Dahi Bülbülün vəfalı yarı

 

UNUDULMAZ ADELAİDA XANIMIN VƏFATINDAN BİR İL KEÇİR

 

 

Həyatda elə insanlar olur ki, dünyadan köçdükdən sonra belə əbədi olaraq qəlblərdə yaşayır, yaddaşlarda ölümsüzləşirlər.

 

Bəzən bu cür insanlar çoxlarının idealına çevrilərək öz həyat təcrübələri ilə onların yolunu işıqlandırır. Adelaida xanım məhz belə insanlardan idi.

 

Artıq Ada xanımın ölümündən bir il ötür. Onun haqqında keçmişdə danışmaq çox çətindir. Ada xanımın səmimiyyəti, təvazökarlığı, xeyirxahlığı onu tanıyan hər kəsə məlumdur. Onunla tanışlığım 2012-ci ilin avqust ayına təsadüf etdi. Sadəliyi, səmimi davranışı məni çox heyrətləndirmişdi. Dahi Bülbülün xanımına heyran olmamaq mümkündürmü? Ona yaxın olmaq, onun etibarını sevgisini qazanmaq çoxlarının arzusu idi... Ada xanımı tanıdıqca bunun çox çətin olduğunu anladım. İlk görüşdən haqqımdakı düşüncənin müsbət olduğunu hiss etsəm , bir gün Ada xanımın həyatının gözəl illərini yaşadığı evi, Bülbülün ölümündən sonra öz min bir zəhməti ilə qurub-yaratdığı muzeyi mənə əmanət edəcəyi ağlıma belə gəlməmişdi.

 

1922-ci il avqustun 22-də Tiflisdə dünyaya göz açan, Ada xanımınHəyatının nağıl dövrü” 1938-ci ilin yanvarında Azərbaycan professional vokal sənətinin banisi Bülbüllə ailə qurduqdan sonra başlayır. O, həyatının bu 23 ili barədə xatirələrini hər zaman məmnunluqla, amma həm gözlərində kədər olmaqla bölüşərdi. Biz çox diqqətlə Ada xanımın xatirələrini dinləyər, o bizim suallarla dolu baxışlarımızı cavablandırardı.

 

Muzeydə yeni çalışmağa başladığım zaman Ada xanımın jurnallara verdiyi müsahibələrdən birini redaktə etmək üçün məqaləni ona oxuyurdum. Məqalənin bir hissəsini oxuyarkən onun göz yaşlarına şahidi oldum. Bu məni çox təsirləndirdi mən həmin an, aradan onillər ötsə , Bülbülün ölümünün ağrısının Ada xanımın qəlbində dünənki qədər yeni olduğunu anladım. Onu göz yaşlarına qərq edən xatirə bu idi: “1961-ci il sentyabrın 26-da bizdə həmişə olduğu kimi qonaqlar var idi, deyib-gülüb söhbət edirdik, xatirələri yada salırdıq. Nədənsə Bülbül xeyli uşaqlığından, Şuşadan, oranın səfasından, təmiz havasından danışdı. Qonaqlar dağılışandan sonra Bülbül həmişə olduğu kimi bizə italyancagecəniz xeyrə qalsındeyib yataq otağına keçdi. Təxminən 10 dəqiqə sonra otaqdan qulağıma xırıltı səsi gəldi. Otağa girib onun nəfəs ala bilmədiyini gördüm. Hamımız həyəcan içində idik. Həkim gəldikdə Bülbül ona artıq gec olduğunu dedi. Mən hələ inana bilmirdim ki, Bülbül bizimlə vidalaşır. Onun bu sözləri hələ qulağımdadır. Bağışla, səndən belə tez ayrılıram”. Mən onun bizdən həmişəlik ayrıldığına inanmaq istəmirdim, bunu qəbul etmirdim. Təşviş içində qışqırırdım.. Bülbül o an mənim səsimə gözlərini açıb dedi: “Qorxma, qorxma, mən sadəcə ölürəm...”

 

Bu, Ada xanımın ən acı xatirəsi idi. Çox sevdiyi Bülbülün ölümü onu sarsıtsa da, mübarizə aparması üçün böyük səbəb vardı: o, övladlarını Bülbülsüz böyütməli idi. Onların hər ikisi - Çingiz Bülbüloğlu Polad Bülbüloğlu Ada xanımın zəhmətini artıqlaması ilə doğrultdu.

 

Bülbülün ölümündən sonra Ada xanım bütün ömrünü dahi sənətkarın xatirəsini əbədi yaşatmağa həsr etdi. 1938-ci ildən həyatının ən xoşbəxt illərini yaşadığı mənzili, Bülbülün şəxsi əşyalarını, sənədləri muzeyin təşkili üçün qoruyub saxladı. Məhz onun fədakarlığı, ardıcıl səyləri nəticəsində bu gün muzeydə 9000-ə yaxın eksponat mühafizə olunur. Onun öz zəhməti ilə qurduğu muzey hamının ziyarət etdiyi bir ocağa çevrilib. Buraya tək Bülbülsevənlər deyil, Ada xanımı yaxından tanıyan bu ailəyə ehtiram bəsləyən minlərlə insan tez-tez baş çəkir.

 

Ada xanımı kədərləndirən digər xatirələrdən biriŞuşayla bağlı idi. 1983-cü il iyul ayının 29-da Bülbülün Şuşada ev-muzeyi açılmışdı. Muzey Bakıdakı Memorial Muzeyin filialı idi. Ada xanım Bülbülün Şuşadakı ev-muzeyinin böyük əmək sərf edilərək qurulduğunu, eksponatların oraya daşınmasının çətinliyini, ekspozisiyanı Qarabağ xalçaları ilə XX əsrin əvvəllərinə uyğun tərtib etdiyini böyük həvəs, eləcə də kədərlə xatırlayırdı. İşğaldan sonra dağıdılmış evin, talan olunmuş ekspozisiyanın şəkillərinə kədərlə baxır, tezliklə torpaqlarımıza qayıdacağımıza inanaraq ekspozisiyanı dəqiqliklə bizə göstərir, tövsiyələr verirdi.

 

Ada xanımla bağlı xatirələrim hər an yaddaşımdadır, mənimlədir. Axırıncı xatirəm isə onun son mənzilə yola salındığı günə təsadüf edir. Aramızda yaş fərqi çox olsa da, Ada xanımın gənc ruhlu bir insan olması bu fərqi aradan qaldırmışdı və həmin an mən sanki ən yaxın dostumla vidalaşırdım... Təsəllimiz isə onun ölümsüzləşdirdiyi Bülbül irsi, ömrünün sonuna qədər qoruyub saxladığı evson görüş yerimiz - II Fəxri Xiyaban oldu...

 

Adelaida xanım əfsanəvi insan idi, o, Azərbaycan mədəniyyətinin tarixinə şanlı səhifələr yazdı. Ölümündən neçə illər keçsə də, parlaq əməlləri, nurlu xatirəsi onu hər zaman yaşadacaq. Muzey var olduqca, Bülbül səsi yaşadıqca onlar həyatlarının ən gözəl illərini keçirdikləri bu evdə əbədi yaşayacaqlar...

 

Fərqanə CABBAROVA

Bülbülün Memorial Muzeyinin direktoru

525-ci qəzet.- 2016.- 23 aprel.- S.11