İnqilabdan sonrakı Misir - Sonuncu yazı
Qahirədən Şarm Əl-Şeyxə
uçuş müddəti
50 dəqiqədir, daxili
reysin qiyməti isə 100 dollar təşkil
edir.
Dünyada məşhur turizm istiqamətlərindən olan
Şarm əl -Şeyxi hər kəs görməyi arzu edir. Bu da səbəbsiz deyil. Səhrada yaradılmış bu möcüzəli cənnətdə
nə istəsəniz
var: Qırmızı
dənizin sahillərində
yüksək səviyyəli
hotellər, müxtəlif
əyləncə və
ticarət mərkəzləri,
diskotekalar, səhra və
dəniz turları, dünya mətbəxi. Bir sözlə istirahətin bir nömrəli məkanı elə Şarm əl Şeyxdir.
Məlumat üçün bildirim ki, Şarm əl-Şeyx
onilliklər öncə
kiçik və sakit bir balıqçı
kəndi olub. Lakin misirlilər
səhranın ortasında
əsrarəngiz möcüzə
yarada biliblər.
Şarm Əl-Şeyx Sinay yarımadasının cənubunda,
yəni Misirin Asiya hissəsində yerləşir. Bura Avropa, Asiya və
Afrikanın qovşağıdır.
"Sülh şəhəri"
- Şarm Əl-Şeyx
Şarm Əl-Şeyx həm də Cənubi Sinay qubernatorluğunun inzibati mərkəzidir. Xatırladaq ki,
Sinay yarımadası
1967-1982-ci illərdə İsrailin
işğalı altında
olub. İşğaldan azad olduqdan sonra Misir hökuməti
bu regiona ciddi diqqət göstərərək onu
turizm cənnətinə
çevirib.
"Sülh şəhəri"
olaraq tanınan Şarm Əl-Şeyxdə
bütünlüklə həyat
turizmə bağlıdır. Yəni burada
demək olar ki, hər kəs
turizm sektoruna çalışır. Hazırda bölgədə
300-dən çox dünyaşöhrətli
markalardan olan beşulduzlu otel fəaliyyət göstərir,
hələ yeni tikilənləri də
var.
Turistlərin həm də "Uğurlu torpaq" və ya "Xoşbəxt məkan"
adlandırdıqları Şarm
Əl-Şeyx indi turist qıtlığından
əziyyət çəkir. Bu da ötən il
Rusiyaya məxsus təyyarənin Sinayda qəzaya uğraması ilə bağlıdır.
"Ərəb baharı"ndan sonra dirçəlməyə başlayan
Misir turizminə bu qəza daha
bir zərbə oldu. Doğrudur, Rusiya tərəfi
hadisənin terror aktı
olduğunu rəsmi elan etsə də, Misir tərəfi hələ ki, beynəlxalq tədqiqatçları cəlb
etməklə araşdırmaları
davam etdirir və yekun rəyi
açıqlamayıb. Şarm Əl-Şeyxə gələn
turistlər arasında
ruslar birinci, Böyük Britaniya vətəndaşları isə
ikinci yerdə olub. Rusiya ilə birbaşa
reyslər hələ
bərpa olunmasa da, Şarm Əl-Şeyxə
gələnlər arasında
indi də ruslar, ukraynalılar, ingilislər, fransız və almanlara rast gəlmək olurdu. Kənardan baxanda bizə turistlərin sayı çox görünsə
də, amma bu sahədə çalışanlar əvvəlki
statistika ilə müqayisədə onların
sayının çox
az olduğunu
deyirlər.
Onu da qeyd etmək lazımdır ki, şəhərdə təhlükəsizlik
indi daha yüksək səviyyədə
qorunur. Şəhər boyunca çoxsaylı
kameralar yerləşdirilib,
otellərin, istirahət
məkanlarının giriş-çıxışlarında
ciddi yoxlamalar həyata keçirilir.
Gecəyarı belə
turistlərin sərbəst
gəzməsi üçün
hər hansı problem
yoxdur. İndi turistlərin bura
yenidən cəlbi üçün yeni yollar axtarılmaqdadır.
Şarm
Əl-Şeyxdə azərbaycanlı
turistləri gözləyirlər
Cənubi
Sinay yarımadasının
qubernatoru Xalid Fuda azərbaycanlı jurnalistlərlə görüşdə
bildirdi ki, 2005- ci ildən bəri
şəhərdə heç
bir terror hadisəsi baş verməyib. Şarm Əl-Şeyxdə tam təhlükəsizlik şəraiti
mövcuddur. Onun sözlərinə görə,
Şimali Sinayda baş verən hadisə ilə Şarm Əl-Şeyx arasında 700 km məsafə
var:
"Cənub Sinay ilə Şimal Sinay arasında iki qoşun xətti var. İkinci qoşun Şimali Sinayda mübarizə aparır, digəri isə cənubla şimal arasında təhlükəsizliyi
qoruyur. Şəhər tam şəkildə təhlükəsizliyi təmin
edir".
Qubernatorun sözlərinə görə,
Sinay yarımadasında
Rusiyaya məxsus təyyarənin qəzaya uğramasından sonra bəzi dövlətlər
təhlükəsizliyin gücləndirilməsi
üçün öz
standartlarını təqdim
etdilər və onların hər biri nəzərə alındı.
X.Fuda əlavə edib ki, il ərzində Şarm Əl-Şeyxə Azərbaycandan
təxminən 7 min turist
gəlir: "Azərbaycandan
il ərzindən xaricə səfər edənlərin sayı daha çoxdur. Biz bütün azərbaycanlıları
Şarm Əl-Şeyxə
dəvət edirik.
Turistlərin sayının artımasında
birbaşa hava əlaqəsinin yaradılmasının
böyük rolu olacaq. Hazırda Tbilisidən Şarm Əl-Şeyxə gələnlərin
əksəriyyəti azərbaycanlılardır".
Səhra
turu, bədəvi həyatı
Şarm Əl-Şeyxdə turistlərə
müxtəlif proqramlar
təklif olunur. Yaxta ilə
dəniz gəzintisi, dəvə turu, səhra turu, delfinari, balıq ovu, dayvinq, hündürlükdən
paraşütlə tullanma
və digər maraqlı əyləncələr
burada istirahət edən turistlərə yaradılan gözəl şəraitdən xəbər
verir.
Aktiv turizm növünü seçənləri
safari - səhra ekskursiyası
gözləyir. Bu ekskursiyanı
həyata keçirmək
üçün də
seçimlər müxtəlifdir:
məsələn, turist
səhranı tur üçün nəzərdə
tutulan maşın və ya motosikletlə
gəzə bilər. Səfərə çıxmazdan
öncə isə qaydalara əməl etmək lazım gəlir: səhra tozundan qorunmaq üçün yaylıqla
baş və ağız bağlanmalı,
başa kaska geyinilir, qoruyucu eynək taxılmalıdır.
Səhrada tur üçün nəzərdə tutulmuş
dördtəkərli motosikletlə
(kvadrasikl) gəzinti həyəcanlı anlar yaşadır. Qaydalara əməl etmək,
surət həddini aşmamaq vacibdir, əks halda kvadrasikl aşa bilər və bu da ağır
xəsarətlərlə nəticələnə
bilər. Tur bələdçisi
özü daha öndə gedərək iştirakçılara yol
boyu təlimatlarını
verir. İlk baxışdan çətin
görünsə də,
öyrəndikdən sonra
asanlıqla idarə olunan bu səyahət
maşınları ilə
ucsuz-bucaqsız səhranı
qısa müddətə
"fəth edirsən".
İki saatlıq tur zamanı bir neçə yerdə dayanıb bədəvi ərəblərin adət-ənənəsini
əks etdirən məkana da baş çəkib, onların həyat tərzləri ilə tanış olduq. Yeri gəlmişkən bədəvilər səhrada
öz adət-ənənələrini,
həyat tərzlərini
təqdim etmələri
turistlərin də böyük marağına
səbəb olub.
Safari turu zamanı səhrada gözə dəyən komalar məhz bədəvilərin özlərinə qurduqları yaşayış məskənidir. Səhrada təbii ki, su, elektrik, qaz yoxdur. Bədəvilər ocaqdan, komalarını işıqlandırmaq üçün lampalardan istifadə edirlər. Bazarlıq üçün isə şəhərə gəlirlər.
Səhrada həsirdən hörülmüş, yerə kilimlər salınmış, mütəkkələr düzülmüş bu məkanda əsl bədəvi həyat tərzinin, qonaqpərvərliyin şahidi olursan. Sanki birdən-birə müasir turizm şəhərindən qədim, sivilizasiyadan uzaq məkana düşürsən.
17 ildən çoxdur turistləri qarşılayıb yola salan bir bədəvi ilə söhbət zamanı bəlli oldu ki, 300-400 addım aralıdakı palçıq komada ata-anası, dörd qardaşı ilə birgə yaşayır. Onun sözlərinə görə, səhraları müxtəlif bədəvi tayfaları öz aralarında bölüblər və hərə öz ərazisində safari turlarına xidmət göstərirlər. Hətta bədəvilərin arasında rus, ingilis və başqa dillərdə danışanlar da var ki, bu da onların turistlərlə ünsiyyətini asanlaşdırır. Çox çətin görünən bu həyat tərzindən bədəvilər çox məmnundurlar. Bir sözlə, səhrada özlərini olduqca rahat hiss etdiklərini bildirirlər.
Bədəvinin təklif elədiyi ocaqda hazırlanmış şirin nanəli çaydan içib yolumuzu davam etdirirk. Bir qədər irəlidə isə turistlərin istirahət eləmələri,əylənmələri üçün yaradılmış məkanda bədəvi naharına qonaq oluruq. Burda da bədəvi ənənələri təqdim olunub. Onların hazırladığı maraqlı əl işləri, bədəvi geyimləri sərgilənir.
Bədəvilərin düşərgəsindən ayrılaraq yenə səhra ilə şəhərə qayıdırıq və Misir səfərimizə Şarm Əl-Şeyxə nöqtə qoyuruq.
Səfər bitir, möcüzələrlə, sirlərlə dolu, tarixin özü olan Misiri yenidən görmək istəyi ilə ayrılırıq.
Pərvanə Sultanova
525-ci qəzet.- 2016.- 21 aprel.- S.4.