Qarayev fenomeni

 

VƏ YAXUD ÖLMƏZ SƏNƏTKARLA BAĞLI UNUDULMAZ BİR XATİRƏNİN İŞIĞINDA...

 

 

Qara Qarayev intibah dövrünün sənətkarlarına bənzəyir.

 

O, sənətdə yeniliyi, qeyri-adiliyi sevirdi, həm klassikaya bağlı idi. Mükəmməl musiqi təhsili almışdı. Üzeyir bəy Hacıbəyov Dmitri Şostakoviç kimi azman bəstəkarlar onun sənət müəllimi olmuşdular. Dünya musiqi irsini mükəmməl şəkildə mənimsəmişdi. Hələ yaradıcılığa başladığı ilk günlərdən aydın dərk etmişdi ki, təqlidçilik, keçilmiş yolla getmək əlçatmaz zirvələri fəth etmək üçün ən böyük maneədir. Bəzi sənətkarlar yaradıcılıqlarında uğur qazanmağın yolunu seçdikləri mövzunun aktuallığında - müasirliyində görürlər. Qarayev kimi böyük sənətkarlar üçün ən böyük meyar istedad əlbəttə ki, zəhmətdir. Belə sənətkarlar üçün hər hansı mövzu həmin sənətkarın istedadı fövqəladə

 

zəhməti hesabına sənətin zirvəsinə yüksələ bilir. XII əsrdə yaşamış Nizami Gəncəvinin ölməzYeddi gözələsərinə balet bəstələyən Q.Qarayevin bu baletində keçmiş indi, bu günümüzlə gələcək, orta əsrlərdə yaşayan insanların arzusu, istəyi, həyəcanı, narahatlığı, düşüncəsi ilə - müasirimiz olan insanların arzu, istək, həyəcan, narahat düşüncələri vəhdətdədir. Necə deyərlər, orta əsr insanlarının hissləri, müasirimiz olan insanların hiss-həyəcanları ilə harmoniya təşkil edir. Təravətini heç zaman itirməyən Qarayev musiqisi, həm bu günümüzün, həm gələcəyin musiqisidir. Min illərdir ki, rəssamlıqda, musiqidə, heykəltəraşlıqda, ədəbiyyatda daimi olan mövzular var: məhəbbət, müharibə, ölüm, mübarizə... Bunlar bəşəri mövzulardır. bu mövzulara hər bir sənətkar öz nöqteyi-nəzərindən, düşüncə sferasından, hiss həyəcanından təsirlənərək yanaşır. Dünya dəyişir, əsrlər bir-birini əvəz edir, amma yuxarıda dediyim bəşəri mövzular öz aktuallığını itirmir, əksinə...

 

Şəxsiyyəti musiqisi kimi bənzərsiz olan Qarayev təbiətən çılğın adam idi. İnsani keyfiyyətləri əsas tutar, əsərlərində qəhrəmanlarının bu amal uğrunda mübarizəsini verirdi. Ona görə onun əsərlərində çılğın, narahat notlar daha çoxluq təşkil edir. Onun əsərlərini dinləyərkən sanki hisslər tufanına düşürsən.

 

Q.Qarayev milli dəyərlərə sadiq insan idi. Muğamlarımızı, xalq mahnılarını, aşıq sənətini, klassik ədəbiyyatımızı gözəl bilirdi. xalq sənətimizin bu əvəzsiz incilərindən əsərlərində yetərincə istifadə edirdi. ÖlməzYeddi gözəlbaleti, “Leyli Məcnunsüitası dediklərimizin şəksiz təsdiqidir. O həm bəşəri bir sənətkar idi. Bütün bəşəriyyətə mənsub olan Q.Qarayev dahi Servantesin həmişəyaşar “Don Kixotəsərinə çəkilmiş filmin (rejissoru: Sovet kinosunun əfsanəsi Kozinsev) musiqisini bəstələmişdi, Cənubi Afrika yazıçısı Piter Abrahamsınİldırımlı yollarlaromanı əsasında, irqi ayrıseçkiliyə üsyan əlaməti olanİldırımlı yollarlabaletini yaratmışdı, məşhurQoyyafilminin musiqisi Qarayevin idi, “Antiono Kleopatrateatr tamaşasının musiqi müəllifi odur. Dünya musiqi tarixində hadisəyə çevrilənÜçüncü simfoniya”da Qarayevin istedad zəhmətinin məhsuludur. Bizim bütün dünyanın olan Qara Qarayevin.

 

Qara Qarayev kimi sənətkarlar gələcəyin sənətkarlarıdır. Onun baletləri, simfoniyaları, süitaları, bu günümüzün hadisələri ilə həmahəng səslənir, amma müəyyən zaman keçir, günümüzün hadisələrini ehtiva edən Qarayev musiqisinin yeni məziyyətləri meydana çıxır. Həmin musiqilərdə illər sonra da cəmiyyətdə baş verəcək olayların - insan ehtiraslarının, istəklərinin, çarpışmalarının möcüzəli, narahat notları öz səsləniş dövrünü gözləyir. Bir sözlə, Qarayev həmişə bizimlədir O bizi həmişə gələcəkdə gözləyir. Bütün dahi sənətkarlar kimi.

 

Qara Qarayev haqqında çox yazılıb. Amma kimliyindən asılı olmayaraq heç kəs onun haqqında öz sözünü sonadək deyə bilməyəcək. Necə ki, Şekspir haqqında, Füzuli haqqında, Bethoven haqqında, Rafael, Pikasso, Kafka, Çaplin... haqqında hər gələn yeni zaman özü ilə yeni fikirlər, düşüncələr doğurur. Q.Qarayev haqqında da hər gələn zaman öz yeni sözünü deyəcək.

 

lll

 

Mənim bu böyük sənətkar haqqında kiçik bir xatirəm var. 1979-cu il - yazın son günləri idi. Uzaq Şərqdə, Vladivostok şəhərinin yaxınlığındakı Çernişevka adlı kənddə hərbi xidmətdə idim. Hərbi xidmətimin ilk günləri idi. Üzücü təlim məşqlərindən sonra bizə on dəqiqəlik fasilə vermişdilər. Kürəyimi söykədiyim bir ağacın altında dincəlirdim. Birdən yaxınlıqdan, hərbi hissənin həyətindəki uca dirəyə vurulmuş radio-duvaqdan diktor qızın səsi eşidildi. Diktor qız Uzaq Şərq vaxtı ilə saat 17:00 olduğunu bildirdi. Sonra isə Uzaq Şərqin radiostansiyası olanTixiy okean” (Sakit okean) radiostansiyasının verilişlərə başladığını elan etdi. Ani sükutdan sonra ruhuma sığal çəkən, bütün varlığımda işıqlı hisslər oyadan, məni az qala göyün yeddinci qatına qaldıran bir hadisə baş verdi: hansı orkestrsə Qara QarayevinYeddi gözəlbaletindən məşhur valsı çalmağa başladı. İnsan belə məqamlarda hər şeyi unudur. Mən elə oldum. Bir andaca Qara Qarayevin cazibədar musiqisinin sehrinə düşdüm. Mən bu valsı proqramda sıradan bir musiqi nömrəsi zənn edirdim. Amma məsələ düşündüyüm kimi deyilmiş. Səhərisi gün radiostansiya öz verilişlərinə Q.Qarayevin bu valsı ilə başlayandan sonra hər şey mənə aydın oldu: “Tixiy okeanradiostansiyası hər gün saat 17-də öz verilişlərinə Qarayevin valsı ilə başlayır, gecə saat 1-də verilişlərini bu vals ilə bitirirdi. O qədər riqqətə gəlmişdim ki... (elə

 

duyğular var, sözlə ifadə etmək olmur). Sadəcə olaraq mən bu hadisə ilə fəxr edirdim, qürur duyurdum. Bir azərbaycanlı üçün qürbət bir diyarda bu hadisədən qürurlu düşünüb tapmaq olardı?!

 

Bu qeyri-adi hadisədən sonra Qara Qarayevə məktub yazmaq fikrinə düşdüm. Təbii ki, ünvanı bilmirdim. Amma onu bilirdim ki, Azərbaycan Bəstəkarlar İttifaqı Bakıda, Azərbaycan Yazıçılar İttifaqının yerləşdiyi küçədə - Xaqani küçəsində yerləşir. Məktubumda Qara Qarayevə öz hisslərimi yazdım. Ona, şəxsən mənə bəxş etdiyi qürur, sevinc hisslərinə görə təşəkkür etdim. Zərfin üzərinə isə sadəcə olaraq “Bakı, Xaqani küçəsi, Azərbaycan Bəstəkarlar İttifaqı, Qara Qarayev” yazdım. Təxminən bir aydan sonra mənə Azərbaycan Bəstəkarlar İttifaqından bir zərf gəldi. Amma məktub Q. Qarayevdən yox, o zaman Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi olan, SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevdən idi. Rauf Hacıyev məktubumu oxuduğunu, çox duyğulandığını yazırdı. Məktuba görə mənə təşəkkür edir, hərbi xidmətimdə uğurlar arzulayırdı. Eyni zamanda, təəssüf hissi ilə bildirirdi ki, Qara Qarayev indi xaricdədir. Gələn kimi məktubumu ona çatdıracağını vəd edirdi.

 

Bu hadisədən ay yarım keçəndən sonra Moskvadan, SSRİ Bəstəkarlar İttifaqından, İttifaqa məxsus göy rəngli, adi zərflərdən fərqlənən bir məktub aldım. Məktubumu oxuyan Qara Qarayev mənə yadigar olaraq, avtoqrafı ilə bu məşhur şəklini göndərmişdi.

 

İndi o vaxtdan neçə illər keçir. Tez-tez Qarayevin ölməz əsərlərini dinləyirəm. Düşüncə dolu, əsrarəngiz melodiyalarla zəngin, əsl insan hissləri kimi çılğın, həlim, narahat, amma daima düşündürücü olan melodiyalarının sehrinə düşürəm. Qara Qarayevin avtoqrafla mənə yadigar göndərdiyi, çərçivəyə saldığım, mənim üçün çox qiymətli olan şəklinə baxıram: həyat haqqında, təzadlı dünyamız, işıqlı insanlar haqqında düşünür, böyük sənətin ölməzliyi haqqında fikirləşirəm...

 

Etibar ƏBİLOV

Neftçala

525-ci qəzet.- 2016.- 23 aprel.- S17.