"Naxçıvan" Universitetində "Azərbaycan mətbəxi" mövzusunda tədbir keçirilib

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi” haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı “Naxçıvan” Universitetində “Azərbaycan mətbəxi” mövzusunda tədbir keçirilib.

Sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxışında bildirmişdir ki, zəngin tarixiböyük nailiyyətləri ilə dünyada tanınan Azərbaycan mətbəxi, milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Azərbaycanın mətbəx mədəniyyəti coğrafi baxımdan tarixən geniş bir arealda yayılmış, azərbaycanlıların qədimdə yaşadıqları əraziləri əhatə etmişdir. O da diqqətə çatdırılmışdır ki, Azərbaycanda süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanmış, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilmişdir. Azərbaycan mətbəx mədəniyyəti çeşidinə görə də son dərəcə əlvandır. Yurdumuzun hər bölgəsinin öz ləhcəsi, tarixi və mədəni adət-ənənəsi olduğu kimi məhz bu yerlərin özünə xas bir-birindən ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti də vardır. Milli mətbəx mədəniyyətinə xüsusi kolorit verən həmin yeməklər ümumən azərbaycan mətbəx mədəniyyəti ənənələrinin zənginliyi deməkdir. Hazırda Azərbaycan kulinariyasında xörəklərin hazırlanmasının qədim və ənənəvi üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri də geniş surətdə nəzərə alınır. Azərbaycan mətbəxinin ecazkarlığı milli xörəklərin əsrlərdən bəri yaşadılan və bir nəsildən o biri nəslə ötürülən sirlərində qorunur ki, bu sirlər də əslində hər azərbaycanlı ailəsində rast gəlinən qonaqpərvərliyi ilə bağlıdır.

 

Tədbirin sonunda “Azərbaycan kulinariyası ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

 

525-ci qəzet.- 2016.- 21 aprel.- S.2.