İmperiyalar və onların süquta sürüklənməsi
Proloq
(Əvvəli
ötən şənbə saylarımızda)
1564-cü ildə portuqaliyalılar Çin sahilində
lövbər saldılar. Bu, çinlilərin imperiyası ilə Avropa
arasında Marko Polonun iki yüz il əvvəlki
səyahətindən sonra baş tutan birbaşa əlaqə
idi. Həmin vaxt çinlilər buna elə bir əhəmiyyət
vermədilər. Çin öz qüdrətinin
zirvəsində idi və Yer üzündəki ən parlaq
sivilizasiyaya malik idi. Onların imperiyası
Mərkəzi Asiya çöllərindən Çin dənizinə
qədər, Qobi səhrasından tropik yağış
meşələri olan cənubi-şərqi Asiyaya qədər
uzanırdı. Pekindəki imperial
taxt-tacın özündən razı şəklindəki nəzərində
avropalılar ancaq barbarların qeyri-adi bir forması kimi
görünə bilərdi. Çin
hökmdarları üçün bütün digər ölkələrin
liderləri sadəcə Çin imperatorunun kiçik
qardaşları idi, o, özü isə Göyün oğlu
kimi qiymətləndirilirdi.
Portuqaliyalıların donanması Çin sahilinə gəlib
çıxanda, 1369-cu ildən 1644-cü ilədək
hökmranlıq edən Min sülaləsi artıq Çin
tarixinin böyüklüyünün yeni erasına
başlamışdı. Bir sıra qüvvətli
hökmdarların başçılığı altında
Çin öz hakimiyyətini Monqolustanın içərilərinə
və Mərkəzi Asiyaya genişləndirmişdi. Min hətta qısa müddətə də olsa,
Vyetnamı da yenidən işğal etmişdi. Şimal sərhədi boyunca onlar Böyük Səddi
möhkəmləndirmiş və əsrlər ərzində
Çini narahat edən nomad tayfa adamları ilə
sülhü bərqərar etmişdilər.
Min sülaləsinin günləri artıq başa
çatırdı. 1630-cu illərdə ağır epidemiya
xeyli ərazilərdə əhalinin qırılmasına səbəb
olmuşdu. Epidemiyadan əzab çəkənlər
1644-cü ildə kəndli üsyanı
qığılcımına kömək etdilər. Üsyançılar Pekini tutdular. Sonuncu Min imperatoru sarayın bağındakı
ağacdan özünü asmaqla intihar etdi.
Min sülaləsinin devrilməsi mancurlar
üçün şərait yaratdı, onlar əkinçi və
ovçu xalq idi, bu gün Mancuriya kimi tanınmaqla, Çinin
şimali-şərq zonasında yaşayırdılar. Mancurlar Pekini
işğal etdilər. Qalib mancurlar Tsin (“təmiz”)
titulunun hökmranlığı ilə yeni sülalənin
yaranmasını elan etdilər.
Tsin bir sıra güclü hökmdarları ilə
şöhrət tapdı. Onlar ölkəni
sakitləşdirdilər, bir sıra ciddi sosial və iqtisadi xəstəliklərin
əksəriyyətini qaydaya saldılar. İki
Tsin monarxı Çində XVII əsrin ortasından XVIII əsrin
sonunadək bir əsrdən çox hökmranlıq edib, Mancu
Çininin böyüklüyünə öz töhfələrin
verdilər. Əhalinin artması
hesabına torpağa olan yükün çoxalması
çox sayda kəndlilər üçün iqtisadi çətinlik
və nəticə kimi hətta üsyan törətdi. Çinin bədbəxtliyindən Tsin sülaləsinin
tənəzzülü Avropanın ticarət üçün
təzyiqinin daha çox artması ilə bir vaxta
düşdü. İlk münaqişə
şimaldan gəldi, orada Rusiya tacirləri dəri və xəz
axtarırdılar. Çinlə Rusiya
arasında rəsmi diplomatik əlaqələr 1689-cu ildə
quruldu və iki ölkə arasında müntəzəm ticarət
gedirdi.
Dəniz
yolu ilə gələn əcnəbilərlə iş görmək
daha çətin idi. XVII əsrin sonundan Avropa
ticarətində ingilislər aparıcı qüvvə kimi
portuqaliyalıların yerini tutdular. Şərqi
İndiya Kompaniyası vasitəsilə, bu şirkət həm
ticarət birliyi kimi, həm də Asiyada ingilis ərazilərinin
inzibatçısı kimi çıxış edirdi. Əməliyyat apararaq ingilislər 1699-cu ildə
Kantonda özlərinin ticarət postunu qurdular. Sonrakı onilliklərdə Çinlə ticarət,
xüsusən İngiltərəyə çay və ipək
ixracı sürətlə böyüdü.
Şərqi İndiya Kompaniyası xeyli mənfəət
götürürdü. Lakin ingilislər Çinin sahilləri ilə
kifayətlənməyib, digər şəhərlərə
çıxmağı tələb edirdilər. Lakin imperator Britaniya məhsullarına heç bir
maraq göstərmirdi. İngilis
missiyasının başçısı Lord Makartni Çin
imperiyasını “qoca, səfeh, pozulmuş müharibə
adamı” ilə müqayisə etmişdi.
XV əsrin
sonunda Yaponiya anarxiyaya yaxın vəziyyətdə idi, bir
neçə qüdrətli şəxs Yaponiyanın birləşdirilməsinə
nail oldu. Onlardan biri Tokuqava İenyasu
(1543-1616-cı illər) 1603-cü ildə Syoqun (“general”)
titulunu qəbul etdi; bu aktla Yaponiyanın bütün
syoqunlarından daha qüdrətlisi və uzun ömür
sürəni öz erasına başladı. Tokuqava hökmdarları mərkəzi hakimiyyətin
bərpasını tamamlamaqla, 1868-ci ilə kimi hakimiyyətdə
oldular.
Portuqaliya tacirləri Yaponiya adalarına 1543-cü ildə
gəlib çıxdılar və bir neçə ilin
içərisində Portuqaliya gəmiləri yapon
limanlarında öz müntəzəm postları kimi
dayanırdılar ki, Yaponiya, Çin və Cənubi-Şərqi
Asiya arasındakı regional ticarətdə iştirak etsin.
İlk İezuit missioneri, ordenin başçısı
İqnatus Loyolanın müavini Fransisko Ksavyer 1549-cu ildə
bura gəlib, yerli əhalini xristianlığa çevirməkdə
bəzi uğurlar qazanmışdı. Əvvəlcə
bu qonaqlar salamlanırdı. Hər şeyə
maraq göstərən yaponlar tütünə, saatlara, eynəyə
və digər Avropa mallarına valeh olmuşdular və yerli
kübarlar bütün növlərdən olan Avropa
silahlarını və sursatlarını satın almaqda
maraqlı idilər. Yapon hökmdarları
xüsusən öz düşmənlərində qorunmaqda və
adaları birləşdirməkdə kömək edəcək
yeni odlu silahlara rast gəlmişdilər. Yapon
hərbi arxitekturasına təsir xüsusən güclü
idi, çünki yerli ağalar Avropa üslubunda daşdan qəsrlər
tikdirirdilər.
Katolik missionerlərin uğurlu, lakin qərblilərin
ölkədə olmasına qarşı kəskin reaksiya
yaratdı. Missionerlər yerli siyasətə müdaxilə edəndə,
Tokuqava bütün missionerləri ölkədən qovdu.
Yapon xristianları bu vaxt təqib olunurdular.
Xristian kəndlilər qrupu 1637-ci ildə qiyam
qaldırdılar, bu qiyam qan tökülməsi ilə
yatırıldı.
Avropa tacirləri də missionerlərin ardınca
qovuldular. Hökumət Hirado adasında və Naqasakidə iki əcnəbi
ticarət postunu bağladı. Yalnız
Naqasakidəki kiçik holland icmasına Yaponiyada qalmağa
icazə verildi, çünki onlar ispanlar və
portuqaliyalılar kimi missionerlərə onların mənafelərinə
fəal müdaxilə etməyə icazə vermirdilər.
Lakin qalmaq üçün də şəraitlər
çətinləşirdi. Hökumət
gəmilərinə Naqasaki liman dokuna ildə yalnız bir dəfə
girməyə icazə verilirdi və onlar həm də ən
çoxu iki, ya üç aylığa burada qala bilərdilər.
6.
Amerikalardakı imperiyalar
XVI əsrdə İspaniya və Portuqaliya Amerikalarda iri
müstəmləkə imperiyaları yaratdılar. Portuqaliya
Braziliyadakı imperiyasından fayda götürməkdə
davam edirdi. İspanlar həmçinin nəhəng
Cənubi Amerika imperiyasını saxlayırdılar, lakin XVIII
əsrdə ispanların əhəmiyyəti kommersial dövlət
kimi gümüş mədənlərində istehsalın
aşağı düşməsi və İspaniya
monarxiyasının yoxsullaşması ilə sürətlə
tənəzzülə uğradı. XVIII əsrin
başlanğıcından Portuqaliya və İspaniyanın hər
ikisi hollandlar, ingilislər və fransızlar tərəfindən
öz Amerika imperiyalarına yeni bir meydan oxumanın şahidi
oldular, onlar da Yeni Dünyada artan dərəcədə öz
müstəmləkə imperiyalarını yaratmağa
çalışırdılar. Fransız və
ingilis müstəmləkə imperiyaları Yeni Dünyada Qərbi
İndiyaların böyük hissəsini əhatə edirdi.
İngilislər Barbadosa, Yamaykaya, Bermudaya sahib
idilər, fransızlara isə Santo-Dominqo, Martinika və
Qvadelupa məxsus idi. Bu tropik adalarda onlar
Afrika qullarının işlədikləri plantasiya
iqtisadiyyatını inkişaf etdirirdilər. Plantasiyalar tütün, pambıq, kofe, şəkər,
Avropada yüksək tələbata malik olan digər
bütün məhsulları istehsal edirdilər.
Kariblərdəki şəkər plantasiyaları “şəkər
fabrikləri” adlanmaqla, xüsusilə mühüm rol
oynayırdı. XVI əsrin son iki onilliyindən Yamaykadakı Britaniya
müstəmləkəsi ildə 50 min ton şəkər
istehsal edirdi, orada 200 min qara adamın qul əməyindən
istifadə olunurdu. Santo-Dominqodakı (sonralar
Haiti) fransız müstəmləkəsində eyni vaxtda 3 min
plantasiyada 500 min qul işləyirdi. Müstəmləkə
ildə 100 min ton şəkər istehsal edirdi. Lakin burada qullarla zorakı rəftardan ölüm dərəcəsi
faizi yüksək olmaqla istehsal baha başa gəlirdi. Bu da təəccüblü deyildi ki, Santo-Dominqo ilk
yer idi ki, orada 1793-cü ildə qul üsyanı
qalxmışdı.
İspaniyanın okeanın o tərəfindəki Amerika
imperiyasının bir hissəsi kimi bütün Şimali
Amerikaya iddia etməsinə baxmayaraq, digər millətlər
bu iddiaya elə bir məhəl qoymurdular. Britaniya müharibə edirdi
ki, “sahib olmadan nəyisə öz adına
yazmaq heç nəyə kömək etmir”. Hollandlar
Amerika qitəsində ilk məskən quran xalqların
arasında idi. Onların fəallığı
Hollandiya tərəfindən himayəyə
götürülmüş ingilis tədqiqatçısı
Henri Hadson öz adını daşıyacaq çayı
1609-cu ildə kəşf etdikdən sonra başladı.
Bir neçə il ərzində hollandlar
Nyu-Niderland qitə koloniyasını qurdular, bu koloniya Hadson
çayının mənsəbindən şimalda uzaq Olbaniyə,
Nyu-Yorka qədər uzanırdı. Bu gün
Steytn adası və Harlem adlananlar hollandların əvvəlcədən
Hadson çayı vadisində məskunlaşdıqları
vaxtdan qalmışdı.
XVII əsrin ikinci yarısında ingilislərlə
fransızların başladıqları rəqabət və bu
rəqiblərin illərlə gedən müharibələri
holland kommersiya imperiyasının tənəzzülünə
aparıb çıxardı. 1664-cü ildə
ingilislər Nyu-Niderland koloniyasını tutdular və onun
adını dəyişib Nyu-York etdilər. Bundan sonra tezliklə Holland Qərbi İndiya
Kompaniyası bankrot oldu.
Həmin vaxtdan ingilislər Şimali Amerikada özlərinin
koloniyalarını qurmağa başladılar. Amerikada ilk
ingilis daimi məskunlaşma yeri 1607-ci ildə indiki Virciniyada
yaradılan Ceymstaun idi. Bu məskən
güclə salamat qalmaqla, amerikan torpaqlarının
koloniyalaşdırılmasının sübutu olmaqla,
heç də vacib olan tez mənfəət gətirməyə
qadir olmadı. Dinlə iqtisadi mənafelərin
birliyi təcrübəsinə olan istəyi məhz uğurlu
məskunlaşma olan Massaçusets Körfəzi
Kompaniyası nümayiş etdirdi. Massaçusets
koloniyası ilk illərdə (100 nəfərlik qrup bura 1620-ci
ildə gəlib çıxmışdı) 4 min sakindən
ibarət idi 1660-cı ildən isə sakinlərin sayı 40
min nəfərə çatdı. XVII əsrin
sonundan ingilislər indiki Birləşmiş Ştatların
şərqindəki dəniz ətrafının əksər
hissəsinə nəzarət edirdilər.
Britaniya Şimali Amerikası artıq on üç
koloniyadan ibarət oldu. Onlar sıx əhaliyə malik idilər.
1750-ci ildə burada artıq 1,5 milyon əhali
var idi və həm də koloniyalar iqtisadi cəhətdən
inkişaf edirdi. Bu on üç koloniya
qanunvericiliyə malik olmaqla, müstəqil qaydada hərəkət
etməyə meyl edirdi. Liman şəhərləri
olan Bostondakı, Filadelfiyadakı, Nyu-Yorkdakı və
Çarlstondakı tacirlər Britaniya hökuməti tərəfindən
olan nizamlanmalara narazılıqlarını bildirir və
müqavimət göstərirdilər.
Britaniya koloniyaları həm Şimali Amerikada, həm də
Vest İndiyada merkantilist nəzəriyyəni qoruyub saxlamaq
rolunu oynayırdılar. Onlar ana ölkəni xammalla təmin edir,
bu vaxt axırıncının manufaktura mallarını
alırdılar. Naviqasiya hərəkətləri
nizamlanmaqla mallar koloniyalardan götürülüb, onlara da
satıla bilərdi. Nəzəri cəhətdən
ticarətdəki tarazlıq ana ölkənin mənafeyini təmin
etməli idi.
Fransızlar da Şimali Amerikada müstəmləkə
imperiyasını qurdular. 1534-cü ildə
fransız tədqiqatçısı Jan Kartyer Müqəddəs
Lavrenti çayını kəşf etmişdi və
Kanadanın Fransa torpağı olması kimi iddia irəli
sürmüşdü. 1608-ci ildə
Semyuel de Şamplen Kvebekdə məskən qurdu və
fransızlar Kanadaya müstəmləkə kimi daha çox
maraq göstərməyə başladılar. 1663-cü ildə Kanada Fransa taxt-tacının
mülkiyyətinə çevrildi və ora fransız əyaləti
kimi fransız qubernatoru tərəfindən idarə olunurdu.
XVII əsrin ortalarından orada 15 min kanadalı
fransız var idi. Lakin 1713-cü ildən
Utrext müqaviləsinə görə Fransa özünün
Amerika torpaqlarını, rəqibi olan Britaniyaya verməyə
başladı. Yeddiillik müharibənin nəticəsi
kimi isə 1763-cü ildə öz Kanada torpaqlarının
qalanını da İngiltərəyə təslim etdi.
Britaniya və Fransa rəqabəti həmçinin
Latın Amerikasında İspaniya və Portuqaliya müstəmləkə
imperiyaları arasında da müşahidə olunurdu. İspaniyanın
və Portuqaliyanın tənəzzülü hər iki
dövləti öz müstəmləkələrindən gələn
resurslardan daha çox asılı etmişdi. Bu imperiyaların bir xüsusiyyəti də ondan ibarət
idi ki, Mərkəzi və Cənubi Amerikada indi Latın
Amerikası adlanan yeni sivilizasiya meydana gəlmişdi.
Qərb yarımkürəsinə gələn ispanlar və portuqaliyalılar sayca yerli hindulardan az idi. Yeni gələnlərin çoxu kişi cinsindən olduğundan onlar yerli qadınlarla təkcə intim yaxınlıqdan həzz almırdılar, həm də eyni dərəcədə onlarla evlənirdilər. Artıq 1501-ci ildə ispan hökmdarları avropalılarla yerli amerikan hindularının evlənmələrinə icazə vermişdilər, həmin nikahdan da metislər əmələ gəlmişdi.
Latın Amerikasına gətirilən adamların digər qrupu afrikalılar idi. Üç əsr ərzində ispanlar və portuqaliyalılar plantasiyalarda işləmək üçün 8 milyon qul gətirmişdilər. Afrikalılar həmçinin Amerikanın multikultural xarakterinə köməklik göstərmişdilər. Afrikalıların və ağların törəmələri olan mulatlar metislərlə, ağların, afrikalıların və yerli hinduların övladları ilə birləşirdilər ki, Latın Amerikasının unikal cəmiyyətini əmələ gətirsinlər. Avropaya və Britaniya Şimali Amerikasına bənzəməyərək, çünki axırıncının əhalisi əsasən Avropadan ağ mənşəyi götürürdülər, Latın Amerikası, burada irq barədə elə bir kəskin münasibət olmadığından, multikultural cəmiyyətə çevrilirdi.
İşğal edilmiş zonaların ekologiyası da avropalılara öz təsirini göstərirdi. Avropalılar Amerikalara atları və mal-qaranı gətirmişdilər, bu, hinduların həyatını inqilabiləşdirmişdi. Mal-qara yetişdirənlər qarğıdalı becərilməsi kimi kənd təsərrüfatı təcrübəsinə yiyələnirdilər, bu da mal-qara yetişdirən iri malikanələrin inkişafına səbəb olurdu. Cənubi Amerika sonralar iri ət məhsulu ixracçısına çevrildi. Avropalılar həmçinin buğda kimi yeni taxıl növünü və şəkər qamışını gətirdilər, onları iri plantasiyalarda yerli və idxal edilmiş qul əməyi becərirdi. Dünyanın digər hissələrinə səfər vaxtı avropalılar həmçinin özləri ilə Yeni Dünyanın bitkilərini oralara gətirirdilər. Beləliklə, avropalılar XVII əsrdə Afrikada şirin kartofun və qarğıdalının (hindu taxılı) becərilməsini tətbiq etdilər.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2016.- 23 aprel.- S.20