Ağdam - əcdadlarımızın qədim və müqəddəs yaşayış məkanı kimi

 

BÖLGƏNİN ADININ MƏNŞƏYİ VƏ BƏDXAHLARIMIZ TƏRƏFİNDƏN SAXTALAŞDIRMAYA MƏRUZ QALAN TARİXİ HAQQINDA QEYDLƏR

 

 

Rus imperiyası Sovet rejimi dövründə üzdə olan bir sıra mənbələrə nəzər salarkən, Ağdamın - əcdadlarımızın bu qədimdən qədim məskəninin "rəsmi tarixi"nin 1828-ci ildən başladığını görəndə həm təəccüb, həm təəssüf hissi keçirməmək olmur.

 

Deməli, Ağdamın tarixini 1828-ci ilə gətirib çıxaranlar mənbələri ya dərindən araşdırmayıb, ya da qərəzli davrandıqları üçün bu tarix o dövrə aid əksər mənbələrdə beləcə "sabitləşdirilib".

 

1828-ci ilə doğru Qarabağ xanlığının başına gələn müsibətlər, rus çarı tərəfindən Qarabağ xanlığının ləğvi, onun Rusiyaya ilhaq edilməsi bunun rəsmi mənbələrdə təmtəraqla "obyektiv mütərəqqi əhəmiyyəti" barədə aparılan təbliğat nəticəsində tamam başqa biçimdə tarixin yaddaşına həkk olunub. Qarabağa erməni köçünün başlanmasını 1828-ci il hadisələrindən necə ayırmaq olar? Sanki Qarabağ xanlığı tarixdə erməni köçü ilə eyniləşdirilib, ermənilərin çırağına kimlərsə yağ töküb. Məgər bu gün davam edən erməni fitnəkarlığı, onların törətdikləri soyqırımlar, torpaqlarımızın işğalı, verilən şəhidlər Qarabağın tarixinə yenidən nəzər salınmasını zəruri etmirmi?

 

Əgər biz Ağdam məfhumununa tarixi-dilçilik baxımından nəzər salsaq, yeni bir mənzərinin şahidi olacağıq. Əslində "Ağdam" məfhumunun etimologiyası vaxtında izah edilsəydi, insanlarda yeni fikirlər formalaşardı bunun əsasında onlarda doğru təsəvvürlər yaranardı.

 

1980-ci illərdə Ağdam rayonu ərazisinində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan qədim eksponatlar yeni fikirlərin əsasını qoydu. Həmin illər Ağdam rayon partiya təşkilatına rəhbərlik edən, vətənpərvərliyi, təəəssübkeşliyi ilə seçilən tanınmış ictimai xadim Sadıq Murtuzayevin təşəbbüsü təşkilatçılığı hesabına rayon ərazisində olan bir neçə kurqanda qazıntı işləri aparıldı.

 

Əfətli kəndindəki kurqanda aparılan qazıntılar zamanı qədim insanlara məxsus məişət küplərində taxıl qalıqları aşkarlandı. Həmin taxıl qalıqları Moskvaya göndərildi. Aparılan laborator kimyəvi fiziki analizlər göstərdi ki, həqiqətən bu taxıl dənlərinin yaşı min illərlə ölçülür. Analizlərin nəticəsi əsasında bu taxıl qalıqları ilə bağlı müvafiq sertifikatlar verildi.

 

Bu tapıntıların əsasında Sadıq Murtuzayevin həmin dövrdə Ağdam rayonunun mədəniyyət şöbəsinin müdiri işləmiş Çimnaz Əliyevanın birgə zəhməti nəticəsində Ağdamın qədim od dəyirmanında dünyada 2-ci, SSRİ- isə 1-ci "Çörək Muzeyi" yaradıldı. "Çörək Muzeyi"ndə könüllü şəkildə zəngin tarixi eksponatlar toplanaraq, rəngarəng sərgilər təşkil olundu.

 

Qeyd etdiyimiz kimi, bütün bunlar həmin kurqanlardakı tapıntılardan sonra başlandı. Gəlin "kurqan" sözünün etimologiyasından əvvəl, onun tarixinə nəzər salaq. Kurqanlar əslində Misir piramidalarının ilkin, ibtidai forması sayıla bilər. Çünki onlarla eyni təyinatlıdır, eyni əhəmiyyət kəsb edir. Kurqanların əsas fərqli cəhəti onların piramidalardan daha qədim olmasındadır. Deməli, əslində Ağdamın tarixini bu kurqanlarda axtarmaq lazımdır, nəinki saxta tarixlərdə...

 

Mənbələrdə yer verilən mifololoji araşdırmalar sübut edir ki, "kurqan"lar ibtidai təkallahlılıq dövrünə aid "Qor" tanrısının adı ilə bağlıdır.

 

Əslində "kur" sözü latın dilində "qor" sözünün deyiliş variantıdır. "Piramida" sözünə gəlincə isə, tədqiqatlara görə, bu məfhum da "qor" sözünün latın dilində tərcüməsindəndir. "Pyr" sözü latınca "od", "ram" sözü "allah", "idol" sözü isə "təcəssüm" mənasını bildirir. Bütövlükdə "Piramida" məfhumu "Od (Qor) allahının təcəssümü" mənasını verir. Çox təəssüflər olsun ki, bütün dünyanın elmi mənbələrində "piramida" məfhumunun həndəsi füqur olan piramidaya bənzəməsindən yarandığını ehtimal etmişlər. Əslində isə həndəsi füqur olan "piramida" məfhumu bəlli piramidaların adından yaranıb.

 

Əgər biz Ağdam rayonunun coğrafi mövqeyinə diqqət yetirsək, onun səfalı havasının, şabalıdı rəngdə məhsuldar torpaqlarının, Qarqar Xaçın çaylarının onun ərazisindən axmasının, dağlarla əhatə olunmasının əhəmiyyətini nəzərə almalıyıq. Bura ibtidai insanların yaşayış məskənləri üçün əlverişli sayılan ərazidir sonralar daima diqqət cəlb edib. Dövrünün sayılan insanları ölərkən məhz oradakı kurqanlarda dəfn olunublar. Kurqanlar burada ilkin ibtidai dövlətçiliyin atributlarındandır.

 

Papravənd kəndinin "Qara Pir" abidəsi ətrafındakı qəbiristanlıqdan qədim dövrə aid daş insan abidələri çıxarılıb gətirilərək, Ağdam şəhərinin İmarət tarixi qoruğunun "Açıq səma altında muzey"ində nümayiş etdirilirdi. Hamıya məlum olduğu kimi, islam dininin dəyərlərinə görə bütpərəstliyin əlamətləri hər bir müsəlman qövmü üçün qadağan olunmuşdu. Məhz həmin daş insan surətləri , şübhəsiz ki, islamdan çox əvvəllərə gedib çıxır. Məhz xalqımızın ta qədimdən tolerant olması, onların hər bir mədəniyyətə multikulturalist baxışları bu abidələrin qorunub saxlanmasına imkan vermişdi.

 

O daş insan abidələrinə baxdıqda ibtidai insan təfəkkürünə heyran qalırdın. Onlar hökmdarları adi insan vücudundan daha uca, daha da əzəmətli yaratmışlar, adi insanlardan fərqləndirərək, tanrının yerdəki "köməkçisi"nə bənzətmişlər. Sübut etməyə ehtiyac qalmır ki, bu abidələrlə "rəsmi tarix" ili olan 1828-in arasında minilliklər var.

 

Xındırıstan kəndində qazılan kurqandan aşkarlanan daş sənduqələr, onların içərisindəki bugünkü insan anatomiyasından fərqli insan sümükləri, tapılan sikkələr çox-çox qədim tarixlərdən xəbər verir. Sikkələrdə olan totemlərlə bağlı rəmzlər onda hələ yazının, əlifbanın mövcud olmamasına dəlalət edir. Yeddi min əvvəl tikilən Misir ehramlarındakı yazılar isə günümüzə gəlib çatmışdır. Bəs onda bu daş sənduqələr neçənci minilliklərə gedib çıxır?! Aydındır ki, daha qədimlərə.

 

Həqiqətən bu tapıntılar mifologiyadan tarixə keçidin mənzərəsini cızır. Əslində bu eksponatlar mifologiyanı mənbələşdirir, ona tarixin başlanğıcı statusunu verir. Mifologiyanı, necə deyərlər, cana gətirən isə onun əcdadlarımızdan bizə miras qalan, dilimizdə olan qədim sözləridir. Onlar da mifoloji eksponatlar kimi bu günümüzə gəlib çıxıb. Bu baxımdan, "Ağdam" sözünün etimologiyasına diqqət edək. Tədqiqatlar göstərir ki, "" qədim Hun dilində "od, ocaq" və "günəş" mənasında işlənib. Qədim Hunlar da bütün ibtidai insanlar kimi  təbiətin misilsiz qüvvəsi olan günəşə və onun yerdə təcəssümü olan oda, ocağa sitayiş etmişlər. Təsadüfi deyil ki, bu gün dilimizdə işlənən ifadələrdən "Ağa" sözü böyüklük bildirir. " günə çıxmaq" xoşbəxtlik ifadəsidir. "Dan yeri ağarır" ifadəsi daha qədimə gedib çıxır. "Dan" sözü əslində "tan" sözü olub, türk tanrıçılığının özəyi olan "Tanrı" - "Od, Günəş allahı"nı bildirir. Bəzən bu ifadənin sinonimi olan "Dan yeri qızarır" ifadəsi də işlənilir. Əslində günəşin doğduğu yeri biz "qızarır" kimi qəbul edirik. Lakin "" sözünün qırmızı mənasında işlənməsi daha qədim olub, sonralar arxaikləşərək lüğətimizdən çıxıb. Dilimizdə olan " rəng" ifadəsi də "od"un müqəddəsliyindən, saflığından, təmizliyindən xəbər verir. "Qırmızı rəng" də öz adını "Qor" allahının adından, daha doğrusu "od"un rəngindən ("qor", "qır" əvəzlənməsi ilə) götürüb. Ehtimal var ki, türkköklü xalqların "Qor"dan əvvəl " (od)" tanrıya inamları olub. Hətta bu gün rus dilində işlənən "oqonğ", "oqonek" sözləri də başlanğıcını "" sözündən alıb. Hindlilər də "od allahı"na "Aqni" deyirlər. Göründüyü kimi, "" sözünün ifadə etdiyi müqəddəslik, ali məna Ağdamın ta qədimdən xüsusi bir məkan olduğuna işarədir.

 

Ağdam sözünün ikinci hecası olan "dam" sözü qədim insanımızın yaşayış evlərini ifadə edən kəlmədən gəlir və əski Hun sözüdür. Bu söz hun dilindən ruscaya "dom" şəklində keçib.

 

Araşdırmalardan bu nəticəyə gəlmək olur ki, qədim türkköklü xalqların tanrıçılıq inanclarından olan oda, günəşə inamı digər xalqlardan erkən yaranıb. Bunu həm arxeoloji tapıntılar, həm də qədim tarixi yer adlarının bu günümüzə gəlib çıxmış nümunələri sübut edir. Belə yer adlarından biri də məhz Ağdam sözündə əbədiləşib. Ağdam bütövlükdə qədim türk dilindən "Ocaq evi", "Od evi", "Od məkanı", dolayısı ilə, atəşgah kimi mənalandırıla bilər.

 

Həsən ƏLİYEV

müstəqil araşdırmaçı

525-ci qəzet.- 2016.- 22 aprel.- S.4