Nigar Rəfibəylinin şeirləri ingilis dilində

 

 

Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli qadın nümayəndələrindən biri, Xalq şairi Nigar Rəfibəylinin şeirləri ingilis dilində nəşr olunacaq.

 

Bu barədə AZƏRTAC-a kitabın tərcüməçisi, tərtibçisi Ön söz”ün müəllifi, tanınmış yazıçı Kamran Nəzirli məlumat verib.Artıq son redaktə işləri gedir düşünürəm ki, bu ilin sentyabr ayına kimi kitab işıq üzü görəcək”, - deyə tərcüməçi bildirib.

 

Tərcüməçi qeyd edib ki, “Müasir Azərbaycan poeziyasıseriyası ilə ingilis dilində buraxılacaq növbəti kitab müasir qadın şairlərimiz arasında ən layiqli nümayəndəsi Nigar Rəfibəyliyə məxsusdur. Nigar xanımın həyat yaradıcılığı bir örnəkdir, onun kitabına daxil edilən sevgiyə, təbiət mənzərələrinə, mənəvi zənginliyə, sülh azadlıq ideyalarına, vətənə həsr edilən şeirləri ibrətamizdir, müasir şeir texnikası fəlsəfəsi baxımından çox önəmlidir.

 

K.Nəzirli ingilisdilli oxucunun kitabı maraqla qarşılayacağına ümid etdiyini bildirib.

 

525-ci qəzet.- 2016.- 23 aprel.- S.13