Canım-gözüm...

“Canım-gözüm, ömür elə budur, bu!..”

                                  Əjdər Ol

 

I

 

Bu çəməndən o tərəfdə şoran var,

Bahar varsa, həm qısqanc boran var.

Qəfəs icrə ürəyimi yaran var,

Canım- gözüm, ömür elə budur, bu.

 

Kim gətirib ömrümüzə şəri, kim,

Kim qazanıb bu dünyada zəri, kim?

Ağrı-acı bir əbədi şərikim,

Canım-gözüm, ömür elə budur, bu.

 

Görən vaxt açılacaq bu düyün,

Bəsdi daha, dərd qəminlə az öyün.

Sevinc fağır, ağrı-acı ərköyün,

Canım-gözüm, ömür elə budur, bu.

 

Hərdən dəyib dodağına şərbəri,

Ciblərimə həsrət qalıb sərvəti.

Pıçıldayır qulağına xəlvəti,

Canım-gözüm, ömür elə budur, bu. 

 

II

 

Baxdım gözlərində yaşı görmədi m,

Yolumun üstəki daşı görmədim.

Hələ özüm kimi naşı görmədim,

Gah sağa, gah sola sürüdü dünya.

 

Əlində tutduğu çiçək deyilmiş,

Köksünə daş qoyub, ürək deyilmiş.

Ona məhəbbətim gərək deyilmiş,

Ömrümü çən kimi bürüdü dünya.

 

Minlərlə sinədə dağı göründü,

Xəzana tuş gələn bağı göründü.

Axırda əynimdə ağı göründü,

Məni yavaş-yavaş kürüdü dünya.

Yenə üstümdən küləklər əsdi,

Qoymadı danışam sözümü kəsdi.

Qaşqabaq yersizdi, giley əbəsdi,

Min şükür, həmişə diridi dünya.

 

III

 

Mən özüm özümlə hesab çəkmişəm,

Dərdimin üzünə niqab çəkmişəm.

Bilmirəm qədər əzab çəkmişəm,

Bircə gün cənnətə aparın məni.

 

Çaylar da yorulub elə bil axmır,

Gözəllər buz kimi yandırıb yaxmır.

Ürək sözə baxmır, can sözə baxmır,

İçimdə qovurur qubarım məni.

 

Gül-çiçək vəd edib qar gətiribdir,

Biçarə bülbülə xar gətiribdir.

Mənim Şuşa dərdim bar gətiribdir.

Dadsam öldürəcək, dadmasam ölləm,

Qoy dadım öldürsün nübarım məni.

 

IV

 

Nigarandır adamlar,

Qorxunu tez duyurlar.

Bu dünyanın üzünü

Göz yaşıyla yuyurlar.

 

Qulaq asın, bu dünya,

Bir qurd kimi ulayır.

Cuvar imiş, dərdini,

Göz yaşıyla sulayır.

 

Qan çilə yib üstünə,

Əsəbini gəriblər.

Qurutmaqçün dünyanı,

Gün altına səriblər.

 

Yiyəsizdi deyəsən,

Kim can deyə, qoruya?

Göz yaşları isladıb,

Dünya çətin quruya...

 

Bu dünyaya xeyri,

Min ağrının, min ahın.

İnsanlara təvəkkül-

Gücü çatmır allahın!

 

Canım gözüm ömrümüz,

Bir  sehirli  nağıldır.

Hər şeyi var insanın,

Azlıq edən ağıldır.

 

V

 

Dərdə var, dəmyə bitər,

Daş üstə , şoranda da.

Neçə yerdən pöhrə verər,

Bir ürəyi qıranda da.

 

Dərdim-qəmim ərkəsöyün,

Sevinc ona kəniz olur.

Bu sirdir bala kimi

Dərd insana əziz olur.

 

Ağrım acım bir zəmidi,

Dərdim onu biçir hərdən.

Ürəyimi yeyə-yeyə

Göz yaşımı içir hərdən.

 

Dərdbilməzin acığına,

Dərdim mənlə bağrı-badaş.

Sevinc gedib gül dərməyə,

Ürəyimə dərdim sirdaş.

        

Bir namərdə yük deyil

Neçə dərdi mərdimin.

Oyuncağa çevirmə,

Qədrini bil dərdimin.

 

VI

 

Dünya yaman fikirli,

Lal dayanıb, süs durub.

Bircə damla göz yaşı,

Neçə nəğmə susdurub.

       

Havasını dəyişin

Qan qoxuyur bu dünya.

Gözü yaşlı nəğmələr

oxuyur bu dünya?

 

Qan qoxusu qarışıb

Təzə yazın ətrinə.

Ağlamayın bircə gün

Nəğmələrin xətrinə.

 

Qəlbinizi qoymayın

Göz yaşları üşütsün.

Qulağımız bir az da

Nəğmə səsi eşitsin.

    

Canım-gözüm, səbr elə,

Sərraf deyil hər naşı.

çarədir, məlhəm,

Təsəllidir göz yaşı.

 

VII

 

Dərd ağacım bar verib,

Canım onu dərdimi?

Ürəklərdə hənir yox,

Daşa dedim dərdimi.

 

Kimə gərək inadım ,

Taleyimi qınadım.

Yorulubdu qanadım,

Quşa dedim dərdimi.

 

Yandım deyir külü yox,

Bəmi laldı, zili yox.

Bu baharın gülü yox,

Qışa dedim dərdimi.

 

Canım-gözüm, ömürdə

buraxdın, tutdun?

Gül-çiçəyə aldanıb

Şaxtaları unutdun.

 

VIII 

 

Dərdi dərdə caladım,

Boy vermədi sevincim.

Quzu kimi mələdim,

Hay vermədi sevincim.

 

Ürək dedi səbr elə,

Möhlət verək sevincə.

Mən bu dərdi əkincə,

Sən bu dərdi biçincə.

 

Dərdi belə teyləmə,

Çörəyi kəs mərd ilə.

Çox da uyma sevincə,

Mehriban ol dərd ilə.

 

IX

 

Dünya dedi:

Deyirsən yüz dəfə oda düşmüşəm,

Dərdini de kimə, hara yazıbsan?

Arabir şeirində yada düşmüşəm,

Onda da adımı qara yazıbsan.

 

Gəldin, sinəm üstə gəzdirdim səni,

Yoruldum demədin bircə kərə .

zaman harada bezdirdim səni,

Söz-söhbət dolaşdı ara-bərədə.

 

Sən şöhrət əsiri,  sərvət əsiri,

Başını sallayıb şeirini yazsan...

Qəlbin sıxılmırmı- qeybət əsiri,

Önündə cəhənnəm- yolunu azsan.

 

Sənə Qoşqar boyda qızıl verərəm,

Qaldıra bilməzsən belin qırılar.

Suyu bulandırıb içindəki mən,

Boylansan günəşə suyun durular.

 

Sinəmin üstündə ev-eşiyin var,

Çörəyin halaldı,  işığın yanır.

Evinin  içində bir beşiyin var,

Beşiyin içindən nəvə boylanır.

 

X

 

Mən dedim:

Səbirsiz olmuşam, məni bağışla,

Daha  hər bir işdə səbrin olacaq.

Anlatdın mətləbi bircə baxışla,

Bir gün sinən üstə qəbrim olacaq!

 

Canım-gözüm, kim dünyaya güvəndi,

Açammadı bu tilsimi, bu fəndi.

Dünya ki var neçə-neçə bel əymiş,

Ömür elə beləcəymiş beləymiş.

 

Dupdurudu, bulanmasın qoy bu su,

Canım-gözüm, ömür elə budur, bu...       

 

Bahadur FƏRMAN

525-ci qəzet.- 2016.- 23 aprel.- S.22