Dmitri Şostakoviç Bakıda anılıb

 

Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli uşaq incəsənət məktəbində Dimitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə dahi bəstəkarın həyat yaradıcılığı, məşhur əsərləri haqqında geniş məlumat verib.

 

Bildirilib ki, D.Şostakoviçin yaradıcılığı mövzu janr rəngarəngliyi ilə fərqlənir. O, simfoniyalar ilə yanaşı, 15 kvartetin müəllifidir. Ümumbəşəri, ictimai-etik, dərin fəlsəfi yönümlü əsərlərlə yanaşı, D.Şostakoviç Aleksandr Blokun, Marina Svetayevanın şeirlərinə incə, lirik vokal silsilələr yazıb. İkinci Dünya müharibə zamanı bəstəkar məşhur əsərlərindən olan VII simfoniyanı yazıb. Böyük Vətən müharibəsinin ən böyük musiqi abidələrindən biri olan VII simfoniya xalqın alman faşizminə qarşı qalibiyyətli mübarizəsini böyük realist qüvvə ilə təcəssüm etdirib. Simfoniya ilk dəfə 1942-ci ildə Kuybişevdə, daha sonra Moskva mühasirə edilmiş Leninqradda, həmçinin xarici ölkələrdə böyük müvəffəqiyyətlə səslənib.

 

Tədbirdə məktəbin fortepiano şöbəsinin şagirdləri D.Şostakoviçin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

 

Sonda dahi bəstəkar haqqında sənədli film nümayiş olunub.

 

 

 

525-ci qəzet.- 2016.- 23 aprel.- S.12