Şanlı ordumuza
Öndərdən qalıb miras Azərbaycan ordusu,
Alır
düşməndən qisas
Azərbaycan ordusu,
Mərddir döyüşdə-darda, yox kimsədən qorxusu,
Vətəni qorumaqdır ən müqəddəs arzusu.
Keçmişin sədasıdır, qalıb
qulağında səs:
Vətən heç vaxt bölünməz, ana torpaq müqəddəs.
Tariximiz
yaşadır mərdləri
nəfəs-nəfəs,
Şanlı ordu çox yaşa, xalqımızdan
al həvəs.
Müqəddəsdir şəhidin üstündəki
lalə qan.
Günəşdir, sabah-sabah göydə söküləndə dan.
Kafir oğlu, külə dön bir alovlan,
bir də yan!
Azərbaycan ordusu, düşmənə
getsin qadan!
Ayağın polad kimi əzsin ilan-düşməni,
Yeri-yurdu olmayan əsli yalan düşməni.
İrəvanı da bizdən alıb-çalan düşməni,
Azərbaycan ordusu, dağla qalan düşməni!
Baş komandan əmr etsə, ordu hər an müntəzir,
Əldə bayraq ordumuz qələbəyə tələsir.
İgid, mətin oğullar sütunudur millətin.
Mərd əsgərim, bəllidir düşmənlərə qeyrətin.
Mehriban
QƏNBƏROVA
"Təfəkkür" Universitetinin
əməkdaşı
525-ci qəzet.- 2016.- 21 aprel.- S.7.