Qəmbər Hüseynli yad edildi
Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Q.Qarayev adına Mərkəzi
İncəsənət Məktəbində
Əməkdar incəsənət
xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə
həsr olunmuş yubiley gecəsi keçirilib.
Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə “Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun
olaraq reallaşdırılıb.
Məktəbin nəzəriyyə şöbəsinin
müəlliməsi, musiqişünas
Nabat Əsgərova bəstəkarın həyat
və yaradıcılığı
haqqında məlumat verib.
Tədbirdə ölməz sənətkarın
həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət videoçarx nümayiş
edilib.
Sonra məktəbin
müəllim və şagirdlərinin ifasında
bəstəkarın sevilən,
unudulmaz mahnıları
səsləndirilib.
Həmçinin, Q.Hüseynlinin
bəstələdiyi və hər kəs tərəfindən sevildiyi “Cücələrim” haqqında ətraflı
məlumat verilib və videomateriallar
görüntülənib.
525-ci qəzet.- 2016.- 23 aprel.- S.13