Ali Neft Məktəbində
tələbələrin IV elmi-texniki
konfransı keçirilir
Aprel ayının
19-dan 22-dək Bakı Ali Neft
Məktəbində (BANM) Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmuş tələbələrin 4-cü elmi-texniki konfransı keçirilir.
BANM-dən verilən məlumata görə, konfransda BANM-in rəhbərliyi,
professor-müəllim heyəti,
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti İsa Həbibbəyli və SOCAR-ın, o cümlədən,
Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq
şirkətlərin nümayəndələri
iştirak ediblər.
Konfransın plenar iclasından öncə Heydər Əliyevin Ali Məktəbin
foyesindəki büstü
önünə gül
dəstələri düzülüb. Plenar iclası giriş sözü ilə açan BANM-ın rektoru Elmar Qasımov
konfransın Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə
həsr olunmasının
bu dahi insanın
şəxsiyyətinə böyük
hörmət və ehtiramın ifadəsi olduğunu deyib. Rektor öz fəaliyyətində
tədrisin elmlə vəhdətini təmin etməyi prioritet hesab edən BANM-də tələbələrin
elmi işlərə cəlb olunması üçün daim məqsədyönlü tədbirlərin
həyata keçirildiyini
qeyd edib. E.Qasımov elmi-texniki konfransların keçirilməsində
məqsədin
prezident İlham
Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilən
neft strategiyasının
banisi Heydər Əliyevin şəxsiyyətinə
və səmərəli
fəaliyyətinə hörmət
hisslərini nümayiş
etdirmək, tələbələrə
elmi araşdırmalar
aparmaq, nəticələri
təqdim etmək bacarıqlarını aşılamaq
və onların arasında informasiya mübadiləsini təmin
etmək olduğunu bildirib. Tələbələri
elmi fəaliyyətə
təşviq etmək
məqsədilə bu
ildən başlayaraq
BANM-də "İlin
gənc tədqiqatçısı"
müsabiqəsinin keçirildiyini
deyən rektor ən fəal iştirakçıların gələcəkdə
tədqiqatçı kimi
magistratura və doktorantura səviyyələrində
təhsillərini davam
etdirərək BANM-in professor-müəllim heyətinin sırasına qoşulacaqlarına
əminliyini ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli tələbə elmi-texniki konfransının dahi şəxsiyyət Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmasını təqdirəlayiq hal hesab etdiyini bildirib. O, bu tədbirin tələbələrin peşəkar kadr kimi yetişmələri üçük əhəmiyyətli olduğunu vurğulayıb. İ.Həbibbəyli BANM-də yeni nəsil kadr hazırlanması prosesində elm ilə dövlətçilik ideologiyasının vəhdətinin yüksək səviyyədə həyata keçirildiyini deyib. Konfransda beynəlxalq şirkətlərin heyətlərinin iştirak etməsini nəzərə çatdıran İ.Həbibbəyli bu tədbirin tələbələrin gələcək tərəfdaşları ola biləcək şirkətlərlə ünsiyyət qurması, peşəkar vərdişlərə yiyələnmələri üçün əlverişli imkan olduğunu bildirib. O, həmçinin AMEA-nın BANM ilə əməkdaşlıq etməyə, elmin inkişafı istiqamətində birgə işlər görməyə həmişə hazır və dəstək olduğunu deyib.
Konfransın plenar iclasında tələbələrin 7 seçilmiş məruzəsi dinlənilib. Ümumilikdə, konfransın gedişatında 127 məruzə dinləniləcək. Növbəti günlərdə konfrans öz işini bölmələrdə davam etdirəcək. "Neft-qaz mühəndisliyi" bölməsinin iclasında 30, "Kimya mühəndisliyi" bölməsinin iclasında 42, "Fizika və riyaziyyat" bölməsinin iclasında 31 və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi " bölməsinin iclasında 17 məruzə dinlənilib münsiflər tərəfindən qiymətləndiriləcək.
Təşkilat Komitəsi tərəfindən formalaşan münsiflər heyətinin üzvləri ən maraqlı məruzələri təqdim edən iştirakçıları müəyyən edəcək.
Konfransın yekun iclasında qaliblərə BANM tərəfindən sertifikat və hədiyyələr, digər iştirakçılara isə həvəsləndirici mükafatlar, o cümlədən, SOCAR, BP, Statoil, Total, Schneider Electric, Schlumberger, Emerson Process Management, ABB və Avandsis Group şirkətlərinin hədiyyələri təqdim olunacaq.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2016.- 21 aprel.- S.2.