“Azərbaycan” jurnalının aprel sayı
Bu günlərdə “Azərbaycan” jurnalının
aprel sayı işıq üzü görüb.
“Nəsr” rubrikasında
Xalq yazıçısı
Anarın “Parisdə höcət” kinopovesti, Məmməd Orucun “Qara güzgü” romanından parça və Əlövsət Bəşirlinin “Tərif”
hekayəsi verilib. “Poeziya”da
Gülnarə Cəmaləddin,
Qədiməli Əhməd,
Nazir Rüstəm, İntiqam Mehdizadə, Bilal Alarlı, Mina Rəşid və Elnur Mehdiyevin şeirləri yer alıb. “Tərcümə”də
Mehman Musabəylinin çevirdiyi Q.Q.Markesin “İtmiş çağların
dənizi” hekayəsi təqdim olunub.
“Şairin arxivindən”
rubrikasında Südabə
Ağabalayeva Adil Mirseyidin yaradıcılığından
söz açır və yazını şairin şeirlərindən
nümunələr izləyir.
“Dəyirmi masa”da budəfəki ədəbi
müzakirə AMEA Nizami
adına Ədəbiyyat İnstitutu
və “Azərbaycan” jurnalının iştirakı
ilə keçirilib.
“Publisistika”da Valeh
Bahaduroğlu “Yurdun varsa” məqaləsi ilə çıxış
edib.
Qəşəm Nəcəfzadə “Haqqımda
film çəksələr” essesində “Xatirələr”indən
yazıb.
“Tənqid və
ədəbiyyatşünaslıq”da Gülşən Əliyeva-
Kəngərli “Tarixi həqiqət və poetik vüsət” məqaləsi ilə Hüseyn Cavid yaradıcılığına işıq
tutur. Təyyar Salamoğlu isə
“Qarlı aşırım
- sarsıntıdan doğan
işıq” adlı məqaləsində Fərman
Kərimzadənin romanından
danışır.
“Türk dünyamız”
rubrikasında Adil Cəmilin “Qırğız
atalar sözləri və məsəlləri”
yazısı yer alıb.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.- 2016.- 23 aprel.- S.13