsildən ibarətdir: "Ailə məktəb", "Zabit xidmətinin ilk on üç ili", "Uzaq Şərqdə xidmət Çin yürüşü", "Rus-yapon müharibəsində iştirak", "Yapon müharibəsindən Birinci Dünya müharibəsinədək", "Azərbaycanda xidmət".

 

Nəşrin elmi redaktoru fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi Sübhi Şıxlinskidir. Kitab 1000 nüsxə tirajla nəşr edilib.

 

 

 

525-ci qəzet.- 2016.- 21 aprel.- S.7.